SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Firudin Qurbanov Tacikistanın səfiri ilə görüşüb
Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb. Firudin Qurbanov ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib. Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Firudin Qurbanov qeyd edib ki, Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür. Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun formalaşdırılmasına zəmin yaradacaq. Son 10 ildə Azərbaycan təhsilində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəlməsi naminə görülən işlərə diqqət çəkən Firudin Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib. Firudin Qurbanov Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamı qeyd edərək yubiley tədbirlərinin YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilməsi haqqında qərarların qəbul olunduğunu da diqqətə çatdırıb. Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev göstərilən diqqətə görə Firudin Qurbanova dərin minnətdarlığını bildirib və ölkələr arasında qardaşlıq münasibətlərinin inkişafından danışıb. Tacikistan Respublikasında aparılan islahatlar və yeniliklər haqqında məlumat verən səfir Rustam Soliyev Azərbaycan ali təhsil ocaqlarında təhsil alan tacikistanlı tələbələr barədə danışaraq növbəti tədris ili üçün bu tələbələrin sayının artırılacağına ümidvar olduğunu bildirib. Bakı Dövlət Universitetinin tələbələri ilə görüşmək istəyini bildirən səfir gələcəkdə BDU-da Tacikistan Respublikası güşəsinin yaradılmasını təklif edib. Səfir Rustam Soliyev 2012-ci ildə Tacikistan Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış müqaviləni xatırladaraq, bu istiqamətdə işlərin davamını, müqavilələrin yenilənməsi və birgə lahiyələrin hazırlanmasını vurğulayıb. Ölkələrimiz və ali təhsil müəssələrimiz arasında ikitərəfli münasibətləri yuksək qiymətləndirən səfir təhsil sahəsində, o cümlədən BDU ilə Tacikistanın universitetləri arasında əlaqələrinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə əmin olduğunu bildirib. Bakı Dövlət Universiteti
28/01/2019 12:58
Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə "Gəncliyin bir həftəsi" adlı tədbir keçirilir. "Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır. Tədbirin birinci günü proqramın “Öyrən” istiqaməti çərçivəsində "İnsan mühəndisliyi" proqramının rəhbəri, təlimçi Rövşən Nəcəfov tərəfindən “Gələcəkdə mən” adlı təlim keçirilib. Təlimdə 30-a yaxın tələbə-könüllü iştirak edib. "Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək. Tədbir fevralın 2-dək davam edəcək. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
28/01/2019 11:15
“SABAH sabahımız üçün əla fürsətlər verdi”
Macarıstanın Korvinus Universitetinin tələbəsi Rəsul Musayev: “Avropanın istənilən universitetində keyfiyyətli təhsil almaq mümkündür” Dünyanın nüfuzlu universitetlərində təhsil alan və öz uğur hekayələrini yazan gənclərimiz kifayət qədərdir. Onların hər biri ilə söhbətləşəndə tələbələrimizin dünyagörüşünün, elmi potensialının, bilik səviyyəsinin nə qədər yüksək olmasına şahid oluruq. Dəyişən dünyanın tələbləri gənclərimizin də motivasiyasını gücləndirir və onları elmin ən yüksək zirvələrinə doğru inamla addımlamağa səfərbər edir. Budəfəki söhbətimiz belə gənclərdən biri, hazırda Macarıstanın Budapeşt Korvinus Universitetində təhsil alan Rəsul Musayevlə redaksiyamızda baş tutdu. Tanıtım. 1997-ci ildə Bakıda anadan olub. 2014-cü ildə Bakıdakı 110 nömrəli tam orta məktəbdən məzun olub. Elə həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasına qəbul olunub. Sonra Təhsil Nazirliyinin SABAH layihəsi çərçivəsində ali təhsilini II kursdan UNEC-də davam etdirib. III kursdan bakalavr təhsilini Avropa Birliyinin maliyyələşdirdiyi “Erazmus+” mübadilə proqramı çərçivəsində Böyük Britaniyanın Lester Universitetində davam etdirib. Hazırda Macarıstan hökumətinin təqaüd proqramı vasitəsilə bu ölkənin Budapeşt Korvinus Universitetində “Marketinq” ixtisası üzrə magistratura təhsili alır. - Siz SABAH qrupunda təhsil almısınız. SABAH sizə nə verdi? - İlk növbədə qeyd edim ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qrupları ölkəmizin təhsil sistemində həyata keçirilən innovativ layihə kimi çox əhəmiyyətlidir. SABAH qruplarının həm tələbələri, həm də onlara dərs deyən müəllimlər seçim əsasında müəyyən olunur. Bizim müəllimlərimizin də əksəriyyəti ali təhsillərini xaricdə alıb, öz ixtisasları üzrə xarici şirkətlərdə çalışıblar. Bundan başqa, təhsilimiz də ingilisdilli təhsildir. Bildiyiniz kimi, hazırda bir çox tələbə magistr təhsilini xaricdə almağı planlaşdırır. Məhz həmin tələbələr üçün SABAH bir hazırlıq mərhələsidir. Mən özüm də bunu görmüşəm ki, bakalavr təhsilini Azərbaycan dilində alanlar xaricə gedəndə çox əziyyət çəkirlər. Çünki biri var, məsələn, gündəlik danışıq üçün ingilis dilini öyrənirsiniz, bu, asan məsələdir. Ancaq akademik dili qavramaq üçün qısa bir müddət kifayət etmir, gərək o ixtisası əvvəlcədən ingilis dilində oxuyasınız. Təhsilimizi ingilis dilində almağımız bizim üçün üstünlük oldu. Təhsil Nazirliyi SABAH tələbələri üçün bir çox əlavə şanslar da yaradırdı. Əslində, sırf SABAH tələbələri üçün bir çox yerli şirkətlərin xüsusi təqaüd, təcrübə proqramları olurdu. Biz SABAH tələbəsi olaraq bu imkanlardan maksimun yararlana bilirdik. Məsələn, yay aylarında SABAH tələbələri üçün Londonda təcrübə proqramlarının təşkil olunmasını qeyd etmək olar. Bütövlükdə götürdükdə, SABAH bizim üçün uğurlu karyeranın başlanğıcı oldu. Çünki təkcə SABAH çərçivəsində qazandığım əhatə, biliklər vasitəsilə özümü nə qədər inkişaf etdirə bildiyimi düşünürəm. Mənim təhsil haqqında düşüncələrimdən biri ideya və təşəbbüslərin cəmləşdiyi, universitet həyatının bizə verdiyi mühitdir. Savadlı tələbələrin bir yerə yığışması bizim üçün çox müsbət oldu. Deyə bilərəm ki, SABAH sabahımız üçün əla fürsətlər verdi. - SABAHın müəllimləri barədə nə deyə bilərsiniz? - Müəllimlərimiz xaricdə təhsil almış mütəxəssislər olduqları üçün orada gördükləri metodikanı öz dərslərində tətbiq etməyə çalışırdılar. Məsələn, xaricdəki təhsil sistemində diskussiyalar vasitəsilə tələbələrin öz fikirlərinə çox önəm verilir. Daha çox interaktiv dərslər keçilir. Bütün bunları xaricdə təhsil almış müəllimlərimizdən daha çox görürük. - “Erazmus+” proqramı sizə nə verdi? - Bu proqram Avropa Birliyi tərəfindən maliyyələşdirilir və bir neçə istiqaməti var. Məsələn, elə istiqamətlər var ki, sırf magistr proqramlarını maliyyələşdirir. Bundan əlavə, qısamüddətli, deyək ki, ikihəftəlik treninqlər də təklif edir. Bunun bir qolu da universitetlərarası əməkdaşlılq səviyyəsində olur. Məsələn, bizim UNEC-in Böyük Britaniyanın Lester Universiteti ilə bu sahədə müqaviləsi var. Bu, “Erasmus Mundus” layihəsi vasitəsilə maliyyələşdirmədir. Bu layihə çərçivəsində hər il bizdən azı 3 tələbə gedib orada bir semestrlik təhsil ala bilər. Səhv etmirəmsə, dövlət universitetləri içərisində ilk dəfədir ki, UNEC-də Birləşmiş Krallığın bir universiteti vasitəsilə “Erazmus” müqaviləsi imzalanıb. Həmin müqavilədən yararlanan ilk tələbələr də biz olduq - mən və daha iki tələbə. Kifayət qədər gözəl bir təcrübə oldu. Həm gözəl təhsil ala bildik, həm də yeni mədəniyyətlərlə tanış olduq. - Xaricdə təhsil üçün Avropanı seçməyiniz hansı amillərlə bağlı idi? - İlk növbədə ixtisasıma görə. Mən marketinq üzrə təhsil alıram. Əslində isə rəqəmsal marketinqə daha çox marağım var. Rəqəmsal marketinq də klassik marketinqlə müasir innovasiyaların qovuşduğu bir yerdədir. Buna görə də mən daha innovativ bir ölkədə təhsil almaq istəyirdim. Təbii ki, Avropa ölkələri bu sahədə öndədirlər. İkinci səbəb də o idi ki, təhsil dövründə bir sıra təcrübə keçmək şansı əldə edirdim. Əvvəlki xaricdə təhsil təcrübəmdə belə bir imkan yox idi. Çünki qısamüddətli mübadilə proqramında iştirak edirdim. İngiltərə qanunvericiliyi xarici tələbələrin işləməsinə onsuz da icazə vermir. Ancaq Macarıstanda işləmək şansı da var. Birinci semestrdə, düzdür, daha çox dərslərə adaptasiya olunmağım zaman aldı. Ancaq digər semestrlərdən həm oxuyaraq, həm də işləyərək ixtisasımı daha da təkmilləşdirmək fürsətim yaranır. Mənim üçün ən mühüm motivasiyalardan biri, deyərdim ki, məhz budur. Çünki Macarıstan müxtəlif şirkətlərin filiallarının yerləşdiyi ölkədir. Xüsusilə də paytaxt Budapeşt şəhəri. Bu şirkətlərdə keçdiyim qısamüddətli təcrübələrin belə gələcək karyeramda böyük töhfəsi ola bilər. - Britaniya və Macarıstan təhsil sistemi arasında müəyyən müqayisələr apara bilərsinizmi? - Macarıstanla bağlı ortaq keçmişimiz olmağına rəğmən deyə bilərəm ki, burada büroktariya daha çox özünü göstərir. İngiltərədə təhsil alanda mən tələbələrə daha çox sərbəstlik verildiyini gördüm. Məsələn, Azərbaycanda tələbələrin ən çox narazı olduğu hal davamiyyətə üstünlük verilməsidir. Bu yanaşma deyərdim ki, Macarıstanda daha sərtdir. Azərbaycanda qayıb limiti, məsələn, 9 dərsdirsə, Macarıstanda 3-dür. Yəni 3 dərsdən artıq buraxa bilmərik. Bir tərəfdən, bu, müsbət haldır. Digər tərəfdən də, məsələn, bəzi fənlər var ki, mən onu evdə oturub mütaliə yolu ilə öyrənməyə çalışsam, daha faydalı olacaq, nəinki müəllimin mühazirəsini dinləyərək. Ancaq bu imkan bizə verilmir. O cəhətdən Macarıstanın belə bir mənfi cəhəti var. Ancaq Lester Universitetində həftələrlə dərsə girməyə bilərsən. Universitet tərəfindən tələbəyə email göndərilir ki, siz nəyə görə dərsə gəlməmisiniz, nəsə bir problem var? Yəni, tələbələrlə maraqlanırlar. Sadəcə olaraq bir məcburiyyət yoxdur. Digər tərəfdən, mən həmişə bunu da deyirəm ki, tələbələri müəyyən dərəcədə tədqiqatlar aparmağa təşviq edən imkanlar var. Bu, hər iki ölkədə çox müsbət cəhətdir. Düzdür, Britaniyada tələbələr üçün daha böyük infrastuktur yaradılıb. Məsələn, kitabxana üçün 3 mərtəbəli bina var, o binanı görəndə insan istər-istəməz həvəslənir, oxumağa motivasiya güclü olur. İngiltərədəki kimi olmasa da, Macarıstanda da bu fürsət yaradılır. Təhsildə inkişaf fərqi nisbətən də olsa özünü göstərir. Böyük Britaniya ingilisdilli ölkə olduğundan beynəlxalq tələbələr üçün daha uyğundur, orada ingilisdilli materialları tapmaq daha asandır. Macarıstanda isə bu sahədə nisbətən çətinliklərimiz olur. Materialların yarıdan çoxu sırf macar dilindədir, baxmayaraq ki, universitet ingilis dilində tədris verir. - Ali təhsilinizdə hansı innovasiyaları müəllimlərdən ala bilirsiniz? - Belə deyək, Britaniyada bunun daha yaxşı nümunələrini, məsələn, tədris prosesində onlayn dərslərin effektivliyini görürdük. Düzdür, bu praktika Macarıstanda da var. Britaniya təhsil sistemində belə bir təcrübə mövcuddur ki, bir çox dərsləri tələbələr könüllü şəkildə götürürlər. Bəzən olur ki, bir müəllimin dərsinə həddindən çox tələbə qatılmaq istəyir. Belə olanda rəhbərlik nə edir? İki mühazirə zalı ayırır. Birində müəllim canlı danışır, o birində isə böyük bir ekran vasitəsilə birbaşa bağlantı olur. Bundan başqa, davamiyyətin yoxlanılması kart vasitəsilədir. Ümumiyyətlə, İngiltərədə kart vasitəsilə kitabxanadan istifadə edə bilirdik. Bundan başqa, kitabların surətlərini də kartla çıxarmaq mümkün idi. Karta balans yüklənir və materiallar “kserokopiya” olunur. Yəni, hər şey sırf bir tələbə kartı vasitəsilə olur. Macarıstanda isə davamiyyət hələ də qələm vasitəsilədir. Yəni, bu sahədə geridə qalır. Ancaq İngiltərə ali təhsili ən üstün səviyyəyə çatmış ölkələrdən biridir. - Təhsilimizdə hansı müsbət məqamları görmək istərdiniz? - Ümumiyyətlə, istərdim ki, ali məktəblərimizdə xaricdə təhsil almış savadlı müəllimlərin sözləri, məsləhətləri daha çox dinlənilsin. Bizim SABAH qruplarında xaricdə təhsil almış müəllimlərimiz vardı, onlar öz metodikalarını tətbiq etmək istəyirdilər, lakin bəzən metodikalarla bağlı müəyyən limitlər yaranırdı. Xaricdə təhsil sistemində necədir? Əvvəlcədən müəllim tələbələrə sillabus təqdim edəndə deyirdi ki, tutaq ki, mən davamiyyət yoxlamaq istəmirəm, il ərzində cəmi bir kurs işi verəcəyəm, həmin kurs işi vasitəsi ilə sizin 70 faiz biliyiniz məlum olacaq. 30 faiz də, deyək ki, seminarda aktivliyiniz əsasında formalaşacaq. Bizim müəllimlər xaricdə təhsil aldıqları üçün ona oxşar bir sistem qurmaq, bizi 100 faizlik kurs işi ilə dəyərləndirmək istəyirdilər. Bu, o deməkdir ki, mənim fənnimə bu tələbə necə hazırlaşıb. Çünki siz imtahanlardan və yaxud 10 sərbəst işdən bir şey əldə edə bilməyəcəksiniz. Lakin bu şərait yaradılmırdı. Bəzi dərslər üçün imtahan doğrudan lazım ola bilər. Amma ölkəmizdə müəllimlər üçün şərait yaradılmalıdır ki, öz metodikalarını tətbiq etsinlər. Müəllimlər təhsilimizi necə inkişaf etdirmək lazım olduğunu daha yaxşı bilirlər. Xaricdə təhsil almış müəllimlərin təklifləri də nəzərə alınsa, kifayət qədər uğur əldə edə bilərik. Bizdə kifayət qədər təcrübəli müəllimlər var, onlar yenilikləri daha yaxşı bilirlər. - Müəllimlərinizi necə xarakterizə edə bilərsiniz? - Mənim qənaətim belədir ki, bütün universitetlərdə heç də hər müəllimin yüksək səviyyədə dərs keçdiyini söyləmək çətindir. Avropadakı top universitetlərin müəllimləri barədə də bunu demək olar. Yəni hər universitetdə yüksək səviyyədə dərs keçənlər, dərsi tələbələrə maraqlı etməyə çalışanlar var. Elə müəllimlər də var ki, bunun tam əleyhinə, dərsə sırf öz məsuliyyəti kimi baxır, yəni bu işi görüm, tez də evə gedim. Belə müəllimlər oxuduğum universitetdə də kifayət qədərdir. Sadəcə olaraq infrastrukturu daha yaxşı olan universitetdə yaxşı müəllimlər daha çoxdur. Müəllimlərimiz var ki, onlar üçün davamiyyət önəmli deyil, deyirlər ki, tələbələrin sırf öyrənməsi lazımdır. Məsələn, marketinq və menecment müəllimimiz var idi ki, dərsdə bizə yalnız öz keçmiş təcrübələrindən danışırdı: yəni təcrübə aldığı ölkələrdə, şirkətlərdə hansı situasiyalarla qarşılaşıb. Bunu ona görə danışırdı ki, tələbələrə bir şey çatdıra bilsin. Onun üçün davamiyyət məcburi olmadığına görə çox adam dərsə gəlmirdi, ancaq bununla belə, müəllim öz dərslərini davam etdirirdi. Elə müəllimlər də var ki, işi davamiyyəti yoxlamaqdan və yaxud qiymət yazmaqdan ibarət idi. Həmin müəllimin dərsində tələbələr daha həvəssiz olur. Azərbaycanda deyərdim ki, oxşar fənni daha yüksək səviyyədə tədris edən müəllimlər var, hansı ki, o dərsləri mən SABAH qrupunda olarkən almışam. Müəllimdən müəllimə fərq var, lakin keyfiyyət Macarıstanda daha yüksəkdir. - Tələbələrimiz xaricdə universitet seçərkən nələrə diqqət etməlidir? - Bizdə belə hallar var ki, hansı ölkədə təhsil almağa imkanı çatırsa və yaxud təqaüdlərə müraciət edə bilirsə, bu ölkələrə üz tutmağa çalışırlar. Xarici universitetlərə müraciət qaydaları çox mürəkkəbdir, bəzilərinin bu prosedur barədə bilikləri olmur. Ona görə də xaricdə istədikləri keyfiyyətdə təhsil ala bilmirlər. Buna görə də biz xaricdə təhsil almaq üçün gənclərimizə kömək etmək məqsədilə layihə işlədik. İndi gənclərin ən çox üz tutduğu ölkələrdən biri İtaliya, digəri isə Estoniyadır. Bir insan innovativ sahələr üzrə təhsil almaq istəyirsə, təbii ki, Estoniya onun üçün ən yaxşı ölkədir, düzdür, Almaniya da ayrı bir dünyadır. Ancaq Estoniya maliyyə cəhətdən onlara üstünlük gətirəcək. Həm də təhsilin keyfiyyəti kifayət qədər yüksəkdir. Macarıstanda mənim təhsil aldığım universitet iqtisadiyyat və biznes yönümlü ixtisas üzrə üstün olsa da, İT sahəsində geridədir. Ona görə də maddi imkan kifayət qədər olarsa, digər ölkələrə getmələri məsləhətdir. Müşahidə etdiyim digər bir məsələ odur ki, son vaxtlar gənclər əsasən təhsilin maliyyə tərəfi ilə maraqlanırlar, keyfiyyətli təhsil isə yaddan çıxır. Təəssüf ki, vəziyyət belədir, ancaq bu da qınanılası deyil. Ona görə də ixtisasından asılı olmayaraq, gənclər bir neçə təqaüd proqramına müraciət edir və sonda hansından razılıq alırsa, ora da gedir. Əslində, yenə də gələcəklərinin parlaq olması ehtimalı çox böyükdür, çünki Avropanın istənilən universitetində keyfiyyətli təhsil almaq mümkündür. - Universitetlərin tələbləri necədir? - Tələblər ilk növbədə Azərbaycanda gənclərin qarşılaşdıqları dil bilikləri baryeri ilə bağlıdır. Tələbələr dil biliyinin yoxlanılması üçün verdikləri İELTS imtahanıdır ki, 9 ballıq sistemlə qiymətləndirilir. Burada tələbənin ingiliscə dinləmə-anlama, oxuyub- başa düşmə, bildiklərini yazmaq, yəni esse yazmaq qabiliyyəti yoxlanılır. Ortalama olaraq 6 və ya 6,5, bəzən də 7 bal toplamaq lazım olur. Bunlar bir çox universitetlərə qəbul üçün kifayətdir. Magistratura üçün bakalavr təhsili üzrə ortalama qiymətlər nəzərə alınır. Bu, çox önəmlidir, azı 71 bal olmalıdır və minimum tələbdir. Normalda güclü təqaüdlərə müraciət etmək üçün tələbənin heç olmasa 85-dən yuxarı ortalama balı olmalıdır. Bundan başqa, motivasiya məktubu yazmaq tələb olunur. Burada tələbənin xaricdə təhsil almaqda məqsədinin nə olduğu, gələcək üçün planları və s. göstərilməlidir. Tələbə özü bunları əsaslandıra bilməlidir. Bundan başqa, tövsiyə məktubları tələb olunur. Bu məktublar tələbənin əvvəlki ixtisas müəllimləri tərəfindən yazılsa yaxşı olar. Müəllimin tələbəsi barədə fikirləri tövsiyədə rəsmi şəkildə (imzalı, möhürlü) əksini tapmalıdır. Xarici universitetə təqdim etməlidir ki, mən bu tələbəni doğrudan da tövsiyə edirəm. Daha yüksək tələbli universitetlər tələbənin ixtisas biliklərinin yoxlanılması üçün hətta imtahanlar da təyin edə, tələbənin biliyini birbaşa yoxlamaq üçün skaypla müsahibə təşkil edə bilər. Hər universitetin fərqli metodika və prosedur qaydaları var. Ancaq motivasiya və ortalama qiymətlərin olması kifayət edir. - Tələbələrimizin çətinlikləri nə ilə bağlıdır? - Ən böyük çətinliklərlə ilk semestrdə rastlaşırıq. Macarıstana getdiyimdə çətinliklər yaşadım, çünki fərqli bir mühitə düşdüm. Tam fərqli bir universitetdəsiniz. Gündəlik həyata alışmağınız tələb olunur, bir tərəfdən də dərslər başlayır. Dərs prosesində olan çətinliklərə gəlincə, həm nəzəri, həm də riyaziyyat və ya statistika tipli fənlərdə problem yarana bilər. İngilis dili bilikləri kifayət qədər olan tələbələr o qədər də çətinlik çəkmirlər. Lakin magistr təhsilində, xüsusilə də statistika, iqtisadi, biznes yönümlü fənlərdə çətinliklər olur. Məsələn, hər hansı bir fənni keçmək üçün əvvəlki baza tələb olunur. Azərbaycanda bu baza kifayət qədər yaxşı yaradılmayıbsa, onda tələbə çox çətinlik çəkir. Məsələn, bəzi tələbələr ilk aylarda toplaşıb o bazanı özləri yaratmalı olurlar. Çünki cəbr və ya xətti riyaziyyat sahəsində baza biliklər olmalıdır ki, statistika fənnini keçə biləsən. Bu cür fənlərdə tələbələr kifayət qədər çətinlik çəkirlər, digər fənlərdə isə ingilis dilini bilmələri kifayət edir. - Növbəti hədəfləriniz nədir? - Uzunmüddətli hədəflər qoymağı xoşlamıram, ancaq yaxın bir ildə nə edə biləcəyimdən danışa bilərəm. Əsas məqsədim odur ki, ixtisasım üzrə praktik biliklər əldə edim. Ona görə həm işləmək, həm də təhsilimi paralel olaraq davam etdirmək istəyirəm. Məqsədim öz sahəmdə kifayət qədər həm təcrübəsi, həm də biliyi olan mütəxəssis kimi yetişə bilməkdir. - Sizin üçün təhsildə uğurun sirri nədədir? - Məncə, təhsildə uğur ixtisasını sevmək və sevdiyiniz ixtisas üzrə bilikləri daha da genişləndirmək üçün çalışmaqdan ibarətdir. Çünki birincisi, ixtisası sevəndə artıq bu, istər-istəməz həyatınızın bir parçasına çevrilir. İndiki şəraitdə imkanlarımız əvvəlki nəsillərə görə çoxdur. Bizim internet resursları, tanıdığımız insanlar, qatıldığımız şəbəkələr vasitəsilə bu imkanlarımızı genişləndirmək şanslarımız daha çoxdur. Buna görə də deyə bilərəm ki, ilk növbədə, ixtisası sevmək və sonra da bu yolu qət etmək üçün baza lazımdır. İxtisasa qarşı sevgi varsa, artıq hər şeyə nail olmaq mümkündür. “Azərbaycan müəllimi” qəzeti
25/01/2019 17:44
Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində təlimlər
Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Dağlıq Şirvan zonası üzrə Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində, Şəki-Zaqatala zonası üzrə Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 80 nəfərdən artıq müəllim cəlb olunub. Təlimlər zamanı bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə etməklə yaradıcı təfəkkür və açıq düşüncə tərzi formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə bağlı məlumatlandırmaqdır. Təlim iştirakçılarına festival çərçivəsində keçiriləcək “Ekoloji yönümlü və enerji effektli məktəb” və Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri haqqında ətraflı məlumat verilib. Növbəti təlimlər yanvar ayının sonlarında Aran və Gəncə-Qazax zonalarını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllimləri üçün keçiriləcək.
25/01/2019 17:28
Bakı məktəblisinin məqaləsi Rusiya mətbuatında
Kaspi liseyinin şagirdi növbəti uğura imza atıb Ölkəmizin təhsil sahəsində aparılan sistemli işlər xüsusu istedadlı ilə seçilən şagirdlərin aşkar olunması, onların bilik və bacarıqlarının stimullaşdirılmasına münbit şərait yardıb. Təhsil Nazirliyinin təşəbbüsü ilə son illərdə keçirilən respublika fənn olimpiadaları şagirdlərin elmi yaradıcılığa marağını artırıb. Heç şübhəsiz ki, şagirdlərimizin əldə etdiyi uğurların əsası orta məktəbdən qoyulur. Xüsusi istedadı ilə seçilən şagirdlərimizdən biri də Kaspi Liseyinin IX sinif şagirdi Faiq Nəcəflidir. Yaşının az olmasına baxmayaraq o, artıq təhsil ictimaiyyətimizin diqqətini cəlb edə bilmişdir. Son günlərdə istedadlı şagirdimiz növbəti uğura imza atıb. Onun “Natural ədədlərin ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlaməti” adlı məqaləsi Moskvada rus dilində nəşr olunan “Matematika” jurnalında dərc olunub. Riyaziyyat müəllimləri üçün metodik tövsiyə xarakteri daşıyan jurnalda Faiqin məqaləsi “Tədris tədqiqatları” bölümündə oxuculara təqdim olunub. Qeyd edək ki, məqalədə natural ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlamətləri əks olunub. Normal riyazi qaydada natural ədədlərin 3-ə və (9-a) bölünməsi üçün bu ədədin rəqəmlərinin cəmi 3-ə (9-a) bölünməlidir. Məsələn, 828 3 və 9-a bölünür, belə ki, 8+2+8=18 cəmi 3 və ya 9-a bölünür. Və yaxud 1713 ədədini 3-ə bölmək üçün, 1+7+1+3-ü toplayıb 3-ə bölürük. Əgər alınan ədəd 3-ə bölünürsə, deməli, 1713 də 3-ə bölünür. Faiqin təklif etdiyi üsulla bu misalı aşağıdakı formada hesablamaq olar: 1713->17+13=30->3+0=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. 1713->171+3=174 ->17+4=21->2+1=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. 1713->1+713=714->71+4=75->7+5=12->1+2=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. Bu qayda ilə daha böyük ədədləri kiçik hissələrə ayıraraq 3-ə bölünüb bölünmədiyini asanlıqla yoxlamaq olar. Məsələn, 2394 ədədi də 3 və 9-a bölünür, belə ki, bu ədədin tərkib hissələrindən təşkil olunmuş 29+34=63, 32+49=81 və yaxud 92+43=135->13+5=18, həmçinin 23+94->117->11+7=18 cəmi də 3 və 9-a bölünür. Həvəskar riyaziyyatçı məqaləsində natural ədədlərin bölünməsinə dair bir sıra teoremlərin isbatı ilə bağlı çoxsaylı nümunələri diqqətə çatdırıb. Dərin zəkası və qabiliyyəti ilə seçilən Faiq hələlik elm yollarında ilk titrək addımlarını atır. Onun ilk uğurları gələcəkdə daha yüksək nailiyyətlər qazanacağına əminlik yaradır. “Azərbaycan müəllimi” qəzeti
25/01/2019 11:39
“Bizim müəllim”
Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Rəhimovaya həsr olunur. Güldanə Rəhimova 2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 60 bal toplayıb.
25/01/2019 09:49
Məktəblərdə qış tətili başlayır
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.
25/01/2019 09:32
İsmayıllı rayonuna mediaturdan fotoanlar
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilib.
24/01/2019 18:08
SABAH tələbələri “Azercell”in təqaüdünə layiq görülüblər
Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH qruplarında təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub. Mükafatlandırma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qruplarının İcra Komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayev qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr veriblər. “Azercell” Tələbə Təqaüdü Proqramında seçimlər 3 mərhələdən ibarət olub. Birinci mərhələdə tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizə və sənədlər dəyərləndirilib. İkinci mərhələdə tələbələr məntiq və ingilis dilindən xüsusi hazırlanan test tapşırıqları ilə biliklərini sınayıblar. Tapşırıqları uğurla yerinə yetirən tələbələr müsahibələrə dəvət alıblar. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə-təhsilə həvəs və s. meyarlar əsasında qiymətləndiriliblər. Proqramın məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı, həmin tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində, sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər. Təqaüdə Bakı Mühəndislik Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə tələbələri İlqar Məmmədzadə və İbrahim Əliyev, Bakı Dövlət Universitetinin “Kompüter Elmləri” ixtisası üzrə tələbəsi Aygül Bayramova, “Hüquqşunaslıq” ixtisası üzrə tələbələri İlqar Məmmədzadə və Sonaxanım Qaybaliyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə tələbəsi İmaməli Şükürlü, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbəsi Cavid Aslanlı və Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə tələbələri Elnur Namazov və Ömər Əzizli layiq görülüblər. Memorandum çərçivəsində 2017-ci ildə SABAH qruplarının 7 tələbəsi “Azercell” şikətinin tələbə təqaüdünü qazanıb, 10 tələbə isə şirkətdə ixtisas təcrübəsi keçmək imkanı əldə edib. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış, müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-a yaxın ixtisas, 2200-dən çox tələbə və 1500-dən artıq məzunu əhatə edir.
24/01/2019 17:44
“Rəqəmsal bacarıqlar” layihəsi Londonda beynəlxalq sərgidə təqdim olunub
Təhsil Nazirliyinin və “Algoritmika“ beynəlxalq təhsil şirkətinin birgə pilot layihəsi olan “Rəqəmsal bacarıqlar” layihəsi yanvarın 23-də Londonda öz işinə başlayan “Bett Show 2019” təhsil texnologiyaları sərgisində ayrıca stendlə təqdim olunub. Təhsil naziri Ceyhun Bayramov stendlə tanış olub. Layihənin stendinə sərgidə iştirak edən və Azərbaycanın bu istiqamətdə təcrübəsi ilə tanış olmaq istəyən bir sıra ölkələrin (BƏƏ, Pakistan, Hindistan kimi) təhsil müəssisələrinin nümayəndələri böyük maraq göstəriblər. Sərgidə həmçinin “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov və "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov "Rəqəmsal bacarıqlar: ölkədə təhsil prosesinin transformasiyası" mövzusunda birgə təqdimat keçiriblər. Təqdimatı 50 nəfərdən çox iştirakçı dinləyib. Dünya Təhsil Forumu çərçivəsindəı keçirilən ““Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. “Bett Show” təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Yanvarın 26-na qədər davam edəcək sərgidə 131 ölkədən 3500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gəlib. Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və umumilikdə 26 000 şagirdi əhatə edir. “Bett Show 2019” sərgisinin əsas mövzularından biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.
24/01/2019 17:43
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı