• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı

Oktyabrın 16-da Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib. Tədbirin əsas məqsədi müvafiq dövlət qurumlarından və beynəlxalq təşkilatlardan olan təcrübəli mütəxəssisləri və digər maraqlı tərəfləri bir araya gətirmək, onları layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, bir sıra təhsil müəssisələrinin rəhbərləri, eləcə də layihənin konsorsiumunun nümayəndələri, cəlb olunmuş ekspertlər iştirak edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini vurğulayıb. Nazir müavini qeyd edib ki,  Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.Təhsilin bütün səviyyələrini əhatə edən islahatların kökündə Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək məqsədi dayanır. Nazir müavini bildirib ki, 2018-ci ilin iyul ayında Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi müəyyən edilib. Bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərə nail olunması üçün təhsil, nümunəvi kurikulumların, qiymətləndirmə və akkreditasiya standartlarının, milli kvalifikasiyalar reyestrinin hazırlanması, kvalifikasiyaların keyfiyyətinin təmin olunması Təhsil Nazirliyinin qarşısında dayanan mühüm vəzifələrdəndir. Çıxışının sonunda nazir müavini “Milli Kvalifikasiya Çərçivəsinə dəstək” layihəsi üzrə icraçı heyətə, eləcə də digər tərəfdaşlara uğurlar arzu edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə qeyd edib ki, son 15 ildə Azərbaycanda dayanıqlı və sabit əmək bazarı yaranıb. Yaxın aylarda ölkə əhalisinin sayının 10 milyon nəfəri keçəcəyini deyən nazir müavini vurğulayıb ki, hazırda əsas məqsəd işçi qüvvəsinin keyfiyyətinin artırılmasıdır. Bunun üçün isə kadr hazırlığının və peşə təhsilinin inkişafı diqqət mərkəzində olmalıdır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə layihə çərçivəsində görülən işlərdən, gələcəkdə qarşıya qoyulan məqsədlərdən danışıb. Sonra layihənin Azərbaycan üzrə koordinatoru, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev layihənin icrasına cari ilin fevral ayından başlanıldığı və bu müddət ərzində bir sıra görüşlərin təşkili, eləcə də kvalifikasiyalar və dövlət təhsil standartlarının işçi qruplarının keçirdiyi müzakirələr barədə məlumat verib. Şöbə müdiri Milli Kvalifikasiya Çərçivəsinin Avropa təhsil məkanına inteqrasiyanı təmin edən əsas sənədlərdən biri olduğunu deyib.  Konfransda layihənin ekspertləri standartların, kurikulum və tədris materiallarının hazırlanması üzrə Milli Kvalifikasiya Çərçivəsinin tələbləri, onun faydaları haqqında maraqlı tərəflərin məlumatlandırılması və keyfiyyət təminatına dair təqdimatlar edib, həyata keçiriləcək növbəti tədbirlərdən danışıblar. Qeyd edək ki, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə dair sənəd Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsi bu ilin fevral ayından etibarən həyata keçirilməyə başlayıb.

Tullantılardan incəsənətə

"Plastik tullantılardan kreativ incəsənət nümunələrinin hazırlanması” üzrə müsabiqə keçirilib. Müsabiqə iştirakçıları onlara verilmiş müəyyən vaxt ərzində plastik tullantılardan kreativ incəsənət nümunələri hazırlayaraq münsiflərə təqdim ediblər.  Müsabiqədə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri I və III yerlərin qalibi olublar. Qaliblərə sertifikat və hədiyyələr təqdim edilib. Müsabiqənin əsas məqsədi tullantıların azaldılması, təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının və istifadəsinin təbliğidir. 

Müddətli müqavilə ilə işə qəbulun nəticələri məlum olub

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər oktyabrın 17-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.  

Cüdo üzrə beynəlxalq “Təhsil kuboku”

Təhsil Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının dəstəyi, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmələr arasında cüdo üzrə beynəlxalq “Təhsil kuboku” keçirilir. Oktyabrın 13-dən 14-dək keçiriləcək yarışda Türkiyə, Polşa, Ukrayna, Rusiya və ümumilikdə 13 ölkə iştirak edəcək. Yarışda 900-dən artıq cüdoçu mübarizə aparacaq. Yarış bitdikdən sonra yeniyetmə cüdoçular öz ustalıqlarını artırmaq məqsədilə 3 günlük təlim məşq toplanışına qatılacaqlar.

12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb

Bakı Ekspo Mərkəzində təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb. “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb. Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin iştirak etdiyi sərgidə Təhsil Nazirliyi tərəfindən “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilib. Sərgi çərçivəsində fəaliyyət göstərən lektoriyada ““Müəllimlik ixtisaslarına artan tələbat”, “Peşə təhsilinə artan maraq”, “İxtisas seçimi, karyera planlaması”, “Öyrətmək ustalığı”, “Təhsildə kommunikasiya vasitələrinin səmərəli istifadəsi”, ””Sağlam təhsil – sağlam millət” – layihənin əsas hədəfləri”, “Olimpiadalara hazırlıq”, “Məktəbəhazırlıq qruplarının əhatə dairəsinin genişləndirilməsi” və digər mövzularda mühazirələr oxunub, startapçılar çıxış edib, həmçinin təqdimatlar nümayiş olunub. Sərgi zamanı müxtəlif yarışların qalibləri öz bacarıqlarını təqdim edib, milli rəqslər ifa olunub. Ziyarətçilər təhsillə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. ““Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənib.

“Dayanıqlı inkişaf üçün ekoloji təhsil”

Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-YUNİSEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən ölkəmizin bir neçə şəhər və rayonunda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərində ekologiya sahəsi üzrə çalışan metodist və dərnək rəhbərlərinə təlimlər keçirilib.                    Təlimin keçirilməsində əsas məqsəd dayanıqlı inkişaf məqsədlərinə uygun olaraq, fasiləsiz ekoloji təhsilin təmin olunması, məktəblilərin ətraf mühitin mühafizəsi prosesində iştirakının artırılmasından ibarətdir. Təlim “Müxtəlif yaş qrupları üzrə ekoloji biliklərin artırılmasında yeni metodlar”, “Dayanıqlı inkişaf məqsədləri və ekoloji maarifləndirmə”, “Məktəbdənkənar təhsilin inkişafinda praktiki bacarığın artırılması” mövzularında keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Layihənin növbəti mərhələsində Bakı şəhərində də 5 günlük təlimlərin, eyni zamanda ekoloji problemlərə ictimai diqqətin artırılması məqsədi ilə 6-9-cu sinif şagirdləri arasında keçirilmiş qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminin təşkili planlaşdırılır.

Kulinariya üzrə II respublika çempionatı başa çatıb

Dünya Kulinariya Təşkilatları Birliyinin yaradılmasının 90 illiyi münasibəti ilə keçirilən peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə II Respublika çempionatı başa çatıb.  5 gün davam edən yarışda Bakıda və regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan tələbələrdən ibarət 10-dan çox komanda iştirak edib. Təcrübəli aşpaz və kulinarlardan ibarət münsiflər heyəti tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirmə qaydalarına əsasən qalib komandalar müəyyən olunub. Müsabiqədə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Mərkəzi və Bakı Turizm Peşə Məktəbinin tələbələri müxtəlif nominasiyalar üzrə daha yüksək nəticələr əldə edərək qalib olublar. Qalib komandalar medal, sertifikat və kubokla təltif ediliblər. Qeyd edək ki, yarış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçirilib.

12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb

Bakı Ekspo Mərkəzində təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb. “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb. Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin iştirak etdiyi sərgidə Təhsil Nazirliyi tərəfindən “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilib. Sərgi çərçivəsində fəaliyyət göstərən lektoriyada ““Müəllimlik ixtisaslarına artan tələbat”, “Peşə təhsilinə artan maraq”, “İxtisas seçimi, karyera planlaması”, “Öyrətmək ustalığı”, “Təhsildə kommunikasiya vasitələrinin səmərəli istifadəsi”, ””Sağlam təhsil – sağlam millət” – layihənin əsas hədəfləri”, “Olimpiadalara hazırlıq”, “Məktəbəhazırlıq qruplarının əhatə dairəsinin genişləndirilməsi” və digər mövzularda mühazirələr oxunub, startapçılar çıxış edib, həmçinin təqdimatlar nümayiş olunub. Sərgi zamanı müxtəlif yarışların qalibləri öz bacarıqlarını təqdim edib, milli rəqslər ifa olunub. Ziyarətçilər təhsillə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. ““Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənib.

Strategiyanın ilk hədəfi

Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması təhsilin keyfiyyət göstəricilərini yaxşılaşdırır   Ölkəmizdə təhsilin inkişafı hər zaman diqqətdə saxlanılan məsələlərdən biri olub. Bu, ilk növbədə büdcədən ayrılan vəsaitin həcmində özünü göstərib. Belə ki, təhsil ayrılan vəsaitin məbləğinə görə əsas çəkiyə sahib olub. Üstəlik, ayrılan xərclərin miqdarı ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə artırılır. Ancaq vəsait heç də həmişə həll­edici faktor sayılmır. Odur ki, Azərbaycan hökuməti təhsilin inkişafına sadəcə vəsait qoymaqla nail olmağa çalışmır. Bunun üçün təhsilin məzmunundan başlayaraq kadr potensialına qədər bütün istiqamətlərdə islahatlar aparılır, təhsilin bütün pillələrində yeniliklər edilir. Bəs, bu inkişafın kökündə nə dayanır? Qeyd etməliyik ki, reallaşdırılmaqda olan və artıq nəticələrini görməyə başladığımız yeniliklərin xəritəsi 5 il əvvəl çəkilib. Son 5 ildə həyata keçirilən bütün işlər həmin plan üzrə gedib. Gəlin görək təhsilin inkişafının yol xəritəsi nədən ibarədir? “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlanan bu sənəd keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Strateji xarakter daşıyan həmin istiqamətlərə nəzər yetirək: 1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması. 2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması. 3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması. 4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması. 5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.   Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil   Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlib. Təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. Bu istiqamətdə nəticələr isə göz qabağındadır. Belə ki, 5 ildə təhsilin keyfiyyətində əhəmiyyətli dəyişiklik müşahidə olunub. Üstəlik, təqdim olunan hesabat təhsil sisteminə daxil olmayan, kənar qurumların apardığı qiymətləndirmələrə əsaslanıb. Təhsildə keyfiyyətin yüksəldiyini göstərən rəqəmlər Dövlət İmtahan Mərkəzinin, o cümlədən beynəlxalq qiymətləndirmə təşkilatlarının qiymətləndirməsinin nəticəsində ortaya çıxıb.   Buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika   Məsələn, ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika davam edib. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50.2 faizdən 2018-ci ildə 67.1 faizədək artıb, imtahan nəticələri 17 faiz yüksəlib. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2017-ci ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65.2 faiz olub. Davamlı müsbət dinamikanın ölkə ərazisindəki əksər məktəblərdə müşahidə edildiyini vurğulayan təhsil naziri Ceyhun Bayramov bu il keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticələrini “birdən-birə qeydə alınan sıçrayış deyil, 5 ildir gedən trendin davamı” hesab edir: “Burada biz həm kəmiyyət, həm də keyfiyyət yüksəlişindən danışa bilirik. Məsələn, 41 minə yaxın məzun ali təhsil müəssisələrinin tələbəsi adını qazanıblar. Ötən illə müqayisədə 400 baldan yuxarı nəticə göstərənlərin sayı 2000 nəfər, yəni 13.7 faiz, 500-dən yuxarı toplayanların sayı 1400 nəfər, yəni 18.7 faiz, 600 baldan yuxarı nəticə göstərənlərn   700 nəfər, yəni 26.5 faiz, 700 bala qədər toplayanların sayı isə 2 dəfəyə yaxın, yəni 81.3 faiz artıb”.   Olimpiadalar - qaliblərin taleyi dəyişdi   Təhsilin keyfiyyəti ilə bağlı növbəti indikator beynəlxalq olimpiadalardır. Müxtəlif beynəlxalq olimpiadalara qatılan azərbaycanlı şagirdlər oradan əliboş qayıtmayıblar. 2013-2017-ci illər ərzində dünya fənn olimpiadalarında göstəricilərimiz davamlı olaraq artıb. Keçən il uzun fasilədən sonra ilk dəfə olaraq bir azərbaycanlı şagirdimiz beynəlxalq kimya olimpiadasında qızıl medal əldə edib. Ümumiyyətlə, 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 24 gümüş və 90 bürünc medal olmaqla, 117 medal qazanıblar. Son 5 ildə beynəlxalq olimpiadalarda şagirdlərimizin nəticələri, Respublika fənn olimpiadalarında fəallıqları, bu bilik yarışlarındakı nəticələrini ali məktəblərə qəbul imtahanlarında da təsdiqləmələri  “Təhsil haqqında” Qanuna dəyişikliyi zərurətə çevirib. Həmin dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas, Respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu nəzərdə tutulub. “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, beynəlxalq və respublika fənn olimpiadalarında yer tutan şagirdlər ali məktəblərə müsabiqədənkənar qəbul imkanlarının verilməsi təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, bu dəyişikliyin şagirdlərin olimpiadalara marağını artıracağı şübhə doğurmur. Hazırda Təhsil Nazirliyi həmkar qurumlarla qaydalar üzərində çalışır. Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra həmin qaydalar qüvvəyə minəcək.  Qaydaların 2018-2019-cu tədris ilinin sonunadək hazır olacağı və növbəti qəbul kampaniyasında tətbiq ediləcəyi planlaşdırılır.   Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak bizə ona görə lazımdır ki...   Son illərdə Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı və nəticələri tədricən yaxşılaşıb. Ölkəmiz PIRLS 2016 qiymətləndirməsinin əsas mərhələsində iştirak edib və nəticələrə görə azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib. Ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. Bu qiymətləndirmə kurikulumun keyfiyyətinin yaxşılaşdığının mübahisəsiz göstəricisidir. Oxu qiymətləndirməsinin 2016-cı il nəticələrinə istinad etsək, IV sinif şagirdlərinin oxu qabiliyyətinin yaxşılaşdığını görürük. Belə ki, 2011 və 2016-cı illərin nəticələrinin müqayisəsindən bu, açıq görünür. 2011-ci ildə əvvəlki məzmunla oxuyan uşaqlar 2016-cı ildə yeni kurikulumla oxuyan uşaqlardan fərqlənib. Müşahidə və təhlillər göstərib ki, yeni kuriklum təhsildə hər hansı deqradasiyaya səbəb olmayıb. Nəticə etibarı ilə 2016-cı ildə mükəmməl nəticə göstərən IV sinif şagirdlərinin sayı 2011-ci illə müqayisədə iki dəfə artaraq 9 faizdən 18 faizədək yüksəlib. Aşağı nəticə göstərən uşaqların sayı isə 10 faiz azalıb. Belə təhlillər 2008-ci ildən tətbiq edilən kurikulumun uğurlu olması barədə fikir söyləməyə əsas verir. Təhsil naziri Ceyhun Bayramov da hesab edir ki, çox vacib göstəricilərdən biri beynəlxalq qiymətləndirmədə iştirakdır: “Bəzi beynəlxalq qiymətləndirmələrdə mövqeyimiz o qədər də uğurlu görünməyə bilər. Ancaq məhdud sayda dövlətlərin iştirak etdiyi həmin qiymətləndirmələrdə iştirak cəsarət tələb edir. Hesab edirik ki, göstəricilərimizin arzularımızı əks etdirməməsi bizim orada iştirakdan imtina etməyimizə əsas ola bilməz. Çünki burada göstəricilər yox, nəticələrin təhlili önəmlidir. Hədəfimiz odur ki, beynəlxalq qiymətləndirmədə iştirak edək və hər dəfə öz nəticələrimizi yaxşılaşdıraq”.   Yeni tədris planı ilə təmayül siniflər   Təmayülləşmə ümumi orta məktəbin orta təhsil səviyyəsini, yəni IX sinfi bitirən şagirdlərin təsnifatı - marağına, potensialına, hər hansı fənn üzrə uğurlu nəticələrinə görə seçilməsidir. Daha aydın desək, məktəblilər icbari təhsil dövründə bütün fənlər üzrə zəruri minimum biliklərə yiyələnmiş hesab olunur. Növbəti təhsil pilləsində onlar yalnız maraq göstərdikləri fənlər üzrə mövcud biliklərini dərinləşdirirlər. Ona görə də bu mərhələdə onların istedadı, bilik və bacarıqları əsas götürülür. Qeyd edək ki, bu ildən bəzi seçilmiş məktəblərdə 7-ci sinifdən təmayüllər formalaşıb. Həmin siniflər üzrə tədris planları hazırlanıb. Ümumiyyətlə, xatırlaq ki , uşaqların istedadına, marağına və s. görə təsnifatı təcrübəsi illər əvvəl də olub. Məsələn, ötən əsrin 70-ci illərindən başlayaraq, ayrı-ayrı fənlər üzrə təmayüllü siniflər təşkil olunub. Uzun illər texniki və ya humanitar, hətta ayrı-ayrı xarici dillərin dərindən mənimsənilməsi təcrübəsi mövcud olub. Üstəlik, özünü doğrultduğundan böyük etimad da qazanıb. Sonrakı illərdə hətta təmayüllü məktəblər də təşkil olunub. Riyaziyyat, kimya-biologiya və başqa fənlər üzrə komplektləşən və uğur qazanaraq son illərə qədər fəaliyyətini davam etdirən liseylərin sayı az deyil. Bu proses zamanında yaxşı nəticə verib və özünü daha çox ali məktəblərə qəbulun nəticələrində göstərib. Qeyd etməliyik ki, indiki təmayülləşmənin ənənəvidən fərqi çoxdur. Əsas fərq ondadır ki, əvvəllər təmayüllü sinif və ya məktəblərdə bütün fənlər tədris olunurdu. Müasir təmayülləşmənin tətbiqində isə tamamilə yeni tədris planı əsas götürülür və bu, ənənəvi tədris planından 50 faiz azdır. Beləliklə, yeni tədris planı ilə 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində 3700, 2016-2017-ci tədris ilində 182 məktəbdə 324 sinifdə 7268, 2017-2018-ci  ildə 722 məktəbdə 1206 sinifdə 27005 şagird təmayüllər üzrə təhsilə cəlb olunub. Nəticədə təmayülləşmə üzrə məktəb sayı 6 sinif və şagird sayı isə 4 dəfə artıb.   Peşə təhsilində məzmunun formalaşması başa çatır   Təhsilin inkişafından danışarkən peşə təhsili ayrıca diqqətdə saxlanılmalıdır. Aparılan islahatlar nəticəsində peşə təhsilinə maraq ildən-ilə artır. Əmək bazarının tələbatı nəzərə alınaraq, təsnifata 20-dən çox yeni ixtisas əlavə edilib. Peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proqramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanıb, 78 modul dərslik isə hazırlanmaqdadır. Peşə təhsili sahəsində qarşıya qoyulan hədəfləri təhsil naziri Ceyhun Bayramov dəyərləndirərkən deyib ki, tədris olunan ixtisaslarla bağlı yeni kurikulumların, zamanın tələbinə uyğun məzmunun formalaşması yaxın illər ərzində başa çatmalıdır: “Peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq başlanılıb. Yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin əhəmiyyətli şəkildə genişlənməsinin şahidi olacağıq”. Beləliklə, Strategiya hazırlanarkən onun uğurla həyata keçirilməsinin əsas şərti olaraq, məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılması hesab olunurdu. 5 il sonrakı nəticələr göstərir ki, bu şərtlər yerinə yetirilir.  Böyük ictimai dəstək qazanan təhsilin yol xəritəsi məhz effektiv icra mexanizmi sayəsində hədəflərinə çatır. “Azərbaycan müəllimi” qəzeti

Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tura start verilir

Oktyabrın 13-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbuluna başlanılır. Dördüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə əvvəlki turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər. Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu oktyabrın 14-dək davam edəcək.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı