• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Magistraturaya qeydiyyat bu gün başa çatır

İyulun 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qeydiyyat prosesi başa çatır. Proses bu gün saat 23:59-dək davam edəcək.    Bakalavrlar https://portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

İşə qəbul imtahanları davam edir

İyulun 26-da Azərbaycan dili və ədəbiyyat, həmçinin biologiya fənni üzrə işə qəbul imtahanları keçirilir.   Müəllimlərin işə qəbulu üzrə test imtahanlarında bu gün 3208 namizədin iştirakı gözlənilir.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

"Zəfər" düşərgəsinə start verilib 

İyulun 25-də Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı keçirilən "Zəfər" düşərgəsinə start verilib.    Düşərgədə iştirak edən 74 şəhid övladı bu gün Qubaya yola düşüb.    Quba STEAM Mərkəzində baş tutacaq düşərgə iyulun 31-dək davam edəcək. Düşərgə iştirakçıları bu müddət ərzində birgə öyrənib paylaşaraq maraqlı, intellektual və əyləncə dolu zaman keçirəcəklər.    Qeyd edək ki, düşərgənin açılış mərasimi 26 iyul tarixində baş tutacaq.

Məktəblilərimizin daha bir beynəlxalq uğuru

17-24 iyul 2021-ci il tarixlərində Litvada Beynəlxalq Fizika Olimpiadası təşkil edilib.    Məktəblilərimiz olimpiadaya Təhsil Texnologiyaları Mərkəzindən virtual formada qoşulublar.         Olimpiadaya qatılan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Ayhan Süleymanzadə bürünc medala, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Murad Bəşirov və Sirac Yəhyazadə isə “Həvəsləndirici mükafat”a  layiq görülüblər. Məktəblilərimizi bu münasibətlə təbrik edir və uğurlar arzulayırıq!

Məktəblilər üçün ekoloji yay düşərgələri keçirilir

14-30 iyul 2021-ci il tarixlərində məktəblilər üçün nadir heyvan növlərinin, xüsusilə bəbir, zubr və ceyranların əhəmiyyətinə və təbiətdə roluna həsr olunmuş ekoloji yay düşərgələri keçirilir. Yay düşərgələri Təhsil Nazirliyinin dəstəyi, İDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir.    İlk olaraq cari ilin 14-16 iyul tarixlərində Masallı rayonunda “Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsi keçirilib. Digər iki yay düşərgəsinin isə 21-23 iyul tarixlərində Qəbələ rayonunda “Zubrları təbiətimizə qaytaraq!” və 28-30 iyul tarixlərində Salyan rayonunda “Ceyranları qoruyaq!” adı altında keçirilməsi nəzərdə tutulur. Sözügedən düşərgələr bilavasitə ceyran, zubr və bəbirlərin məskunlaşdığı regionlarda və həmin ərazilərdə yaşayan məktəblilər üçün təşkil olunur.    60-a yaxın məktəblinin qoşulduğu ənənəvi “Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsində iştirakçılar bəbirlərin həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar alıblar. Onlar bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak ediblər. Həmçinin, məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri, ekosistem xidmətləri haqqında RUGİM tərəfindən çəkilən animasiya filmləri nümayiş olunub, Hirkan Milli Parkına ekskursiya təşkil edilib və yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.    Qeyd edək ki, İDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi olaraq 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Qəbələ və İsmayıllı rayonlarından ümumilikdə 500-ə yaxın məktəbli iştirak edib.  

Müsahibə mərhələsində uğur qazanan namizədlərlə adaptasiya proqramına başlanılıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində 132 namizəd iştirak edib. Onlardan 30 namizəd müsahibə komissiyasının rəyinə əsasən uğur qazanıb.   İyul ayının 23-dən etibarən həmin namizədlərlə adaptasiya proqramına start verilib və Bakı şəhər 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüşdə müsahibə mərhələsinin nəticələri, namizədlərdən gözləntilər və adaptasiya proqramının məqsədi barədə müzakirələr aparılıb.   İyulun 24-dən etibarən “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əmək haqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçiriləcək.   Adaptasiya proqramı başa çatdıqdan sonra namizədlərlə növbəti tədris ilindən müddətli əmək müqaviləsi bağlanılacaq.

21 nəfər Çində təhsil almaq hüququ qazanıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 21 azərbaycanlı 2021-2022-ci tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.   Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 21 nəfər bu ölkənin “Beijing Institute of Technology”, “Shanghai University”, “Peking University”, “Xi'an Jiaotong University”, “Tsingua University” kimi ali təhsil müəssisələrində kompüter elmləri, beynəlxalq münasibətlər, təhsil, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (12 nəfər)  və doktorantura (4 nəfər) səviyyələrində təhsil almaq hüququ qazanıb.    Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 11 dekabr 2020-ci il tarixində verilib. 

Beynəlxalq biologiya olimpiadasından 4 medal

18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə 32-ci Beynəlxalq Biologiya Olimpiadası ( IBO2021) təşkil edilib.    76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Azərbaycanı təmsil edən 4 məktəblimiz uğurlu nəticə göstərib. Belə ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mətin Muradlı qızıl, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ranal Qurbanov qızıl, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Sədiyar Qafarov və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Aytac Vəliyeva bürünc medala layiq görülüb.  Qalib olan şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridir.    Məktəblilərimizi bu uğur münasibətilə təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq. 

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 23 iyul

Təhsil nazirinin videoqəbulu keçirilib

İyulun 23-də təhsil naziri Emin Əmrullayev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.    Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.    Videoqəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı müraciətlər ediblər.     Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı