• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi, “Bakcell” və AzEduNet arasında əməkdaşlıq protokolu

Martın 5-də Təhsil Nazirliyi, “Bakcell” və AzEduNet şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və AzEduNet şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb. Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi “Bakcell” şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kart, Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti tərəfindən isə şəbəkənin resurslarına limitsiz çıxış imkanı və texniki dəstək xidməti ilə təmin ediləcək. Tərəflər həmçinin “Bakcell” şirkətinin təhsil sahəsinə aid korporativ sosial məsuliyyət layihələri çərçivəsində birgə əməkdaşlıq səylərini daha da gücləndirəcəklər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təmin olunmasıdır. Bu baxımdan ölkədə ən böyük daxili təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Nazir müavini qeyd edib ki, son illər şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin rəqəmsallaşdırılması istiqamətləri üzrə işlər həyata keçirilir. “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bu əməkdaşlığın ölkədə təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından strateji xarakter daşıdığını vurğulayıb. Nikolai Beckers diqqətə çatdırıb ki, “Bakcell” özünün genişmiqyaslı korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqətdə saxlayır və ölkədə təhsilin inkişaf etdirilməsinə töhfə verməyə çalışır. “Bakcell”in baş icraçı direktoru Təhsil Nazirliyi ilə birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib. Tədbirdə “Bakcell” və AzEduNet şirkətləri tərəfindən ucqar kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinin təmənnasız şəbəkə imkanları ilə təminatı yüksək qiymətləndirilib.  

Avropalı ekspertlərin Azərbaycana səfəri

Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Sözügedən layihənin “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı  dördüncü komponenti  çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi  Mərkəzinin informasiya və qiymətləndirmə üzrə mütəxəssisi Kristina Sutkute və Latviyanın Akademik Məlumat Mərkəzinin Diplomların Tanınması şöbəsinin müdir müavini İnara Dunska daxildir.   Missiyanın məqsədi ali təhsil müəssisələrində təhsil müddətlərinin tanınması üzrə təcrübənin qiymətləndirilməsi, institusional səviyyədə təhsil müddətlərinin təlim nəticələrinə əsaslanaraq tanınması ilə bağlı təkliflərin verilməsi, bu sahədəki qanunvericilik sənədlərinə düzəlişlərə, universitetlərdə tanınma prosedurlarının təkmilləşdirilməsinə dair təklif və təlimatların hazırlanmasıdır.   Missiya çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin, eləcə də Akkreditasiya və Nostrifikasiya İdarəsinin Nostrifikasiya şöbəsinin əməkdaşları ilə görüşlər keçirilib, “Nostrifikasiya haqqında” yeni qanun layihəsinə düzəlişlərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. Bundan başqa, missiya çərçivəsində Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetini təmsil edən nümayəndələrlə görüşlər keçirilib, bu universitetlərdə təhsil müddətlərinin tanınması sahəsində cari praktika öyrənilib və tanınma qaydalarının Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Lənkəran Dövlət Universitetində ilk “Novruz mühazirəsi”

Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilir. Əvvəlcə mühazirə iştirakçıları Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş kimya və biologiya laboratoriyaları, müəllimlər üçün qonaq evi, turizm tədris-təcrübə bazasına baş çəkib, həmçinin 160 yerlik tələbə yataqxanası və tələbə korpusunun tikintisi ilə tanış olublar. Universitetin turizm tədris-təcrübə bazasının ərazisində BDU-nun 100 illik yubileyi münasibəti ilə 100 ağac əkilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov, universitetin professor-müəllim heyəti, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri iştirak edir.  

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərində olub. Nazir müavini Gərmətük kənd tam orta məktəbinə və şəhər 6 nömrəli məktəb-liseyə baş çəkib, sinif otaqlarının, laboratoriyaların vəziyyəti ilə tanış olub, tədris prosesini izləyib. Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə təhsil ocağının uğur qazanmış idmançıları ilə görüşən Məhəbbət Vəliyeva ibtidai siniflərdə şagirdlərin oxuyub-anlama bacarıqlarına yiyələnmə vəziyyəti ilə də maraqlanıb. Məktəbin şagirdlərinə qrup tapşırıqları verən nazir müavini sonra məktəblilərin həmin tapşırıqlar üzrə təqdimatlarını dinləyib. Daha sonra Məhəbbət Vəliyeva Lənkəran Dövlət Universitetinin akt zalında rayonda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb, onlara məktəblərdə metodiki işin təşkili, qiymətləndirmə məsələləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Azərbaycanda “Oxu günü” keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək. Əmrdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur. Bununla əlaqədar “Oxu günü” çərçivəsində tədbirlərə aprelin əvvəlindən başlamaq və bu tədbirləri aprelin 23-də keçiriləcək “Oxu günü” ilə yekunlaşdırmaq daha məqsədəuyğun hesab edilir. “Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılacaq, məktəblərdə seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil ediləcək. Şagirdlərin iştirakı ilə məktəblərdə ədəbi-bədii gecələr, qiraət axşamları və poeziya saatlarının keçirilməs, Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi, məktəblərdə “Oxu günü” nə həsr olunmuş sinif divar qəzetləri və bülletenlərin xüsusi nömrələrinin buraxılması, şagirdlərin rəsmlərindən ibarət sərginin təşkili də nəzərdə tutulur. Əmrdə həmçinin aprel ayında anadan olmuş Azərbaycanın klassik və müasir ədəbiyyat nümayəndələrinin (Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Mir Cəlal Paşayev) məktəblərdə anım günlərinin keçirilməsi, onların həyat və yaradıcılığı haqqında şagirdlərə zəruri məlumatlarının verilməsi öz əksini tapıb. Ölkə Prezidentinin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar məktəblərdə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş toplantılar və onun əsərlərindən ibarət “Poeziya günü” təşkil olunacaq. Azərbaycanın tanınmış yazıçıları, ədəbiyyatşünas alimləri ilə görüşlər və xatirə gecələri keçiriləcək.

Nazir müavini Məhəbbət Vəliyeva Astarada

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Astarada olub. Nazir müavini rayonun Qapıçıməhəllə kənd ümumi orta, Təngərüd tam orta və Astara şəhər 1 nömrəli tam orta məktəblərinə baş çəkib. Qapıçıməhəllə kənd ümumi orta məktəbində əlavə məşğələlərdə iştirak edən Məhəbbət Vəliyeva bu kimi məşğələlərin əhəmiyyətindən söz açıb. Nazir müavini baş çəkdiyi məktəblərin pedaqoji kollektivləri ilə görüşüb, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyinə toxunub. Astara şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşən nazir müavini məktəblərin fəaliyyətinin mövcud tələblərə uyğun şəkildə yaxşılaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib. Bu istiqamətdə məktəb rəhbərlərinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Hər bir müəllimin daim axtarışda olmasının, işlərini günün tələblərinə uyğun qurmasının vacibliyini qeyd edib. Məktəblərdə metodiki işin təşkili, qiymətləndirmə məsələlərinə toxunan Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Təhsil naziri Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək

Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd, Laçın rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 11 mart 2019-cu il tarixində saat 10:00-da Ağcabədi şəhərindəki Bayraq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayon sakinlərini qəbul edəcək. Qəbulda Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 5-7 mart 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

“Novruz mühazirələri”nə başlanılır

Martın 5-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılır. Bakı Dövlət Universitetinin və Qazax Müəllimlər Seminariyasının 100 illik yubileylərinə həsr olunmuş builki “Novruz mühazirələri”nin Lənkəranda, Bakıda və Qazaxda keçirilməsi planlaşdırılır. “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” Lənkəran Dövlət Universitetində baş tutacaq. Mühazirədə tarix elmləri doktoru, professor Anar İsgəndərov Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, onun mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında duran prioritetlər barədə çıxış edəcək. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır. “Novruz mühazirələri”nin informasiya dəstəyi Real televiziyasına və Onlayn Xəbər Agentliyinə (ONA) məxsusdur.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir. Səfərdə məqsəd cənub bölgəsinə daxil olan rayonlarda təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaqdır. Nazir müavini səfər çərçivəsində əvvəlcə Lerik rayonunda olub. Martın 4-də rayonun Hamarmeşə kənd tam orta, Peştətürk kənd ibtidai məktəblərinə, şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyə və şəhər 3 nömrəli  tam orta məktəbə baş çəkən nazir müavini adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb, dərs prosesini izləyib, şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub. Məhəbbət Vəliyeva həmçinin həmin məktəblərin 11-ci siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlara peşə seçimi və fənn olimpiadalarının əhəmiyyətindən danışıb. Nazir müavini eyni zamanda Lerik şəhər 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən təhsil müassisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə təhsil sahəsində son illər aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.

Respublika çempionatının voleybol idman növü üzrə qalibi müəyyənləşib

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 1-2 mart 2019-cu il tarixlərində keçirilən məktəblər arasında respublika çempionatının voleybol idman növü üzrə final mərhələsinə yekun vurulub. Çempionatın proqramına uyğun olaraq, final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 komanda mübarizə aparıb. Yarışların nəticəsi olaraq, I yeri Bakı şəhəri 269 nömrəli məktəbin, II yeri Şəki rayonu Böyük Dəhnə kənd 2 nömrəli məktəbin, III yeri isə Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinin komandası tutub. Qalib komanda Xorvatiyanın Poreç şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb. Qeyd edək ki, müxtəlif idman növləri üzrə məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış əmrə əsasən keçirilir. 2018-ci ilin oktyabr ayından başlanılan voleybol idman növü üzrə yarışlarda 1303 orta məktəb üzrə 60 mindən artıq şagird iştirak edib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı