• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülən Allahverdi Şahverənov doktorantura səviyyəsi üzrə Hökumətlərarası Təqaüd Proqramının (HTP) məzunudur.

Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsinin məzunu olan Allahverdi Şahverənov 2013-2016-cı illərdə həmin proqram çərçivəsində Çin Xalq Respublikasının Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorant təhsili alıb. 2016-cı ildə ölkəyə qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasına rəhbərlik edib.  2016-cı ildə dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan Allahverdi Şahverənov hazırda  AMEA Genetik Ehtiyat İnstitutunun İnsan genetikası laboratoriyasının müdiridir.

Azərbaycan, alman, ingilis, rus, çin və türk dillərini bilir.


7 il əvvəl