• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Çin Xalq Respublikasında 2019-2020-ci tədris ilində təhsil üzrə təqaüd proqramı  elan edilib. Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir. Proqramda iştirak etmək istəyənlər cari ilin fevralın 11-dək müraciət edə bilərlər. Təqaüd proqramı ilə bağlı elan və sual-cavabla aşağıdakı linklər vasitəsi ilə tanış olmaq mümkündür.   Çin Xalq Respublikasında Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil Sual-cavab  

Təhsil Nazirliyində təltifetmə mərasimi

Yanvarın 21-də Təhsil Nazirliyində təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənən, məktəbdənkənar sahədə çalışan təhsil işçiləri və yüksək nəticə göstərən idmançılar ilə görüş keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili üzrə müəssisələrin rəhbərləri, idmançılar iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb. Nazir müavini 2018-ci il ərzində Təhsil Nazirliyinin müvaviq əmrləri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif edilən təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra Firudin Qurbanov təltif olunan şəxslərə Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri Fərman və təşəkkürnamələrini təqdim edib. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təltif edilən şəxlər Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticələr əldə edən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin yetirmələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 2017-2018-ci il mövsümündə müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda uğurlu nəticələr qazanan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin nümayəndələridir.   Mərasimin sonunda xatirə şəkil çəkdirilib.  

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Yanvarın 21-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb direktorları və müəllimlər iştirak edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illər təhsil sahəsinin inkişafı və maddi-texniki təminatı istiqamətində mühüm addımlar atılıb. Nazir müavini təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar həyata keçirilən layihələr arasında “eTwinning Plus” layihəsinin xüsusi rol oynadığını qeyd edib.  Layihə çərçivəsində azərbaycanlı şagirdlər Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. Layihəyə qatılan müəllim və şagirdlər həmçinin XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak ediblər. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan 2013-cü ildə bu layihəyə qoşulub. “eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 438 məktəbdən 1166 müəllimin iştirakı ilə 1065 layihə həyata keçirilib. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, Avropa ölkələrindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək və əməkdaşlıq üçün şərait yaratmaqdır.   Tədbirdə bildirilib ki, 2017-ci ilin fevral ayında “eTwinning”in Avropa mərkəzi layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında müsabiqə elan edib. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 1210 məktəb Beynəlxalq “2018-2019 eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 6-ı Azərbaycan məktəbidir. Azərbaycan qalib gələn məktəblərin sayına görə layihəyə qoşulmuş 41 ölkə arasında 5-ci yeri tutub. Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülən məktəblər Bakı, Sumqayıt şəhərləri və İsmayıllı rayonunda yerləşir. Tədbirdə müsabiqədə qalib olmuş məktəb direktorlarına və müəllim heyətinə mükafat və sertifikatlar təqdim olunub. Eyni zamanda müsabiqə qaliblərinə cari ildə Avropada təşkil olunacaq qısamüddətli təlim və onlayn peşəkar inkişaf proqramlarında ödənişsiz iştirak hüququ verilib.

İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı

İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edib. Proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur. Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dək https://isdbscholarships.smartsimple.com/s_Login.jsp   səhifəsinə göndərməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 20-də Təhsil Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Təhsil Nazirliyinin rəhbərliyi, nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi, tabe qurumların əməkdaşları Azərbaycanın  müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Macarıstanda 2019-2020-ci tədris ili üçün daha bir təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib. Proqrama əsasən, magistratura səviyyəsində bitkilərin mühafizəsi, kənd təsərrüfatının inkişafı və aqrobiznes, kənd təsərrüfatı üzrə biotexnologiya ixtisaslarına təqaüdlər təklif olunur. Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, tibbi sığorta, yataqxana və  yaşayış xərcləri Macarıstan hökuməti tərəfindən qarşılanacaq. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dək REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Müsabiqədə yalnız 30 yaşadək namizədlər iştirak edə bilərlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.  

Respublika Yaradıcılıq Festivalı çərçivəsində təlimlər

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Quba-Xaçmaz zonası üzrə Quba rayonu 2 nömrəli tam orta məktəbdə, Lənkaran-Astara zonası üzrə Lənkaran rayonu 2 nömrəli tam orta məktəbdə keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 60 nəfərdən artıq müəllim cəlb olunub.   Təlimlər zamanı bildirilib ki, festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Həmçinin festivala daxil olan “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” haqqında iştirakçılara ətraflı məlumat verilib.   Ümumilikdə 7 zona üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi festivalda iştirak edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin iştirakçılarını bu tədbir haqqında maarifləndirməkdir. Növbəti təlimlər yanvar ayının sonlarında Şəki-Zaqatala zonasını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllimləri üçün keçiriləcək. Festivalda respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.

"Rəqəmsal bacarıqlar" layihəsi Londonda beynəlxalq sərgidə

"İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsi 23-26 yanvar tarixlərində Londonda keçiriləcək “Bett Show 2019” təhsil texnologiyaları sərgisində təqdim ediləcək. Təhsil Nazirliyi tərəfindən "Algoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilən pilot layihə üzrə görülən işlər ayrı-ayrı stendlərdə nümayiş olunacaq. Bundan əlavə layihənin təqdimatı çərçivəsində "Rəqəmsal bacarıqlar: təhsil prosesinin ölkə daxilində dəyişdirilməsi" və "Uşaqlar üçün İT təhsili: miqyaslı  keyfiyyət" mövzularında iki seminar keçiriləcək. Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və umumilikdə 26000 şagirdi əhatə edir. “Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. Sərgi təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Bu il sərgidə 131 ölkədən 3500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gələcək. “Bett Show 2019” sərgisinin əsas mövzularından biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.

2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı

Türkiyə Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Təqaüd proqramı bakalavriat, magistratura, doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu https://www.turkiyeburslari.gov.tr/  səhifəsi vasitəsilə cari ilin fevralın 20-dək aparılacaq. Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş bütün xərcləri əhatə edir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur. Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.  Məktəblilərin qış tətili isə 27-31 yanvar tarixlərini əhatə edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı