• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi üzrə 322 layihə qeydiyyatdan keçib

Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak etmək üçün onlayn qeydiyyat başa çatıb. Müsabiqədə iştirak etmək üçün 140 məktəbdən 513 şagird, 322 layihə qeydiyyatdan keçib. Yanvarın 10-dək müsabiqədə iştirak üçün qeydiyyatdan keçən şagirdlərin sənəd qəbulu həyata keçiriləcək.  Elmi Ekspertiza Komitəsi tərəfindən layihələr yoxlanılacaq və müsabiqəyə layiq görülən layihələrin siyahısı sabahinalimleri.edu.az internet səhifəsində açıqlanacaq.  “Sabahın alimləri” VIII Respublika müsabiqəsi 12-14 fevral 2019-ci il tarixində keçiriləcək.. Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etməkdir. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.  

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Sual: “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası” nə deməkdir? Cavab: “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası” dedikdə şagirdlərin ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilməsi nəzərdə tutulur.             Sual: Mənim övladım xüsusi təhsil müəssisəsində təhsil alır. Onun məktəb üzrə nailiyyətləri də bu Qayda əsasında qiymətləndiriləcək? Cavab: Xeyr, bu Qayda xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş, sağlamlıq imkanları məhdud şəxslərin və ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların qiymətləndirilməsinə şamil edilmir.   Sual: Hazırda müəllim işləyirəm. Şagirdlərin diaqnostik qiymətləndirməsinin aparılması məcburidirmi? Cavab: Bəli, şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmalıdır.   Sual: Bəs formativ qiymətləndirmə necə? Əvvəlki qayda üzrə də mən şagirdlərin formativ qiymətləndirilməsini aparırdım, lakin onun nəticəsini “Məktəbli kitabçası”nda sözlə, müəllimin formativ qiymətləndirmə dəftərində isə səviyyələr üzrə rum rəqəmi ilə qeyd edirdim. Axı 45 dəqiqə ərzində sinif üzrə bütün şagirdlərin formativ qiymətləndirilməsini aparmaq və nəticələrinin sözlə həm “Məktəbli kitabçası”nda, həm də müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması qeyri-mümkündür. Cavab: Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Bir dərs müddətində digər müxtəlif fəaliyyətlərin də olduğunu nəzərə alsaq, əlbəttə, bütün şagirdlərin formativ qiymətləndirilməsinin aparılması, nəticələrin “Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması fiziki olaraq mümkün deyil. Bu səbəbdən də sinif üzrə formativ qiymətləndirmə aparılsa da, müvafiq planlaşdırmaya əsasən, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilməsinin nəticəsinin “Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması tövsiyə olunur.   Sual: Formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi ancaq testdən istifadə etməliyik? Cavab: Xeyr, formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi testlə yanaşı, yazı işlərindən, çalışmalardan da istifadə edilməsi tövsiyə olunur.   Sual: Summativ qiymətləndirmə ləğv olunub? Cavab: Xeyr, yalnız I siniflərdə bütün summativ qiymətləndirmələr ləğv olunub.   Sual: Bəs II-III siniflərdə qiymətləndirmə necə olacaq? Cavab: II-III siniflərdə yalnız böyük summativlər ləğv olunub. Kiçik summativlər isə keçiriləcək.    Sual: Əvvəllər dərs dediyim siniflərdə 4 həftədən tez, 6 həftədən gec olmayaraq, kiçik summativlər keçirirdim. İndi belə çıxır ki, bu qayda artıq yoxdur? Cavab: Bəli, həmin qayda artıq qüvvədən düşüb. Yeni qaydaya əsasən, hər fənn üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla kiçik summativ qiymətləndirmə keçirilməlidir. Belə ki, artıq təkcə bölmənin sonunda deyil, bölmənin daxilində də kiçik summativ qiymətləndirmə keçirmək mümkündür. Yəni, məsələn, Azərbaycan dili fənni üzrə təkcə “İsim” bölməsinin sonunda deyil, bölmənin daxilində (məsələn, ismin hallarını keçib qurtarandan sonra) də kiçi summativ qiymətləndirmə keçirmək olar.   Sual: Kiçik summativ qiymətləndirmə üçün ayrıca dərs saatı olmalıdır? Cavab:  Xeyr, hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində  aparılır.   Sual: Övladım liseydə oxuyur. Mən yeni qaydaları alqışlayıram. Məsələ ondadır ki, övladımın yalnız ana dili, riyaziyyat və xarici dil fənləri üzrə böyük summmativ qiymətləndirilməsinin keçirilməsindən narahatam. Cavab: Yeni qaydalara əsasən, lisey, gimnaziya və istedadlı şagirlərin yetişdirilməsi ilə məşğul olan digər təhsil  müəssisələrində buraxılış fənləri ilə yanaşı, Pedaqoji Şuranın qərarı ilə müəyyənləşdirilmiş digər maksimum 3 fənn üzrə də böyük summativ qiymətləndirmə təşkil olunacaq. Eyni zamanda ümumtəhsil məktəblərində də Pedaqoji Şuranın qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.     Sual: Salam, məni çaşdıran nailiyyətlərin 100 ballıq şkala ilə ölçülməsidir. Bəs mən hardan bilim ki, övladımın topladığı bal hansı qiymətə uyğundur? Cavab: Təhsilalanın summativ qiymətləndirmələrdə topladığı ballar 2, 3, 4, 5 qiymətlərinə uyğunlaşdırılaraq, həm “Məktəbli kitabçası”nda, həm də sinif jurnalında qeyd olunacaq.   Sual: Övladım dərslərini yaxşı oxuyur. Amma tez-tez xəstələnir. Məktəbə getmədiyi gündə kiçik summativ keçirilsə, necə olacaq? Cavab: Təhsilalanın üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır.  Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.   Sual: Yəqin ki, summativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi ancaq testdən istifadə olunacaq. Bəs şagirdlərin yazı qabiliyyətinin inkişafı necə olsun? Cavab: Summativ qiymətləndirmədə təhsilalanlar üçün qiymətləndirmə vasitəsi kimi təkcə test deyil, imla, inşa, ifadə, çalışma, məsələdən də istifadə edilməsi tövsiyə olunur.   Sual: Summativ qiymətləndirmənin nəticəsindən narazı qaldıqda nə etməliyik? Cavab: Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin  Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmək hüququ var.   Sual: Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar nə vaxtdan tətbiq olunur? Cavab: Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə  daxil edildiyi  və dərc olunduğu gündən (29 dekabr 2018-ci il) qüvvədədir.

Təhsil Nazirliyində mətbuat konfransı

Yanvarın 4-də Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev məktəbdaxili  qiymətləndirmə qaydalarında dəyişiklikləri  zəruri edən səbəblər barədə  ətraflı məlumat verib. Yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə  bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin  ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir. Qaydalarda edilən ikinci dəyişiklik ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə   yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq. Summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə,  qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək. KSQ üçün 1 dərs saatı, BSQ üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər. Dəyişikliklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin  göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır. Digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir.  Ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, təmayül siniflərinin  özünəməxsusluğu  qaydalarda nəzərə alınıb. Məsələn, beynəlxalq akkreditasiyadan keçmiş proqramların (International Baccalaureate Diploma Programme, A level və s.) tətbiq edildiyi ümumi təhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə verilir. Yeni qaydalar  Hüquqi Aktların Dövlət Reyestrinə  daxil edildiyi  və dərc olunduğu gündən (29 dekabr 2018-ci il) qüvvədədir. Mətbuat konfransında media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

2018-ci ilin təhsil statistikası

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramı” təsdiq edilib Azərbaycan Respublikasının Prezidenti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramda beynəlxalq ikili diplom proqramlarının tətbiqi, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulması və xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulur.   41 minə yaxın abituriyent tələbə adını qazanıb 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək sayda -  41 minə yaxın abituriyent tələbə adını qazanıb.   29 tələbə 700 bal toplayıb, 3127 nəfər isə 600 baldan yuxarı nəticə göstərib 2018-ci ildə universitetlərə qəbul olunan 29 tələbə 700 bal toplayıb. 3127 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.   844  SABAH tələbəsi məzun olub 2017-2018-ci tədris ilində 844  SABAH tələbəsi məzun olub. Məzunların 37 faizi Azərbaycanda, 17 faizi xaricdə ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunub.   SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərir Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.   Tələbələrin qurultayı keçirilib Azərbaycan tələbələrinin II qurultayı keçirilib.   48 tələbə ilə təhsil krediti müqaviləsi imzalanıb 2018-ci ildə “Maarifçi” Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb.   3269 sənədin icrası başa çatdırılıb 2018-ci ildə xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məqsədi ilə 3366 müraciət daxil olub. Əvvəlki illərdən icrası başa çatdırılmayan müraciətlər də daxil olmaqla, cari ildə ümumilikdə 3269 sənədin icrası yekunlaşdırılıb. Onlardan 2365 müraciət müsbət cavablandırılıb.    535 nəfər azərbaycanlı tələbə hökumətlərarası sazişlərə əsasən təhsil alır Hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır.   86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə 2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə təhsil alır.   Nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb Təhsil Nazirliyinin “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında ən yüksək göstərici hesab olunur.   “Clarivate Analytics” şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi imzalanıb Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.

2018-ci il ərzində Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 123 613 müraciət daxil olub

2018-ci il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 123 613 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il ərzində 85 054 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 38 559 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində il ərzində 14 321 sənəd (6806 ərizə, 7515 məktub) qəbul olunub və qeydiyyata alınıb. 2018-ci ilin dekabr ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 2018 vətəndaşa xidmət göstərilib. Həmin dövrdə 1127 sənəd (462 ərizə, 665 məktub) qəbul olunub və qeydiyyata alınıb. Telefon Məlumat Mərkəzində isə dekabr ayı ərzində 8582 zəng qəbul edilib. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi  məsələləri əhatə edib.

"Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda konfrans

Təhsil Nazirliyinin dəstəyi və “Microsoft Azərbaycan” şirkətinin təşkilatçılığı ilə Bakıda ali təhsil müəssisələrinin inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda konfrans təşkil olunub. Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov, şirkətin təhsil proqramı üzrə koordinatoru Emin Axundov, “AzİnTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev, “BestComp Group” şirkətinin məhsul meneceri Elçin Məmmədov iştirak ediblər. Təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, ölkədə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. Biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır. Nazir müavini bildirib ki, son illər Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə ölkənin ali təhsil müəssisələrində innovasiya ekosisteminin qurulması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir.   “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov diqqətə çatdırıb ki, təmsil etdiyi qurumla Azərbaycan höküməti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması ilə bağlı 3 illik saziş imzalanıb. Sazişin bağlanması zamanı ölkənin bütün ali təhsil müəssisələrinin tələbələri üçün pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı təqdim olunub. “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov isə  bildirib ki, təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verir. Bu isə öz növbəsində özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin azalmasına gətirib çıxarır. Tədbirdə Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin rektorları,  prorektorları və İT üzrə mütəxəssisləri təhsil ocaqlarının rəqəmsal transformasiya təcrübəsi barədə fikir mübadiləsi aparıblar.

Ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası başlayıb

Yanvarın 3-dən ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Təhsil naziri Ceyhun Bayramovun  müvafiq əmrinə əsasən,  ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalı, qaynar xəttin fəaliyyəti təmin olunmalıdır. Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.   İmtahan sessiyası fevralın 2-dək davam edəcək.   İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2018-ci ilin təhsil statistikası

“Peşə təhsili haqqında” Qanun qəbul olunub 2018-ci ildə “Peşə təhsili haqqında” Qanun qəbul olunub.   Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzinin tikintisinə başlanılıb Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərkəz 2019-2020-ci tədris ilində fəaliyyətə başlayacaq.   24 mütəxəssis Koreya Respublikasında təlimlərdə Yeni fəaliyyətə başlayacaq Peşə Təhsil Mərkəzinə 24 ixtisaslı mütəxəssis cəlb olunub və onların Koreya Respublikasında təlimlərdə iştirakı təmin edilib.   15 mindən çox tələbə peşə təhsili müəssisələrinə qəbul olunub 2018-2019-cu tədris ilində 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub. Sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı layihənin birinci ili ilə müqayisədə 3 dəfə artıb.   20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi 2018-ci ildə regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davamı olaraq 20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb.   24 Peşə Təhsil Mərkəzi yaradılıb Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.    “ASAN Peşə” Təhsil Mərkəzi fəaliyyətə başlayıb Ötən il Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub.   Mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan 2000-dək mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.   23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb 2018-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım  və 4 qrant layihələri çərçivəsində ümumilikdə 23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb.

2018-ci ilin təhsil statistikası

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib 2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.   “Sağlam təhsil” məktəbəhazırlıq qrupu yaradılıb 2018-2019-cu tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.    165 mindən çox uşaq birinci sinfə gedib 2018-2019-cu tədris ilində birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib.   Şagirdlərin I siniflərə qəbulu elektron sistemlə həyata keçirilib Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib.   Respublika fənn olimpiadalarında 299 nəfər qalib olub Ötən il 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub.   Beynəlxalq fənn olimpiadalarından 29 medal Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 1 qızıl,  8 gümüş, 20 bürünc olmaqla  ümumilikdə 29  medal qazanıb.   47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib 2018-2019-cu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.   “Rəqəmsal bacarıqlar” layihəsinə 26 min şagird cəlb olunub 2018-2019-cu tədris ilində Bakı və Gəncə şəhərləri üzrə daha 28 məktəb  “Rəqəmsal bacarıqlar” pilot layihəsinə cəlb edilib. Ümumilikdə 71 məktəb və 26 min şagird bu layihəyə cəlb olunub.   “Təhsil haqqında” Qanuna dəyişiklik və əlavələr edilib “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliyə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu öz həllini tapıb.   2 ixtiraçılıq işi xüsusi mükafata layiq görülüb ABŞ-ın Pitsburq şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində  azərbaycanlı şagirdlərin 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb.   İnternat məktəbinin 2 məzunu Prezident təqaüdünə layiq görülüb Ötən tədris ilində internat məktəbləri, inteqrasiya təlimli internat tipli gimnaziya və internat tipli gimnaziyalardan  9-cu sinif üzrə 964 nəfər, 11-ci sinif üzrə isə 549 nəfər məzun olub. 11-ci sinif üzrə məzunlardan 207 nəfər ali, 48 nəfər orta ixtisas, 23 nəfər isə peşə təhsili müəssisələrinə qəbul olunub. 9-cu sinif üzrə 964 nəfər məzundan 85 nəfəri orta ixtisas təhsili müəssisələrinə, 105 nəfər isə peşə məktəblərinə qəbul olunub. Ali məktəbə qəbul olunan şagirdlərdən 2 nəfər yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.   İnklüziv təhsillə bağlı YUNİSEF-lə birgə layihə həyata keçirilir “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə YUNİSEF-lə birgə layihə çərçivəsində Bakı şəhərində 4 ümumtəhsil məktəbində 54 nəfər inklüziv təhsilə cəlb edilib.   338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait  2018-2019-cu tədris ilində I-XI sinifləri üçün 338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait  çap edilib.   Dərsliklər elektron formatda Dərsliklərin elektron variantları www.e-derslik.edu.azwww.trims.edu.az saytlarında müxtəlif formatlarda yerləşdirilib. www.video.edu.az portalında ümumilikdə 560 videodərs, www.e-derslik.edu.az portalında isə müxtəlif fənlər üzrə 219 elektron dərslik, metodik vəsait və sinifdənxaric oxu vəsaitləri vardır.   137 modul məktəb quraşdırılıb 2018-ci ildə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.   166 layihə barədə müsbət qərar verilib Ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinə 850 layihə təklifi daxil olub. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.   16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib 2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.   51 min namizəd elektron ərizə ilə müraciət edib 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.   Müəllimlik ixtisasını seçənlərin sayı artıb 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin  sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.   25 min nəfərdən çox müəllim təlimlərə cəlb olunub 2018-ci ildə 25 min nəfərdən çox müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.   12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilib “Uşaqların gələcəyinə sərmayə” devizi altında 12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilib.   Müəllimlərin qurultayı keçirilib Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib.

2018-ci il - təhsil fotoyaddaşda

.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı