• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edir

Təhsil naziri Ceyhun Bayramov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edir. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir. Təhsil naziri qəbuldan sonra Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın yeni təmir olunmuş binasında təlim-tərbiyə üçün yaradılan şəraitlə tanış olacaq və burada rayonun məktəb direktorları ilə görüşəcək.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsi bu dəfə Lerik rayonu Blaband kənd tam orta məktəbinin coğrafiya müəllimi  Amil Məmmədovu təqdim edir. Amil Məmmədov 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplayıb. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

"İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub. Fevralın 7-dən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində dərslərə başlayıb.   Qeyd edək ki, pilot layihə Təhsil Nazirliyi tərəfindən "Algoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Layihənin rəhbəri Fəxri Qurbanov Biləsuvar Təhsil Kompleksində keçirilən dərslərlə tanış olub. Layihə rəhbəri qeyd edib ki, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi “Rəqəmsal bacarıqlar”a qoşulan birinci özəl məktəbdir. Fəxri Qurbanov “Rəqəmsal bacarıqlar” layihəsinin Milli Qəhrəmanın adını daşıyan liseydə tətbiqinin Mübariz İbrahimovun doğum gününə təsadüf etdiyini bildirib, bu günün şagirdlər üçün əhəmiyyətini vurğulayıb. Layihəyə liseyin 120 nəfər V-VI sinif şagirdi cəlb olunub. Onlara ixtisasartırma təlimlərinə cəlb olunmuş 2  informatika müəllimi tərəfindən dərs keçiriləcək. “Rəqəmsal bacarıqlar” layihəsi 2018-2019-cu tədris ilində Baki şəhərində 65, Gəncə şəhərində 6 məktəbi və Biləsuvar rayonunda 1 özəl liseyi əhatə edib. Layihə çərçivəsində şagirdlər öz layihələrini, cizgi filmlərini və oyunlarını yarada, cari ilin sonunda isə “Rəqəmsal bacarıqlar”a qoşulan məktəblər arasında keçirilən müsabiqədə iştirak edə biləcəklər. Layihə informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsini, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

Təhsil naziri Ucar şəhərində vətəndaşları qəbul edəcək

Ucar, Zərdab, Kürdəmir, Göyçay rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 15 fevral 2019-cu il tarixində saat 11:00-da Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Kürdəmir, Göyçay rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 7-13 fevral 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Peşə təhsili müəssisəsində inklüziv təhsil - mediatur

Fevralın 7-də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə   mediatur keçirilib.   Mediatur iştirakçılarına məlumat verilib ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan rasionallaşdırma prosesinə uyğun olaraq, 4, 14 nömrəli peşə liseyləri və 12 nömrəli peşə məktəbinin bazasında yaradılıb. Mərkəzdə ümumilikdə 800-dən çox tələbə  təhsil alır. Mediatur iştirakçıları əvvəlcə “Tikişçi” ixtisası üzrə inkluziv təhsil modeli ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, 2017-2018-ci tədris ilindən mərkəzdə inklüziv tədris modeli əsasında “Soyuducu qurğuların maşinisti” qrupu yaradılıb. Həmin qrupda sağlamlıq imkanı məhdud olan 9 tələbə təhsil alıb. Hazırda onların 7-si Bakı Çinar Soyuducuları Zavodunda ixtisaslı kadr kimi çalışır. 2018-2019-cu tədris ilində isə mərkəzdə inklüziv tədris modeli əsasında “Tikiş ustası, tikişçi” qrupu açılıb. Qrupda sağlamlıq imkanları məhdud 5 tələbə təhsil alır. Daha sonra iştirakçılar mərkəzin ixtisas fənn müəllimləri Zahirə Paşayevanın “İnformatika”, Nərminə Zamonavanın “Elektrik cihazlarının quraşdırılması və təmiri” və Təranə Qasımovanın “Tikişin texnologiyası” ixtisasları üzrə praktiki dərslərini izləyiblər. Mediatur iştirakçıları mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq resurs mərkəzləri - Almaniyanın Grohe Akademiyası, Rusiyanın “Knauf” Resurs Mərkəzi, Türkiyənin  “İnova Tədris-Təhsil Mərkəzi” ilə də tanış olublar. Bildirilib ki, həmin resurs mərkəzlərinin əməkdaşları tərəfindən müəssisə və şirkətlərdə tələbələr üçün ustad dərsləri, iş yerində təcrübə proqramı əsasında təlimlər keçirilir. Qeyd olunub ki, mərkəzdə qaynaq, inşaat, elektrik avadanlıqlarının təmiri üzrə resurs mərkəzləri, kompüter ve elektron lövhələrlə təchiz olunan fənn kabinetləri mövcuddur. Jurnalistlər mərkəzdə tələbələrin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb. Görüş zamanı Firudin Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib. Firudin Qurbanov son illər ölkədə təhsil sahəsində həyata keçirilən islahat və layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Təhsil Nazirliyi ilə Koreya Respublikasının Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumundan sonra ümumi və ali təhsil sahəsində bir çox layihələr həyata keçirilib. Firudin Qurbanov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40-dək tələbənin Koreyanın müxtəlif universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 12 ildir fəaliyyət göstərən Koreyaşünaslıq ixtisası üzrə 64 nəfərin məzun olduğunu qeyd edən Firudin Qurbanov tədrisin yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən də aparıldığını, tələbələrin universitetdə keçirilən Bakı Koreya dili natiqlik müsabiqəsində aktiv iştirak etdiklərini vurğulayıb. BDU ilə Koreyanın ali təhsil müəssisələri arasında anlaşma memorandumlarının olduğunu xatırladan Firudin Qurbanov əlaqələri daha da inkişaf etdirməyin, birgə layihələrdə iştirakın vacibliyini diqqətə çatdırıb.   Görüşdə həmçinin bildirilib ki, Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı ali təhsil müəssisəsi, elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb. BDU-unun yubileyi YUNESKO, İSESKO, o cümlədən bir sıra beynəlxalq universitetlərin assosiasiyaları tərəfindən də qeyd ediləcək. Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ikili diplom, Koreyaşünaslıq ixtisasında təhsil alan tələbələrin dərsliklər və təqaüdlə təmin olunması, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə BDU-nun nəzdində açılan Kral Seconq İnstitutunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Səfir həmçinin, BDU ilə Koreya universitetləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi: 187 layihə üzrə 311 şagird

12-14 fevral tarixlərində “Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək. Müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. Bunlardan 63-ü fərdi, 124-ü isə kollektiv layihələrdir. İştirakçıların  83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir.   “Sabahın alimləri” VIII Respublika müsabiqəsində Bakı şəhəri üzrə 116, Sumqayıt şəhərindən 34, Balakən rayonu üzrə 8, Ucar rayonundan 6, Abşeron və Şirvan rayonlarının hər birindən 4, Şəki, Qax, Cəlilabad rayonlarının hər biri üzrə 3, Lənkəran rayonundan 2, Gəncə şəhəri, Ağdaş, Xaçmaz və İsmayıllı rayonlarının hər biri üzrə 1 layihə təqdim olunub.   Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etməkdir. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.  

Tələbələrin köçürülməsi başa çatır

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatır. Bu prosesə fevralın 7-də saat 24.00-da yekun vurulacaq. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

Müəllimlər üçün onlayn kalkulyator xidməti yenilənib

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində düzəlişlər edilib. Müəllimlər Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablama imkanı əldə edə bilərlər. Bunun üçün “Onlayn kalkulyator” keçidinə daxil olaraq müvafiq məlumatlar qeyd edilməli və “hesabla” düyməsi seçilməlidirlər. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları “Hesablama” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsi ilə əldə edə biləcəklər.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimatı

Fevralın 6-da Milli Olimpiya Komitəsində (MOK) “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na cəlb olunan məktəb direktorları ilə görüş keçirilib. Tədbirdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, MOK-un məsul şəxsləri və proqramın işçi heyəti iştirak edib. Tədbirdə çıxış edən MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev proqram çərçivəsində həyata keçiriləcək tədbirlər, proqrama cəlb olunan məktəblərin rolu və vəzifələrindən danışıb, məktəb direktorlarını maraqlandıran suallara cavab veriblər. Tədbir hər bir Avropa ölkəsinin Bakı şəhər məktəblərinə təhkim olunması üzrə bölgüsünü təşkil etmək üçün püşkatma ilə yekunlaşıb. Bakı məktəbləri təhkim olunduqları Avropa ölkəsinin mədəniyyəti, tarixi, milli və müasir idman növlərini öyrənəcək, həmçinin qardaşlaşmış məktəblərə Azərbaycan mədəniyyəti, incəsənəti, idmanı haqqında məlumat vermək imkanı əldə edəcəklər. Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Proqram çərçivəsində Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək ölkələrin məktəbləri ilə Bakı şəhərindən seçilmiş 49 ümumtəhsil müəssisəsi arasında əlaqələrin qurulması, məlumat mübadiləsinin aparılması nəzərdə tutulub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı