• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

MİQ imtahanlarında iştirak edən namizədlərin nəzərinə!

İyulun 5-dən baş tutan müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib.   Belə ki, 12 iyul tarixində ibtidai sinif, 23 və 26 iyul tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib.    Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.   Təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.   Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində ədalətli rəqabət mühitinin qorunub saxlanılması Təhsil Nazirliyinin əsas məqsədidir.    

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Sənəd qəbulu 12-26 iyul tarixlərində həyata keçirilib.   Transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1548 müraciət qeydə alınıb.   Onlardan 15 nəfəri magistratura səviyyəsindən, 158 nəfəri xaricdə yerləşən ali təhsil müəssisəsindən, 145 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 1230 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.   Nəticələrin avqust ayında elan olunması nəzərdə tutulur.   Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.    

Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu yekunlaşır

İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır. Müraciətlər bu gün saat 16:00-dək qəbul edilir. Müraciət üçün müvafiq linkə daxil ola bilərsiniz: https://cutt.ly/bm7oBje. Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.   Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək.    Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Qrant müsabiqəyə müraciət üçün son gün

İyulun 27-də “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsinə müraciətlərin qəbulu başa çatır. Layihələrin qəbulu üçün son müddət bu gün saat 21:00 müəyyənləşdirilib.   Müsabiqədə iştirak üçün müraciət sənədləri  elektron formada  konullu@edu.gov.az  poçt ünvanına göndərilməlidir.   Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir.   Müsabiqə barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

İngilis dili fənni üzrə imtahan keçirilir

İyulun 27-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.    Bu gün ingilis dili fənni üzrə imtahanlar keçirilir. İmtahanlarda 3261 namizədin iştirakı gözlənilir.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 26 iyul

"Zəfər” düşərgəsinin açılış mərasimi keçirilib

İyulun 26-da Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba STEAM Mərkəzində “Zəfər” düşərgəsinin açılış mərasimi baş tutub.   Mərasim düşərgə iştirakçılarının ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsi zamanı həlak olan şagirdlərə həsr olunmuş videoçarx nümayiş edilib.    Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev düşərgə iştirakçılarını salamlayaraq düşərgənin Quba STEAM Mərkəzində təşkilinin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, özündə elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatı ehtiva edən STEAM yanaşma hazırda milli təhsil sistemlərində ən düzgün, ən kreativ həll yolu kimi geniş tətbiq olunmaqdadır. Emin Əmrullayev bu cür STEAM Mərkəzlərinin sayının artırılacağını da diqqətə çatdırıb.   Təhsil naziri çıxışının sonunda düşərgənin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür bildirib, iştirakçıların düşərgə çərçivəsində yaradılan fürsətləri dəyərləndirərək yeni və müasir biliklər əldə edəcəklərinə inamını ifadə edib.    "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova da öz növbəsində  əməyi keçən hər kəsə təşəkkür edərək uşaqlara uğurlar arzulayıb.    Çıxış edən məşhur fotoqraf Rza Deqati də belə bir tədbirdə iştirakdan məmnunluğunu dilə gətirib.    Tədbir bədii hissə  və əyləncə proqramı ilə davam etdirilib.    Qeyd edək ki, iyulun 31-dək davam edəcək  “Zəfər” düşərgəsində 74 şəhid övladı iştirak edir. İştirakçılar bu müddət ərzində STEAM Mərkəzində öyrənəcək, biliklərini paylaşacaq, əyləncəli zaman keçirəcəklər.  

Lisey və gimnaziyalara boş qalan yerlərə müraciətlər davam edir

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlər davam edir.   Müraciətlər 27 iyul saat 16:00-dək qəbul edilir. Müraciət üçün müvafiq linkə daxil ola bilərsiniz: https://cutt.ly/bm7oBje. Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.   Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək.    Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.  

Transfer üçün sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb. Sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.    Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb.    1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib. 

“İbtidai təhsil - inkişaf perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib

Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə ölkənin müxtəlif ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri ilə “İbtidai təhsil - inkişaf perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib.   “Dəyirmi masa”nın keçirilməsində məqsəd ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə bir sıra məsələlərlə bağlı təhsilverənlərin təkliflərini dinləmək, yeniliklərə dair müzakirələr aparmaq olub. Tədbirdə ümumi təhsil müəssisələrində təlim, öyrədici mühit, qiymətləndirmə praktikası və mövcud problemlər, diferensiasiya, müəllim əməkdaşlığının öyrətməyə təsiri, eləcə də dərsliklərə dair məsləhətləşmələr aparılıb.    Təhsil Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş müzakirələrdə dövlət və özəl ümumi təhsil müəssisələrinin təcrübəsi, paytaxt və bölgə müəllimlərinin mövcud öyrətmə problemləri də nəzərdən keçirilib. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı