SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İsmayıllı rayonuna mediatur keçirilib
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilib. Mediaturda KİV nümayəndələri ilə yanaşı, təhsil ekspertləri də iştirak ediblər. Öncə qonaqlar Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, modul məktəb ölkə Prezidentinin sərəncamına əsasən 2018-ci ildə quraşdırılıb. Məktəbdə 4 kənddən gələn 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Mediatur iştirakçıları müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan Ceyhun Əsgərov və Orxan Kamallının dərslərini izləyiblər. Daha sonra qonaqlar Lahıc qəsəbə tam orta məktəblə tanış olublar. Bildirilib ki, məktəbin tikintisinə 2017-ci ilin dekabr ayında başlanılıb, 2018-ci ilin avqust ayında tikinti-quraşdırma işləri başa çatdırılıb. 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Məktəbdə 200 şagird təhsil alır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Binanın daxilində idman zalı, hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar var. Mediatur iştirakçıları biologiya müəllimi Cəmilə Kamilovanın, fizika müəllimi Rövşən Əliyevin, ibtidai sinif müəllimi Günay Cəbrayılovanın dərslərini izləyiblər. Daha sonra isə məktəbin Tarix-Diyarşünaslıq Muzeyində 9-cu sinif şagirdlərinin tarix dərsinin gedişi ilə tanış olublar. Mediatur çərçivəsində “Təhsil” televiziyasının "Təməl" verilişinin Lahıcın təhsil həyatına həsr olunmuş buraxılışı canlı yayımlanıb.
24/01/2019 16:32
“Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa”
Yanvarın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun birgə təşkilatçılığı ilə “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov, müxtəlif ali təhsil müəssisələrinin əməkdaşları, İKT və təhsil sahəsi üzrə ekspertlər, həmçinin İKT şirkətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov tədbiri açaraq informasiya-kommunikasiya texnologiyalarının təhsildə rolu barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, bu il fevralın 24-ü BMT Baş Assambleyasının qərarı ilə ilk dəfə olaraq Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirən nazir müavini təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Məhəbbət Vəliyeva diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyası” əsasında təhsil sistemində İKT infrastrukturu inkişaf etdirilib, elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilib, təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya struktru formalaşdırılıb, pedaqoji kadrların İKT üzrə hazırlığı üçün nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilib. Hazırda 2746 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə qoşulub. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. Nazir müavini hazırda 12 ali təhsil müəssisəsinin Avropa Elm və Təhsil Şəbəkəsinə (GEANT) qoşulduğunu da xatırladıb. GEANT Avropada 30-dan çox ölkənin 3500-dən çox təhsil müəssisəsini özündə birləşdirən tədqiqat və təhsil ictimaiyyəti üçün internet-məlumat şəbəkəsidir. Məhəbbət Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyinin portallarında yerləşdirilən 841-dən artıq elektron resursdan indiyədək 4 288 185 dəfədən çox istifadə olunub. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ali təhsil müəssisələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir müavini qeyd edib ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə ali məktəblərdə yaradılan biznes inkubatorların və mərkəzlərin əsas məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarətdir. Tədbirdə ali məktəblərdə informatika fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxışlar olub.
24/01/2019 14:15
İsmayıllı rayonuna mediatur keçirilir
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilir. Öncə media nümayəndələri və təhsil ekspertləri Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, ölkə Prezidentinin sərəncamına əsasən, 2018-ci ildə quraşdırılan modul məktəbdə 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Media nümayəndələri və təhsil ekspertləri işə yeni qəbul olunmuş müəllimlərin dərs prosesini izləyiblər. Mediatur Lahıc qəsəbə tam orta məktəbi ilə tanışlıqla davam edir.
24/01/2019 12:19
Tələbələrin köçürülməsinə başlanılır
Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin köçürülməsi ilə bağlı daha geniş məlumatı https://transfer.edu.az/az/faq linkinə daxil olmaqla əldə edə bilərsiniz.
24/01/2019 11:07
24 yanvar – Beynəlxalq Təhsil Günüdür
Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT Baş Assambleyasının ötən ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü ilk dəfə qeyd olunur. BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər. Beynəlxalq Təhsil Günü münasibəti ilə YUNESKO-nun baş direktoru Odre Azulenin təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır. Odre Azule qeyd edib ki, hərtərəfli, ədalətli və keyfiyyətli təhsil olmadan, hər kəs üçün ömür boyu öyrənmə imkanları yaratmadan dövlətlər milyonlarla uşağı və gənci inkişaf prosesindən kənarda saxlayan yoxsulluğun səviyyəsini azalda bilməz. Beynəlxalq Təhsil Gününün qeyd olunması bu sahədə təməl prinsiplərə bağlılığı təsdiqləmək üçün böyük fürsətdir. YUNESKO-nun baş direktoru hazırda dünyada 262 milyon uşağın məktəbə getmədiyini diqqətə çatdırıb. 617 milyon uşaq və yeniyetmə isə oxuma və ibtidai hesablama bacarıqlarına malik deyil. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub. Odre Azule BMT-yə üzv dövlətləri təhsilin bütün səviyyələrdə hərtərəfliliyini və ədalətliyini qorumaqla hər kəsin maraqlarını təmin etməyə, qızların, qaçqın və məcburi köçkünlərin, miqrantların təhsil ehtiyaclarına, müəllim hazırlığına, təhsil və təlimdə gender perspektivini daha fəal şəkildə təbliğ etməyə xüsusi diqqət yetirməyə çağırıb.
24/01/2019 09:37
“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans
Yanvarın 23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların, ali təhsil müəssisələrinin və şirkətlərin nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev gənclərin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək, məşğulluğun təminatında təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın mühüm rola malik olduğunun vacibliyini bildirib. Təhsil nazirinin müavini İdris İsayev təhsilin iqtisadiyyatın inkişafında, insan kapitalının formalaşmasında və gənclərin məşğulluğunun təmin olunmasında əsas amillərdən biri olduğunu qeyd edib və bu sahədə peşə təhsilinin rolunu xüsusi vurğulayıb. İdris İsayev bildirib ki, hazırda peşə təhsili sistemində ciddi islahatlar, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Ötən il peşə sahəsində 20 yeni ixtisasın peşə təsnifatına daxil edildiyini deyən nazir müavini diqqətə çatdırıb ki, aparılan tədbirlər nəticəsində məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıb. Turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub. Nazir müavini qeyd edib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlıq sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir. Strateji Yol Xəritəsi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir müavini bunun özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacağını diqqətə çatdırıb. Tədbirdə digər çıxış edənlər əmək bazarının çağırışları, problemlər və onların həlli yolları, sosial dialoqun inkişafı, gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət və beynəlxalq təcrübə barədə geniş məlumat veriblər. Konfransda daha sonra BƏT tərəfindən “Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb. “Əmək bazarının tələbləri, təhsil, təlim və bacarıqların inkişafı” mövzusunda keçirilən panel iclasda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb, agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Daha sonra tədbir “Gənclər arasında sahibkarlığın inkişafı”, “Əlverişli qanunvericilik və əmək münasibətləri” mövzularında panel iclaslarla davam edib.
23/01/2019 14:50
Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək
Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Bilik yarışında 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edəcəklər. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçiriləcək. Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim ediləcək. Respublika fənn olimpiadalarında iştirak etmək üçün 32 986 şagird qeydiyyatdan keçib. Olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat (8203 nəfər), ən az şagird isə informatika (721 nəfər) fənlərindən qatılacaq. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
23/01/2019 10:52
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib
Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 20-23 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Təhsil naziri Forumun ikinci günündə "Təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması imkanları” adlı sessiyada çıxış edib. Nazir ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Ceyhun Bayramov müəllim peşəsinin nüfuzunun artırılmasının sözügedən strategiyanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılmasının bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verdiyini vurğulayıb. Ceyhun Bayramov eyni zamanda Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və həyata keçirilən pilot layihələrə dair məlumatı iştirakçıların nəzərinə çatdırib. Daha sonra nazir sessiya çərçivəsində Forum iştirakçılarının suallarını cavablandırıb.
22/01/2019 17:20
Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 20-23 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Forum dünyanın 80-dən çox ölkəsinin təhsil nazir və nazir müavinləri, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb. Dünya Təhsil Forumu Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin Britaniya Şurası və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir. Səfər çərçivəsində Ceyhun Bayramovun həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Britaniya Şurasının sədri Kristofer Rodriqes və digər rəsmi şəxslərlə işgüzar görüşlərinin keçirməsi nəzərdə tutulub.
22/01/2019 14:22
TOPs layihəsi çərçivəsində təlimlər başa çatıb
“TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramı çərçivəsində 2018-2019-cu tədris ilində layihəyə cəlb olunan ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri üçün təlimlər başa çatıb. Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilən təlimlərdə 100 ümumtəhsil məktəbindən 355 fiziki tərbiyə müəllimi iştirak edib. Onlara layihə çərçivəsində ümumtəhsil məktəblərinin fiziki tərbiyə kurikulumuna uyğun hazırlanmış innovativ tədris materialları olan metodiki tədris kartları paylanılıb. Təlimləri müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar təqdim olunacaq. Təlimlərdən 60 min nəfərə yaxın şagird faydalanıb. Cari tədris ilində əlavə olaraq 200 ibtidai sinif müəllimi üçün təlimlərin təşkil edilməsi, təlimlərə cəlb ediləcək müəllim və şagirdlərin ilkin və yekun qiymətləndirilməsi, hədəf ümumtəhsil məktəblərində idman festivalları, “Açıq dərs”lər və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, TOPs layihəsi fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi, ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək təlim metodunun hazırlanması, həmçinin sağlam qida və aktiv həyat tərzinə dair məlumatlılığın artırılması məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Azərbaycanda TOPs proqramının tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019-cu tədris ilində layihəyə əlavə olaraq Bakı şəhərində fəaliyyət göstərən 100 ümumtəhsil məktəbi qoşulub. Beləliklə, layihədə iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb.
22/01/2019 11:28
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı