• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəbdaxili qiymətləndirmə ilə bağlı ən çox verilən suallar "Həftənin sualı"nda

 

“Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı,  Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi keçirilib. Tədbirdə dövlət qurumlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. “Mənim arzularım” mövzusunda keçirilən müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların dünyagörüşü, arzu və xəyalları ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətləri yaratmaq və gənc istedadları üzə çıxarmaqdır. Dünyanın 22 ölkəsindən 222 təhsil müəssisəsinin qatıldığı müsabiqəyə 2000-dən çox  rəsm işi təqdim olunub. 6-15 yaşlı uşaqların iştirak elədiyi müsabiqə 2 mərhələdə – seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilib. Münsiflərin rəyi ilə 675 rəsm işi seçilib, bunlardan 187 iş  3 yaş kateqoriyası üzrə qaliblər sırasına daxil  olub. Şri-Lanka Demokratik Sosialist Respublikasından olan 6 yaşlı Dinuki Thathsarani Rathnathilaka adlı qız isə müsabiqənin ən yüksək “Qran-pri” mükafatına layiq görülüb. Tədbir iştirakçıları müsabiqə qaliblərinin sərgisi ilə tanış olublar. Qaliblərin təltif edilməsindən sonra qonaqlar mərkəzin bədii kollektivlərinin çıxışlarına tamaşa ediblər.  

İnklüziv təhsil sahəsində təlim

İnklüziv təhsil sahəsində icra olunan layihələr çərçivəsində təlim proqramına start verilib. Təlimlərə Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından 51 ali məktəb müəllimi cəlb edilib. Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və YUNİSEF tərəfindən inklüziv təhsil sahəsində iki layihə icra olunur. Beynəlxalq ekspertlər tərəfindən aparılan təlimin əsas məqsədi layihənin əhatə dairəsinə daxil olan müəllimlərin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir. Təlimdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Leyla Tağıyeva diqqətə çatdırıb ki, müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyası və səmərəli öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir. Təlimlərdə təqdim edilən yanaşmalar müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqinə əsaslandığından daha çox müəllimin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına nail olunacaq. Təlimlərdə iştirak edən müəllimlər layihənin növbəti mərhələsində Bakı, Gəncə, Sumqayıt, Qazax, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabadda 1000 nəfər ibtidai sinif müəllimi, 400 nəfər direktor və direktor müavini, ali təhsil müəssisələrinin pedaqoji fakültələrində çalışan 700 nəfər pedaqoq-müəllim və 3300-ə yaxın tələbə üçün təlimlər təşkil edəcəklər. Təlimlər fevralın 8-dək davam edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatı

Fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib. Zəlzələ nəticəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib. Hazırda Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər. Məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir.  

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülən Allahverdi Şahverənov doktorantura səviyyəsi üzrə Hökumətlərarası Təqaüd Proqramının (HTP) məzunudur. Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsinin məzunu olan Allahverdi Şahverənov 2013-2016-cı illərdə həmin proqram çərçivəsində Çin Xalq Respublikasının Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorant təhsili alıb. 2016-cı ildə ölkəyə qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasına rəhbərlik edib.  2016-cı ildə dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan Allahverdi Şahverənov hazırda  AMEA Genetik Ehtiyat İnstitutunun İnsan genetikası laboratoriyasının müdiridir. Azərbaycan, alman, ingilis, rus, çin və türk dillərini bilir.

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Rumıniya Xarici İşlər Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib. Proqrama əsasən, memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq üzrə təqaüdlər təklif olunur. Təqaüd proqramının tədris dili rumın dilidir. Təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd Rumıniya tərəfindən qarşılanacaq. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları https://www.mae.ro/en/node/10251 səhifəsində göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri fevralın 15-dən 22-dək təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti iki ekspert missiyası ölkəmizə səfər edib. Proqramın “Layihə çərçivəsində seçilmiş Milli Təhsil Standartlarının kompetensiyalara əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci, “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı dördüncü komponenti  çərçivəsində Azərbaycana gələn ekspert qrupuna Fransanın Strasburq Universitetinin Kimya fakültəsinin dekanı Jan Mark Planeks, litvalı ekspert, Avropada Xarici Sərhədlərin Müdafiəsi və Sahil Mühafizəsi  Agentliyinin Keyfiyyətin Təminatı üzrə Komitəsinin keyfiyyət məsələləri üzrə mütəxəssisi İnqa Yuknite Petrekiene və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direkor müavini Aureliya Valeikiene daxildir.  Birinci missiyanın məqsədi layihə çərçivəsində müəyyən edilmiş prioritet sahədələrdəki (pedaqoji, təbiət, texniki və texnoloji ixtisas qrupları)  ixtisaslar üzrə ali təhsil proqramlarının müvafiq Avropa ölkələrinin təcrübəsi və Tüninq metodologiyası nəzərə alınmaqla yenidən nəzərdən keçirilməsi, kompetensiya əsaslı yanaşmanı əks etdirməsi məqsədi ilə yenilənməsidir. Missiyanın nəticəsi olaraq Tvinninq layihəsinin ekspertləri tərəfindən prioritet sahələrdəki ixisaslar üzrə təhsil proqramlarıının yeni variantı təklif olunub və Təhsil Nazirliyinin əməkdaşları ilə müzakirə edilib.   İkinci missiyanın məqsədi isə “Ali təhsilin dövlət standartı” adlı layihə sənədinin “Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi” və “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” adlı sənədlərə uyğun hazırlanmasıdır. Missiya çərçivəsində xarici ekspertlər Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə müzakirələr aparıb. Missiya çərçivəsində Akkreditasiya şöbəsi və Təhsil İnstitutunun əməkdaşları ilə də görüş keçirilib.

Direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb. Müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Müsahibənin nəticələri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək. Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə mərhələsini uğurla başa vurmuş 730 nəfər namizədlə müsahibələr 5 dekabr 2018-ci il – 26 yanvar 2019-cu il tarixlərində keçirilib.

Yanvar ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13 815 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan  müddət ərzində həmin mərkəzlərə ümumilikdə 13 815 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 543 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2272 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1162 sənəd (409 ərizə, 753 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi  məsələləri əhatə edib.

Qazax rayonunda məktəb açılışı

Fevralın 4-də S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Məktəbin açılışında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov, Qazax  Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin müəllim-şagird heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbin pedaqoji kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov ölkənin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. İlqar Mahmudov təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib. Sonra Qazax RTŞ-nin müdiri Nizaməddin Babanlı çıxış edərək ölkə rəhbərliyi və Təhsil Nazirliyinə məktəbin əsaslı təmirinə görə Qazax rayon təhsil işçiləri  adından öz təşəkkürünü bildirib. Açılış mərasimindən sonra tədbir iştirakçılar tədris ocağında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, məktəb 964 şagird yerlikdir. Məktəbdə 3 laboratoriya, 2 kompüter  otağı,  yeməkxana, kitabxana, akt zalı, 2 idman meydançası, qazanxana, içməli su anbarı və bir transformator yarımstansiyası var.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı