• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeni ilin ilk medalları

Və yaxud şagirdlərimizin qələbə əzmi   Son illərdə Azərbaycan məktəblilərinin dünyanın nüfuzlu beynəlxalq fənn olimpiadalarından vətənə medallarla qayıtması artıq xoş ənənəyə çevrilib. Bu günlərdə təhsil ictimaiyyəti bu xoş ənənənin növbəti sevincini yaşadı. Bu sevinci yaşadan və hər birimizdə fəxarət hissini yaradan Təhsil Nazirliyi nəzdində Respublika Fizika, riyaziyyat  və informatika təmayüllü  liseyinin şagirdləri oldu.    Şagirdlərimiz 9-15 yanvar 2019-cu il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək 2019-cu ilin ilk olimpiada medallarını komandamızın hesabına yazdırıblar. Liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar. Şagirdlərimizin  Qazaxıstandakı  uğurlu çıxışını  “Azərbaycan müəllimi” qəzetinə  şərh edən  Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev onların qələbə əzmini çox yüksək qiymətləndirib: “Hər il Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautıkov Olimpiadasında məktəblilərimiz 15 fərqli ölkədən olan şagirdlərlə riyaziyyat, fizika və informatika fənləri üzrə yarışaraq öz bilik və bacarıqlarını nümayiş etdirirlər.Əsasən Orta Asiya ölkələrinin məktəblilərinin qatıldığı olimpiadada ABŞ, Rusiya və Türkiyə məktəbliləri də iştirak edir. Bu kimi yarışlar şagirdlərimizin yeni tipli suallarla tanış olması, formada qalması və müxtəlif xalqlardan olan istedadlı yaşıdları ilə dostluq münasibəti qurması, bilik mübadiləsi istiqamətində çox əhəmiyyətlidir. Bu olimpiada şagirdlərimizin qələbə əzminin çox yüksək olduğunu göstərdi”. Fuad Qarayevin sözlərinə görə, 2006-cı ildən etibarən iştirak etdiyimiz Jautıkov olimpiadasında bu günə kimi məktəblilərimiz 3-ü qızıl, 18-i gümüş, 26-sı bürünc olmaqla 47 medal əldə ediblər: “Builki olimpiadanın  nəticələrinə (4 gümüş, 1 bürüc medal) əsasən hesab edə bilərik ki, bu, kifayət qədər yaxşı nəticədir. Bu yarışma həm də beynəlxalq olimpiadalara hazırlıq prosesində hansı nüanslar üzərində daha diqqətlə dayanmağımıza, güclü və zəif tərəflərimizi müəyyənləşdirməyimizə kömək edir və onu deməyə əsas verir ki, şagirdlərimizin potensialı yüksəkdir”. Fuad Qarayev beynəlxalq olimpida hazırlığında növbəti hədəflərdən də danışıb.  Onun sözlərinə görə, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində çalışmalar ilboyu davam edir. “Düşünürük ki, gün keçdikçə şagirdlərimizin hazırlığı daha da artacaq. Əsas hədəfimiz 5 fənn üzrə keçirilən və iştirak etdiyimiz bütün bu olimpiadalarda Azərbaycanı layiqincə təmsil edəcək şagirdləri hazırlamaqdır.   Avqust ayında ölkəmizdə təşkil olunacaq 31-ci Beynəlxalq İnformatika Olimpiadası xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən informatika fənni üzrə şagirdlərimizin hazırlığına da xüsusi diqqət yetirməyə çalışırıq. Belə ki, bu sahədə Azercell Telekom şirkətinin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə sıx əməkdaşlıq edirik. Yanvar ayının sonunda şagirdlərimizi Tehran şəhərinə riyaziyyat və informatika fənni üzrə İran məktəbliləri ilə birgə təşkil olunacaq təlim-məşq toplantılarına göndərilməsini planlaşdırmışıq. Ümumiyyətlə, əldə edilən nailiyyətlərə görə şagirdlərimizi təbrik edərək, onların müəllimlərinə təşəkkürümüzü bildiririk”.   “Azərbaycan müəllimi” qəzeti

“Bizim müəllim”

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin ilk təqdimatı Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadəyə həsr olunur. “Şagirdlərimi çox sevirəm, onlarla işləmək mənə zövq verir”-deyən Aysel Alızadə ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayıb.

Turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb

Cari tədris ilindən başlayaraq “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Qusar Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzində turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb. Təcrübə proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatı və ölkədə fəaliyyət göstərən turizm-xidmət sektoru üzrə müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi turizm-xidmət sahəsi üzrə müəllimlərin potensialının artırılması, işəgötürənlərin iştirakı ilə milli standart və kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunmasına imkan yaradılmasıdır. Layihə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə həyata keçirilib. Layihəyə uyğun olaraq, Birləşmiş Krallığın “People1st” təşkilatı tərəfindən müfaviq ixtisaslar üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müəllimlər üçün təlimlər təşkil olunub.  “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub. Gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və müvafiq sahələr üzrə peşə təhsili müəssisələrinin bu layihəyə cəlb olunması nəzərdə tutulur.

Təhsil nazirinin Neftçala şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Təhsil naziri Ceyhun Bayramovun Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərinin 18 yanvar 2019-cu il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.

Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub

Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) olub. Nikola Sarkozi əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində nümayiş etdirilən sərgiyə baxıb. Sərgidə Azərbaycan tələbələrinin yay məktəbi zamanı Strasburqda çəkdikləri fotolar, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri nümayiş olunur. Nikola Sarkozi universitetin tələbələri ilə söhbət edib, bu ali təhsil ocağında fəaliyyət göstərən laboratoriyalarla tanış olub. Fransanın sabiq Prezidenti tələbələr qarşısındakı çıxışına “Sizin çox güclü və önəmli ölkəniz var” sözləri ilə başlayıb. N.Sarkozi vurğulayıb ki, Xəzər dənizinin sahilində yerləşməsi mükəmməl ölkə olan Azərbaycana daha böyük üstünlüklər gətirir. O, qeyd edib ki, Azərbaycanın gələcəyi sayılan gənclər daim öz üzərilərində işləməlidirlər. Sonda sabiq Prezident Nikola Sarkozi universitetin xatirə kitabına ürək sözlərini yazıb. AZƏRTAC

Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır. Əmr bütün ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə aiddir. Eyni zamanda ali məktəblərdə imtahan və kollokviumlar da iki günlük təxirə salınıb.  

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 575 nəfər namizədlə müsahibələr aparılıb. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir. Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 730 namizəd iştirak edəcək. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.

Onlayn sorğu: müəllim peşəsinə maraq artıb

Təhsil Nazirliyinin saytında keçirilən “2018-ci ildə təhsil sahəsində ən uğurlu yeniliklər hansılardır?” sorğusu başa çatıb. Bir ay davam edən onlayn sorğuda 1483 nəfər iştirak edib. Onlardan 609 nəfər müəllim peşəsinə marağın artmasını, 306 nəfər “Təhsil haqqında” Qanuna edilən dəyişiklikləri, 248 nəfər I siniflərə elektron qəbulun aparılmasını,153 nəfər məktəbəhazırlığın əhatəsinin genişlənməsini, 91 nəfər ali təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsini, 76 nəfər nüfuzlu elmi jurnalllarda Azərbaycan alimlərinin nəticələrinin çap olunmasını 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik hesab edib. Beləliklə, sorğunun nəticəsinə əsasən, 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik müəllim peşəsinə marağın artması olub.

"CanSat Azərbaycan 2019" müsabiqəsinə qeydiyyat başa çatıb

  Təhsil Nazirliyinin “Azərkosmos” ASC ilə birgə keçirdiyi “CanSat Azərbaycan 2019” milli tələbə model peyk müsabiqəsinə qeydiyyat başa çatıb. Müsabiqədə iştirak üçün Bakı şəhərində və regionlarda yerləşən 15 ali təhsil müəssisəsindən 38 komanda qeydiyyatdan keçib. Komandaların tərkibi əsasən elektronika, mexanika, proqramlaşdırma və kommunikasiya üzrə bilik və bacarıqlara malik, bakalavr və  magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir. Müsabiqə çərçivəsində qeydiyyatdan keçən komandalar üçün təşkil olunan infosessiyada “CanSat Azərbaycan 2019” müsabiqəsinin mahiyyəti, ötən müsabiqədə iştirak edən komandaların hazırladıqları peyk modellərinin xüsusiyyətləri və müsabiqənin şərtlərinə dair müzakirələr aparılıb. Həmçinin, təlim müddətində komandalara peyk modellərinin hazırlanması üçün ümumi təlimat verilib və ortaya çıxan suallar cavablandırılıb. Təlimlərdən sonra mart ayında komandalar qarşıya qoyulmuş tapşırıqların həlli yolları, hazırlanacaq peyk modelinin  layihələndirmə işləri və eskizi üzrə hesabat təqdim edəcəklər. “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqənin keçirilməsi tələbələrin radiotexnika, mexanika, elektronika sahələri üzrə baza biliklərinin inkişafına, onlara kosmik sənayeyə asan çıxış imkanının verilməsinə xidmət edir. Müsabiqədə uğurla çıxış edən tələbələr “Azərkosmos” ASC-də təşkil olunan təcrübə proqramında iştirak etmək, dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər Qaliblərə beynəlxalq “CanSat” müsabiqəsində iştirak edəcəkləri təqdirdə “Azərkosmos” tərəfindən texniki dəstək də göstəriləcək. Müsabiqə haqqında daha ətraflı məlumatı http://cansat.az/ saytından əldə edə bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı