• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Beynəlxalq Riyaziyyat Olimpiadasından qazanılan uğur

14-24 iyul 2021-ci il tarixlərində Sankt-Peterburqda 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) keçirilib. Olimpiadada 107 ölkədən 619 şagird iştirak edib.   Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc medal və 3 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov bürünc medala, həmin liseyin IX şagirdi Fidan Qarayeva,  Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Elçin Musazadə və Bakı şəhəri 72 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavad İsmayılzadə isə “Həvəsləndirici mükafat”a layiq görülüblər.   Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq. 

“Rəqəmsal bacarıqlar" layihəsi üzrə hesabat tədbiri

İyulun 23-də “Rəqəmsal bacarıqlar" layihəsi üzrə 2020-2021-ci tədris ilinin yekunlarına dair onlayn hesabat tədbiri keçirilib.    Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova, “Alqoritmika” şirkətinin nümayəndəsi Anna Burda, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.    Tədbirin keçirilməsində məqsəd il ərzində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında ictimaiyyətin məlumatlandırılması və layihənin növbəti tədris ilində genişləndirilməsi istiqamətində görüləcək işlərin təqdim edilməsi olub.   Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov layihənin əhəmiyyətindən danışıb və qeyd edib ki, layihənin əsas məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaratmaqdır. Belə ki, layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı deyil, biliyin təcrübədə tətbiqi bacarıqlarını da öyrənirlər.   Layihənin əhatə dairəsi barədə məlumat verən layihə rəhbəri Nilüfər Rəhimova bildirib ki, 2017-2018-ci tədris ilində start verilən “Rəqəmsal bacarıqlar” layihəsi ilkin olaraq  Bakı şəhərində 45 məktəbdə V siniflər üzrə 65 min şagirdi əhatə edib. Cari tədris ilində isə layihənin uğurlu tətbiqi nəticəsində ölkənin 9 şəhər və rayonu üzrə 222 məktəb və 120 minədək Azərbaycan və rus bölmələrinin şagirdləri əhatə olunub.    Qeyd olunub ki, növbəti tədris ilində mövcud məktəblərdə siniflərin sayının artırılması, həmçinin, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır. Mövcud planlaşdırmaya əsasən, 2021-2022-ci tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 minədək şagirdi əhatə edəcək.   Daha sonra tədris ili ərzində layihə çərçivəsində görülən işlər barədə videoçarx izlənilib. Həmçinin, direktor, müəllim və şagirdlər öz təcrübələrini bölüşüblər.   Sonda layihə çərçivəsində səmərəli və uğurlu fəaliyyət göstərdiklərinə görə məktəb və müəllimlər sertifikatlarla təltif olunublar.    

Azərbaycanı kiber təhlükəsizlik üzrə təmsil edəcək şəxslərin seçim turu keçirilib

Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə "WorldSkills Azerbaijan" platforması tərəfindən ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə WorldSkills Asia-2021 bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turu keçirilib.   Xüsusi karantin rejiminin tələblərinə uyğun keçirilən yarışa onlayn qaydada qeydiyyatdan keçmiş 30 iştirakçı qatılıb. Ümumilikdə, iki hissədən ibarət olan seçim mərhələsi 4 saat davam edib və namizədlər 3 istiqamət üzrə tapşırıqları həll ediblər.   Qeyd edək ki, seçim mərhələsində ən yaxşı nəticə göstərən şəxs 28-31 iyul tarixlərində "WorldSkills Asia" tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək. Onlayn formatda təşkil ediləcək yarışlara 26 müxtəlif ölkə təmsilçisinin qatılması nəzərdə tutulur.  

932 tələbə köçürülmə üçün müraciət edib

İyulun 12-dən bugünədək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 932 müraciət qeydə alınıb.   932 nəfərdən 6-sı magistratura səviyyəsindən, 63-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 100-ü orta ixtisas təhsili müəssisəsindən, 763 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasının dəyişdirilməsini istəyən tələbələrdir.   Qeyd edək ki, tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və ya təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi iyulun 26-dək davam edəcək.   Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahanlar davam edir

İyulun 23-də Azərbaycan dili və ədəbiyyat fənni üzrə işə qəbul imtahanları keçirilir.   İmtahanlarda 3288 namizədin iştirakı gözlənilir.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 22 iyul

Şəhid övladları üçün "Zəfər" düşərgəsi

25-31 iyul tarixlərində Vətən müharibəsində şəhid olan övladlarımızın övladları ilə Quba STEAM mərkəzində “Zəfər” düşərgəsində olacağıq.   Təhsil Nazirliyinin “Zəfər” düşərgəsində qalib gəlməyin dadını çıxardacağıq.  

Təhsilalanların köçürülməsi davam edir

Tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və ya təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi davam edir. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən sənəd qəbulu iyulun 26-dək davam edəcək.    Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.   Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.   Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, I tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.   Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.[1]   Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.   Akkreditə olunmayan xarici ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. [1] Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.

Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqə davam edir

İyulun 27-də “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsinə müraciətlərin qəbulu başa çatacaq. Layihələrin qəbulu üçün son müddət 27 iyul 2021-ci il, saat 21:00 müəyyənləşdirilib.   Müsabiqədə iştirak üçün müraciət sənədləri  elektron formada  konullu@edu.gov.az  poçt ünvanına göndərilməlidir.    Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir.   Müsabiqə barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.   

İşə qəbul imtahanlarının 12-ci günü

İyulun 22-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.    Bu gün Azərbaycan dili və ədəbiyyat, həmçinin alman dili fənni üzrə imtahanlar keçirilir. İmtahanlarda 3308 namizədin iştirakı gözlənilir.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı