• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal yaşayış kompleksinin ərazisindəki 161 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar. Kompleksin ərazisində 161 nömrəli tam orta məktəbin binası da inşa edilib. Dövlət başçısı və birinci xanım burada yaradılan şəraitlə tanış olublar. Təhsil naziri Ceyhun Bayramov məlumat verib ki, 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə veriləcək. Bu təhsil ocağında yaradılan şərait son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrinin əyani göstəricisidir. Bütün bunlar Azərbaycanda təhsil sferasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu da, təsadüfi deyil. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmiri mühüm əhəmiyyət kəsb edir.

Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə mediatur

Dekabrın 26-da Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti) mediatur keçirilib. Jurnalistlərə məlumat verilib ki, hər iki mərkəz 2014-cü ildə ölkə Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədi ilə yaradılıb. Müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş mərkəzlər Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib. Mediatur zamanı bildirilib ki, mərkəzlərə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək  vətəndaşlara fasiləsiz xidmət edir. Müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir. Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür. Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir. 2018-ci ilin 11 ay ərzində  Vətəndaşların Qəbulu Mərkəzində  36 541 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzində isə  76 472 zəng qəbul edilib. Mərkəzlərə daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, birinci sinfə şagird qəbulu, tələbələrin köçürülməsi, diplomların nostrifikasiyası ilə bağlıdır.  

Mehdi Hüseynzadənin 100 illik yubileyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində qeyd olunub

Alman faşizminə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmış Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təntənəli mərasim keçirilib. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, təşkil olunan tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, Mehdi Hüseynzadənin ailə üzvləri, Bakı Qarnizonunun hərbi hissələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, dövlət universitetlərinin professor, müəllim və tələbələri, veteranlar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Mehdi Hüseynzadənin həyat və döyüş yoluna, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin əfsanəvi partizan haqqında həqiqətlərin üzə çıxarılmasında, igid döyüşçüyə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adının verilməsində, ümumiyyətlə Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsində müstəsna xidmətləri barədə qiymətli fotolar və sənədlər nümayiş olunub. Qəhrəmanın uşaqlıq və təhsil illərini, Stalinqrad uğrunda döyüşlərdə iştirakını, əsirlikdə Azərbaycan naminə xidmətlərini, eləcə də Sloveniyanın milli azadlığı uğrunda sadiq əsgər kimi iştirakını əks etdirən nadir fotolar böyük maraq doğurub. Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni ifa olunub. Tədbirdə “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamı bir daha nəzərə çatdırılıb. Sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış “Mən öz Xəzərimə vurğunam, ey dost!” yubiley tamaşası nümayiş etdirilib. Mehdi Hüseynzadənin bəlli olmayan, son vaxtlar üzə çıxarılmış şeirlərinin istifadə edildiyi tamaşada Əməkdar artistlər Azad Şükürov, Səmayə Sadıxova, Anar Şuşalı, Hüsniyyə Mürvətova, Elxan Rza, gənc aktyorlar və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı heyəti iştirak ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Nicat Hüseynzadə Mixaylo rolunu məharətlə ifa edib. Tamaşa boyu sənədli kadrlar nümayiş etdirilib. Tədbirin iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə igid döyüşçünün 1973-cü ildə Bakının mərkəzində ucaldılmış abidəsi qarşısındakı tarixi nitqini və Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı M.Hüseynzadənin memorial muzeyinin açılışında ictimaiyyət qarşısında çıxışını və əfsanəvi qəhrəman haqqında söylədiyi fikirləri əks etdirən süjetləri alqışlarla qarşılayıblar. Sonda xatirə şəkilləri çəkdirilib.   AZƏRTAC

İnternat məktəbində yeni il şənliyi - foto anlar

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Bir qış günü” adlı yeni il şənliyindən foto anlar.

İnternat məktəbində “Bir qış günü”

Dekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə E. Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Bir qış günü” adlı yeni il şənliyi keçirilib. Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında rəqslər, səhnəciklər nümayiş olunub. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. İnternat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub. Media nümayəndələrinə məlumat verilib ki, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi  (əvvəlki adı Nitqi qüsurlu uşaqlar üçün E.Mirzəyev adına xüsusi internat məktəbi) 1979-cu ildə  186 nəfər şagird kontingenti ilə fəaliyyətə başlayıb.  2005-2006-cı tədris ilindən internat məktəbi ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Hazırda məktəbdə 175 nitqi qüsurlu şagird təhsil alır, onlardan 84 nəfəri müəssisədə gecələyir. Şagirdlər 17 sinif üzrə komplektləşdiriliblər. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 62 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.  İnternat məktəbi Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib.  İnternat məktəbinin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə yiyələnirlər. Bununla yanaşı, internat məktəbində şahmat, dekorativ sənət, toxuculuq, təsviri incəsənət və bədii özfəaliyyət dərnəkləri fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirak edən məktəb 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinə cəlb edilib.

Məktəblilər üçün bayram şənliyi

Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  Azərbaycan  Dövlət  Gənc Tamaçaşılar Teatrında məktəblilər üçün  31 Dekabr –Dünya  Azərbaycanlılarının Həmrəylik Gününə  və Yeni ilə  həsr olunan  bayram  şənliyi  keçirilib. Bayram şənliyinin ilk günündə valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak edib. Şənlikdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının və Mərkəzin “Məktəb teatrı” dərnək üzvlərinin birgə hazırladıqları “Bremen musiqiçiləri” tamaşası və rəqslər nümayiş olunub. Sonda məktəblilərə Təhsil Nazirliyi və Bakı Kitab Mərkəzi tərəfindən bayram hədiyyələri təqdim edilib. Bayram şənliyi dekabrın 25-də də keçiriləcək.

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində görüş

Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində ekspert missiyası Azərbaycana səfər edib. Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində ölkəmizdə səfərdə olan ekspert qrupuna Litvanın Vilnüs Gediminas Texniki Universitetinin tədris məsələləri üzrə direktoru Nora Skaburskiene və Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti Asnate Kazoka daxildir. Səfərin məqsədi tədris proqramlarının qiymətləndirilməsi prosesində xarici qiymətləndiricilər tərəfindən istifadə olunacaq təlimat kitabçasının işlənib hazırlanmasıdır. Səfər çərçivəsində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları ilə görüşlər keçirilib, Latviya və Litvada proqram qiymətləndirilməsi sahəsində mövcud təcrübə əməkdaşların diqqətinə çatdırılıb. Daha sonra Tvinninq layihəsinin ekspertləri azərbaycanlı həmkarları ilə birlikdə xarici  qiymətləndiricilər üçün təlimat kitabçasının hazırlanması ilə bağlı birgə iş aparıb, həmçinin sözügedən sənədin ilkin variantı hazırlanıb. Qeyd edək ki, “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.

Respublika çempionatının növbəti zona yarışları keçirilib

Məktəblər arasında respublika çempionatının proqramına əsasən, qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Göyçay Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Şəki rayonu Böyük Dəhnə kənd 2 nömrəli, II yeri Ağdaş rayon Yuxarı Nemətabad kənd, III yeri Balakən rayon Şərif kənd 1 nömrəli tam orta məktəblərin komandaları tutub. Daha bir zona yarışı basketbol idman növü üzrə Şirvan Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın, Xocavənd rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Şirvan şəhər 9 nömrəli tam orta məktəbin, II yeri Sabirabad rayon 2 nömrəli Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəb-liseyin, III yeri Beyləqan rayon Bahar kənd tam orta məktəbin komandaları tutub. Çempionatın əsasnaməsinə uyğun olaraq, zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qaliblərə diplomlar təqdim olunub. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan "Clarivate Analytics“ şirkəti arasında bağlanmış sazişə və elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı son illərdə həyata keçirilən tədbirlərə əsasən, bu sahədə uğurlu nailiyyətlər əldə olunub. Ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science®” elmi məlumat platformasına çıxışının təmin edilməsi artıq öz müsbət nəticələrini verməkdədir.

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb

Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb. Azərbaycan və rus bölmələri üzrə təşkil olunan müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib. Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi, həmin şagirdlərlə işləyəcək pedaqoji kollektivin müəyyənləşdirilməsi, müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla  pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsidir. Beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilən müsabiqənin ümumi mükafat fondu 15 000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək. Müsabiqənin nəticələri ilə olimpiada.edu.az saytında tanış olmaq mümkündür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı