• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat

Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat davam edir. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytında elektron qeydiyyatdan keçməklə müsabiqə yolu ilə təşkil olunur. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yerin çıxarılması nəzərdə tutulur. Qeyd edək ki, noyabrın 5-dən başlayan elektron sənəd qəbulu noyabrın 9-dək davam edəcək.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün ustad dərsləri

Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün futzal idman növü üzrə AFFA mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilib. Tədbirin təşkilində əsas məqsəd tələbələr arasında futzal idman növünə olan marağı artırmaq, tələbələrdən ibarət futzal üzrə yığma komandanın beynəlxalq səviyyədə layiqincə təmsil olunmasını təmin etməkdən ibarətdir. Tələbələr arasında futzal üzrə Respublika birinciliyinə hazırlıqla əlaqədar keçirilən tədbir çərçivəsində tələbə futbolçular AFFA-nın peşəkar məşqçilərinin rəhbərliyi ilə müxtəlif fəndlər nümayiş etdiriblər. 500 nəfərdən artıq tələbənin tamaşaçı qismində iştirak etdiyi tədbirin sonunda futzal üzrə AFFA-nın 19 yaşlılardan ibarət yığma komandası ilə Azərbaycan Texniki Universitetinin komandası arasında yoldaşlıq oyunu keçirilib. Oyun 1-1 hesabı ilə başa çatıb. Ustad dərslərinin digər ali təhsil müəssisələrində davam etdiriləcəyi nəzərdə tutulub.

Şamaxıda Qaravəlli kənd məktəbinin əsaslı təmirdən sonra açılışı

Noyabrın 7-də Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən ”Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi olub. Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova, Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekert, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.   Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlardan, eyni zamanda Azərbaycan Respublikası ilə Çex Respublikası arasında təhsil sahəsində əməkdaşlığın uğurlu inkişafından danışıb. Nazir müavini məktəbdə aparılmış təmir işlərinin enerjiyə qənaət etmək imkanı yaratdığını, bunun həm təhsil müəssisəsinə, həm də ölkə iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb. Daha sonra çıxış edən Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova ”Enerji səmərəliliyinin təmin olunması” layihəsinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu inkişafının bariz nümunəsi olduğunu bildirib. “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbdə enerjiyə qənaət etmək məqsədi ilə mərkəzi istilik və soyutma sistemi quraşdırılıb, məktəbin döşəmə və damı dəyişdirilib. Müxtəlif ölkələrdə həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində ilk dəfə olaraq 12 Çex şirkəti öz avadanlıq və texnologiyalarını tamamilə təmənnasız şəkildə təqdim edib.   Layihə çərçivəsində Qaravəlli kənd məktəbi ilə Çexiyanın “Studnitse u Naxoda” kənd məktəbi qardaşlaşıb.

“Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin açılış mərasimi

Noyabrın 6-da Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən icra olunan “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin açılış mərasimi keçirilib. Layihənin əsas məqsədi Avropa təcrübəsinə uyğun olaraq, Bərdə Peşə Liseyinin maddi-texniki bazasının təkmilləşdirilməsi, idarəedilməsinin müasir standartlara uyğun təşkil edilməsi, kadr heyətinin potensialının artırılmasıdır.   Açılışda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlarda təhsil sahəsinin və onun tərkib hissəsi olan peşə təhsilinin mühüm yer tutduğunu bildirib, peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən beynəlxalq layihələr barədə geniş məlumat verib. Nazir müavini “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayaraq layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.  Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas çıxış edərək təqdim olunan layihənin Bərdə və ətraf rayonlarda peşə təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb, layihənin icrası istiqamətində uğurlar arzulayıblar. Layihənin təqdimatından sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Estoniyanın Peşə Təhsili və Təlimi Mərkəzinin nümayəndələri çıxış edərək peşə təhsil sistemi, yeni kurikulumların tətbiqi, işəgötürənlərlə əlaqələrin qurulması, layihənin icra mexanizmi və regionda peşə təhsilinin inkişafı barədə geniş məlumat veriblər. Daha sonra tədbir iştirakçıları Bərdə Peşə Liseyi ilə tanış olublar.

Təhsil naziri Saatlı şəhərində vətəndaşları qəbul edəcək

Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 16 noyabr 2018-ci il tarixində saat 10:00-da Saatlı şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 7-13 noyabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Horadizdə “Bayraq yürüşü”ndən fotolar

.

Füzuli rayonunda “Bayraq yürüşü”

Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib. Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Firudun Qurbanov tədbiri açaraq üçrəngli bayrağın Azərbaycan dövlətinin müqəddəs rəmzlərindən biri və bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarananda dövlət atributu olaraq məhz üçrəngli bayraq təsdiq olunub. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Firudun Qurbanov varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını vurğulayıb.  “N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib. Tarix elmləri doktoru Anar İsgəndərov isə qeyd edib ki, Azərbaycanın üçrəngli bayrağının yenidən dövlət rəmzi kimi bərpa olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edən dövrdə üçrəngli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyevin sayəsində Naxçıvan Muxtar Respublikasında dalğalanıb. Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.   

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində infotur

Noyabrın 6-da 132-134 nömrəli Təhsil Kompleksində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində infotur keçirilib. İnfotur  informasiya texnologiyaları sahəsində ölkədəki qabaqcıl şirkətlərin nümayəndələrini layihə ilə yaxından tanış etmək məqsədi daşıyıb. 10-a yaxın şirkət nümayəndəsinin qatıldığı tədbirdə qonaqlar əvvəlcə yeni formatda keçirilən “İnformatika” dərsinin gedişi ilə tanış olublar. Tanışlıqdan sonra “Yeni tədris metodunun şagirdlər üzərində müsbət təsiri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən metodologiyanın şagirdlərin “İnformatika” fənnini mənimsəməsində rolu müzakirə olunub. “Microsoft”, “Edumedia”, “SAP”, “Bestcomp”, “İTE”, “AzEduNet”, “İT STEP” Kompüter Akademiyasının, həmçinin Təhsil Nazirliyinin nümayəndələri “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsində, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasında layihənin rolunu yüksək qiymətləndiriblər. “İnformatika” fənninin tədrisində təcrübi məşğələlərə daha çox vaxt ayrılması xüsusi qiymətləndirilib və yeni yanaşmanın başqa fənlərə də tətbiqinin vacibliyi vurğulanıb. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi 2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

Təhsil naziri Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavinini qəbul edib

Noyabrın 6-da təhsil naziri Ceyhun Bayramov Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikovanı qəbul edib. Görüş zamanı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, o cümlədən  “Enerji səmərəliliyinin təmin olunması” layihəsi müzakirə edilib. Dana Prudikova Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonundakı A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbin binasının açılışında iştirak üçün ölkəmizdə səfərdədir.  

Məktəblər arasında respublika çempionatının ilk mərhələsi yekunlaşıb

Məktəblər arasında idman növləri üzrə respublika çempionatının məktəbdaxili mərhələsi yekunlaşıb. Oktyabr ayı ərzində ölkə üzrə 2397 ümumi təhsil müəssisəsində keçirilən yarışlarda 200000-dən artıq məktəbli iştirak edib. Yarışlara basketbol idman növü üzrə 1442, voleybol üzrə 1303, atletika üzrə 2262, şahmat üzrə 675 məktəb qoşulub. Noyabrın 1-dən isə yarışların rayondaxili mərhələsi başlayıb. Rayondaxili mərhələdə 2397 ümumi təhsil müəssisəsi üzrə 4 idman növündə 5682 məktəb komandası iştirak edəcək. Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı” cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.         

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı