• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Köçürülmək istəyən tələbələrin nəzərinə

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu  fevralın  7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.   Tələbələrin köçürülməsinə dair ən çox verilən suallar və onların cavabları   Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar

“100 saat Astronomiya”

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə  “100 saat Astronomiya” adlı tədbir keçirilib. 2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl boyu qeyd olunacaq tədbirlər astronomiyanın elm, təhsil, davamlı inkişaf və diplomatiyadakı mühüm rolunu göstərəcək. Yubiley tədbirləri çərçivəsində yanvarın 10-dan 13-dək bütün dünyada 50 ölkədən 250-dən çox tədbir qeydiyyatdan keçib. Tusi-Bohm Planetariumda dörd gün ərzində məktəblilər üçün “açıq qapı” saatları, “Kosmik kostyum” müsabiqəsi keçirilib və gecə müşahidələri aparılıb. Tədbirdə 700 nəfərdən artıq məktəbli və xüsusi qayğıya ehtiyacı olan uşaq iştirak edib.

Azərbaycan məktəblilərinin növbəti uğuru

Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə keçirilən 15-ci Beynəlxalq Jautıkov Olimpiadasında Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov,  Murad Eynizadə informatika fənni üzrə gümüş medal, həmin liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal,  11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar.  Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir. 

Gənc aktyorların ifasında “Danışan kukla” tamaşası

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova Azərbaycanın görkəmli şairi və dramaturqu Abdulla Şaiqin “Danışan kukla” pyesini tamaşaya qoyub. Tədbirin əvvəlində Abdulla Şaiqin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Sonra gənc aktyorlar hazırladıqları tamaşanı nümayiş etdiriblər. Tədbirdə Abdulla Şaiqin ev muzeyinin direktoru və yazıçının nəvəsi Ülkər Talıbzadə, Azərbaycan Dövlət Teatr Muzeyinin şöbə müdiri Mətanət Dadaşova, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və “ARB Günəş” televiziya kanalının əməkdaşları iştirak ediblər.

Gənc müəllimlər üçün Yaponiyada təqaüd proqramı

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei) elan olunub. Təqaüd proqramında ingilis və ya yapon dilllərini yaxşı bilən, ümumtəhsil məktəbində ən azı 5 il çalışan 35 yaşa qədər gənc müəllimlər iştirak edə bilərlər. Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat aparmaq istəyən gənc müəllimlər üçün Yaponiyanın müxtəlif universitetlərində 1-1.5 illik təqaüdlə təhsil almaq imkanı verir. Təlim kursu ümumillikdə 1 il davam edir, kursa başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də var. Həmin kurslarda iştirak edən müəllimlərin təqaüd müddəti 1.5 il davam edir. Aylıq təqaüd, ikitərəfli aviabilet, təhsil haqqı xərcləri Yaponiya hökuməti tərəfindən qarşılanacaq. Müraciət edənlər proqramda iştirak müddəti başa çatdıqdan sonra ölkələrinə qayıtmalı və müəllimlik fəaliyyətinə davam etməlidirlər. Proqram bitdikdən sonra Azərbaycana və müəllimlik fəaliyyətinə qayıda bilməyən şəxslərdən Yaponiya hökuməti tərəfindən təqdim olunan təqaüdün geri qaytarılması tələb oluna bilər. Təqaüd proqramında iştirak etmək istəyənlər sənədlərini Yaponiyanın ölkəmizdəki səfirliyinə 8 fevral 2019-cu il saat 12.00-dək təqdim edə bilərlər. Təqaüd proqramı hər universitetin təlim kursuna uyğun olaraq 2019-cu ilin oktyabr ayından 2021-ci ilin mart ayına kimi davam edəcək. Ətraflı məlumatla bu linkdən tanış olmaq mümkündür: https://edu.gov.az/az/page/228/15971 

SABAH tələbələri xüsusi təqaüdə layiq görülüblər

Təhsil Nazirliyinin SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan “GoldenPay” şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb. Təqaüd informasiya texnologiyaları və iqtisadiyyat istiqamətli ixtisaslar üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulub. Müsabiqədə iştirak etmiş 49 tələbədən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Əsgər Nağıyev və Azərbaycan Texniki Universitetinin tələbələri Emin Məhəmmədi və Samir Əliyev təqaüdə layiq görülüblər. Qalib tələbələr 2018-2019-cu tədris ilinin sonunadək aylıq 150 manat məbləğində təqaüd əldə edəcəklər. Qeyd edək ki, müsabiqə Azərbaycanda ilk onlayn ödəmə xidməti olan Hesab.az platformasını yaratmış “GoldenPay” şirkətinin təşəbbüsü ilə təşkil olunub. Şirkət eyni zamanda korporativ sosial məsuliyyət siyasəti çərçivəsində SABAH qrupları ilə yaxından əməkdaşlıq edərək təhsilə mütəmadi töhfə verməkdədir.

Təhsil işçilərinin beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsi

“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil işçilərinin 2019-cu il ərzində xarici ölkələrdə keçiriləcək beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsinə start verilib. İl ərzində “eTwinning” proqramı üzrə layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminar, konfrans və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlər üçün təlimlərdə iştirak ödənişsizdir. Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi 2 mərhələdə aparılır. 1-ci mərhələyə müraciət edən iştirakçı ən azı 1 il “eTwinning Plus” layihəsində iştirak etməli, aktiv və başa çatmış 5-dən artıq  təhsil layihəsinin müəllifi və ingilis dilində ünsiyyət bacarıqlarına malik olmalı, “eTwinning” portalından istifadə edə bilməlidir. Müsabiqənin 2-ci mərhələsinə keçən namizədlər Təhsil Nazirliyinin  İşçi Qrupu tərəfindən müsahibə olunur. Müsahibədən uğurla keçən namizədlər “eTwinning” proqramı  çərçivəsində Avropada keçiriləcək beynəlxalq təlimlərdə iştirak hüququ qazanırlar. Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır. Layihə çərçivəsində indiyədək 419 məktəbdən 1166 müəllimin iştirakı ilə 1053 təhsil layihəsi həyata keçirilib. 

“Fənn kurikulumlarının tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müşavirəsi

Yanvarın 12-də Abşeron rayonu Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbdə “Fənn kurikulumlarının  tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müşavirəsi keçirilib. Zona müşavirəsində təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, Sumqayıt şəhərinin, Abşeron, Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan rayonlarının təhsil işçiləri – metodistlər, məktəb direktorları, müəllimlər və dərslik müəllifləri iştirak ediblər.    Müşavirə iştirakçıları əvvəlcə Abşeron rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra tədbir iştirakçıları tərəfindən rayonun 33 müəlliminin nümunəvi dərsi dinlənilib. Daha sonra müşavirədə dinlənilmiş dərslər müzakirə olunub. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, dərslərin dinlənilməsi ilə müəllimlərin metodiki hazırlığı haqqında alınan məlumat əsasında onlara nə kimi kömək lazım olduğunu müəyyənləşdirmək mümkündür. Müşavirədə həmçinin, məzmun standartları və fənn kurikulumlarının, fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, fənlər üzrə şagirdlərin təlim naliyyətlərinin yaxşılaşdırılması, dərsliklər və təhsil texnologiyaları barədə rəy və təkliflər dinlənilib.

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Yanvarın 12-də Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təşkil edilən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib. Mediaturda millət vəkilləri, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. Mediatur iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü Respublika liseyləri, eləcə də Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Artıq 4-cü ildir fəaliyyət göstərən həmin mərkəzlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib. Hazırlıq mərkəzlərinin yaradılmasında məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Mərkəzlərə yerli və xarici ali məktəblərin, Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimlər cəlb olunub. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir. Mediatur zamanı bildirilib ki, vaxtı ilə beynəlxalq olimpiada qalibi olmuş məzun olimpiadaçılardan ali təhsillərini Bakıda davam etdirənlər il boyu, ölkədən kənarda oxuyanlar isə qış və yay tətillərində yeni nəsil olimpiadaçıların yetişdirilməsində yaxından iştirak edirlər. Bu ildən etibarən Amerika Birləşmiş Ştatlarının Stenford Universitetinin məzunu Cəfər Cəfərov şagirdlərimizə həftədə 2 dəfə onlayn dərs keçir. Qeyd olunub ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri olmaqla ümumilikdə 5 fənn üzrə hazırlıq aparılır. Aşağı və yuxarı yaş qruplarında hazırlıq dərsləri əsasən şənbə-bazar günləri və ya həftə ərzində dərsdən sonra təşkil edilir. Azərbaycan məktəbliləri hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər. 2017-2018-ci tədris ilində şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş və 20 bürünc medal olmaqla ümumilikdə 29 medal və 7 həvəsləndirici sertifikat qazanıblar. Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkə üzrə istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi 15 rayonun 48 məktəbində 60 xüsusi sinif yaradılıb. Bu siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərlə məqsədyönlü işlər görməkdən ibarətdir. Daha sonra beynəlxalq olimpiadaların və “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin qalibləri ilə "Dəyirmi masa" ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Abşeronda məktəbdaxili qiymətləndirmə qaydaları ilə bağlı görüş

Abşeron rayonunda yerli təhsili idarəetmə orqanlarının və metodik kabinetlərin rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüş iştirakçılarına “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Təhsil Nazirliyinin əməkdaşları tərəfindən məktəbdaxili  qiymətləndirmə qaydalarında dəyişiklikləri  zəruri edən səbəblər izah edilib. Görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı