• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Bizim müəllim”

“Bizim müəllim” layihəsi bu dəfə Neftçala rayonu Bankə qəsəbə 1 nömrəli tam orta məktəbin kimya müəllimi Lalə Əzimovanı təqdim edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 57 bal toplayıb. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Cocuq Mərcanlı kəndində “Qayıdış” Yaz Məktəbi keçiriləcək

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə cari ilin 8-10 mart tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 günlük “Qayıdış” Yaz Məktəbi keçiriləcək. 60-dan çox məktəbli və gəncin iştirak edəcəyi Yaz Məktəbinin təşkilində tələbə-könüllülər də iştirak edəcəklər. “Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır.  “Qayıdış” Yaz Məktəbi çərçivəsində Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri və kənddə yaşayan gənclər təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər. Yaz Məktəbi “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları, “Youth Inc.” Sahibkarlıq Proqramı, “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək. Qeyd edək ki, aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir. 

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq. Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunacaqlar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndəriləcək. Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində aparılacaq. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək. 2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçiriləcək. Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Bu il birinci sinfə qəbul prosesi necə keçiriləcək, hansı yeniliklər gözlənilir?

Sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri müavini İlhamə Abdullayeva cavablandırır.  

Təhsil nazirinin müavininin cənub bölgəsinə səfəri davam edir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub. Nazir müavini tədris ocaqlarının vəziyyəti ilə tanış olub, təhsil işçiləri, şagird və valıdeynlərlə görüşüb. Öncə rayonun Şıxlar 2 kəndində tikintisi davam edən modul tipli məktəbə baxış keçirən Məhəbbət Vəliyeva daha sonra Qəriblər kənd tam orta məktəbində olub. Masallı şəhər “Dəfinə” məktəb-liseyində də olan nazir müavini burada müəllimlərin dərsdən sonra şagirdlərlə təmənnasız məşğul olmalarını yüksək qiymətləndirib, bunun əsl müəllim və vətəndaş mövqeyi olduğunu deyib. Belə halların Masallının digər məktəblərində də həyata keçirildiyindən xəbərdar olduğunu bildirib. Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbinə baş çəkən nazir müavini burada rayonun təhsil uğurları ilə tanış olub, idmançı məktəblilərlə görüşüb. Valideynlərlə də söhbət edən Məhəbbət Vəliyeva onların təkliflərini dinləyib, valideyn-məktəb işbirliyinin vacibliyindən danışıb. Sonra nazir müavini həmin məktəbdə rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub. Nazir müavini səfər çərçivəsində rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində də olub, mərkəzin kollektivi ilə görüşüb. Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində həmçinin Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbdə də olub. Məktəbin şagird- müəllim kollektivi ilə görüşən nazir müavini siniflərdə olub, binaya baxış keçirib. Nazir müavini məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib.

Birinci sinfə qəbulla bağlı suallara cavab

Bu il birinci sinfə qəbul prosesi necə keçiriləcək, hansı yeniliklər gözlənilir? “Təhsil” televiziyasının “Həftənin sualı” verilişinin martın 7-si saat 11.00-da nazirliyin saytı və  “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq buraxılışında birinci sinfə qəbulla bağlı bütün suallara aydınlıq gətiriləcək. Sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxsi cavablandıracaq. Vətəndaşlar ümumi təhsilə dair suallarını canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərlər.

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil  şirkətinin təşkilati dəstəyi ilə mart ayında  Azərbaycanda  "Kod saatı" qlobal hərəkatı çərçivəsində bir sıra tədbirlər  keçiriləcək. "Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər  arasında  populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə  cəlb etmək,  həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. "Kod saatı" təşəbbüsü  2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara  proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir.  "Kod saatı"nı bütün ölkə üzrə  üç mərhələdə keçirmək planlaşdırılır. “Kod saatı”nın birinci mərhələsi cari ilin martın 16-da paytaxtın bütün  inzibati rayonları əhatə olunmaqla Bakının 12 məktəbində və Gəncə şəhərinin bir məktəbində keçiriləcək. İkinci mərhələ martın 23-də onlayn-rejimdə baş tutacaq. “Kod saatı”nın üçüncü mərhələsi isə martın 30-da Bakı və Gəncədə  "Pasha Malls Group" ilə tərəfdaşlıq çərçivəsində  bu qurumun ticarət-əyləncə mərkəzlərində keçiriləcək. Tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" çərçivəsində iştirakçılar oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir.

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Yardımlı rayonunda olub.   Nazir müavini rayonun Sırıq, Çayüzü, Avaş kənd və şəhər 1 nömrəli tam orta məktəblərinə baş çəkib, təhsil işçiləri ilə görüşüb. Çayüzü kənd tam orta məktəbində məktəbəhazırlıq qrupunda olan Məhəbbət Vəliyeva uşaqlarla söhbət edib. Həmin məktəbdə əyani vəsaitlərlə təşkil olunan fizika dərsində iştirak edən nazir müavini dərsin müasir təlim metodları ilə təşkil olunmasından məmnun qaldığını bildirib. Məhəbbət Vəliyeva şəhər 1 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Sonra nazir müavini rayon təhsil şöbəsinin inzibati binasına baxış keçirib.

Təhsil naziri Mərakeş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Martın 5-də təhsil naziri Ceyhun Bayramov Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Adil Embarş ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov, universitetin professor-müəllim heyəti, rayonun təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri iştirak edib. Əvvəlcə mühazirə iştirakçıları Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş kimya və biologiya laboratoriyaları, müəllimlər üçün qonaq evi, turizm tədris-təcrübə bazasına baş çəkib, həmçinin 160 yerlik tələbə yataqxanası və tədris korpusunun tikintisi ilə tanış olublar. Universitetin turizm tədris-təcrübə bazasının ərazisində BDU-nun 100 illik yubileyi münasibəti ilə 100 ağac əkilib. Tədbir daha sonra Lənkəran Dövlət Universitetinin akt zalında davam edib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov tədbiri açaraq iştirakçıları salamlayıb. “Novruz mühazirələri”nin əhəmiyyətindən bəhs edən Natiq İbrahimov belə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.   Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Təhsilin cəmiyyətin bünövrəsi olduğunu deyən nazir müavini tərəqqi və inkişafın məhz bu bünövrədən başladığına diqqət çəkib. Məhəbbət Vəliyeva qeyd edib ki, şagirdlərin azərbaycançılıq məfkurəsinə sadiqlik, vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir təhsil işçisinin ümdə vəzifəsi olmalıdır. Nazir müavini 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetinin Azərbaycanın təhsil tarixində mühüm yerə malik olduğunu bildirib. Qeyd edib ki, BDU-nun keçdiyi şərəfli yol və ənənələri digər universitetlərə də örnək olmalıdır. Nazir müavini BDU-nun mənəvi varisi olan Lənkəran Dövlət Universitetinin də bu ənənələrə sadiq qalacağına əminliyini bildirib. Nazir müavini həmçinin Lənkəranda yerləşən ümumi təhsil müəssisələrinin LDU-nun texniki bazasından istifadə etdiklərini təqdir edib. Bildirib ki, universitetlərlə ümumi təhsil müəssisələrinin əlaqəsinin artırılması zəruridir.   Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərovun təqdimatında “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” adlı “Novruz mühazirəsi” dinlənilib. Mühazirəçi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, tarixi, inkişaf mərhələləri barədə danışıb. Bildirib ki, Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol Azərbaycanın elm tarixinin parlaq səhifəsidir. Anar İsgəndərov vurğulayıb ki, 100 illik tarixi dövrundə BDU-nu 174500 tələbə bitirib, onların 4200-ə qədəri əcnəbilərdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda BDU məzununun işləmədiyi dövlət qurumu yoxdur. Anar İsgəndərov bu elm məbədinin mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında duran prioritetlər barədə də danışıb. Daha sonra çıxış edən təhsil eksperti Şahlar Əsgərov, kimya elmləri doktoru Əfsun Şucayev, Lənkəran Dövlət Universitetinin professoru Yadulla Ağazadə, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva “Növruz mühazirələri”nin fəlsəfəsi və əhəmiyyətindən danışıb, belə tədbirlərin davamlı olaraq keçiriləcəyinə əminliklərini bildiriblər. Sonra universitetin 1 saylı tədris korpusunda müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Qida məhsulları texnologiyası”, “Qida təhlükəsizliyi və ekologiyası” və “Aqrokimya” laboratoriyaları və sitrus bağı ilə tanışlıq olub. Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır. “Novruz mühazirələri”nin informasiya dəstəyi Real televiziyasına və Onlayn Xəbər Agentliyinə (ONA) məxsusdur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı