• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İsraildə STEM təhsili ilə bağlı təlim kursu

Azərbaycandan olan 50 təhsil mütəxəssisi İsraildə dörd həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi ilə bağlı təlimdə iştirak edirlər. Səfər çərçivəsində  STEM təhsili ilə bağlı proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun Azərbaycandan olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən müəllimlərə metodik dəstəyin göstərilməsi üzrə təlimlər keçiriləcək. Təlim kursunda Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe məktəblərdən, Bakı Mühəndislik Universitetindən və bir sıra rayonlardan müəllimlər iştirak edirlər. Təlim kursu martın 31-dək davam edəcək.

SABAH bilik yarışmasının birinci turu başa çatıb

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışmasının birinci mərhələsi başa çatıb.  Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib. Bilik yarışmasının təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkara çıxarılması, stimullaşdırılması, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayiş etdirməsi, müxtəlif ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə SABAH qruplarında təhsil alan tələbələrin qarşılıqlı inteqrasiyasıdır. Bilik yarışmasında ümumilikdə 9 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Uiversiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti) 800-dək SABAH qrupları tələbəsi iştirak edib. Ötən il ilə müqayisədə bu il iştirakçıların sayı xeyli artıb. Bilik yarışması Təhsil Nazirliyi, SABAH qrupları layihəsinin əməkdaşları, müvafiq ali təhsil müəssisələrinin rəhbərliyi, uyğun ixtisaslar üzrə mütəxəssislər (akademik heyət), həmçinin SABAH könüllülərinin dəstəyi ilə təşkil olunub. Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, riyaziyyat üzrə 45, müəllimlik üzrə 97, informasiya texnologiyaları üzrə 25 yarış iştirakçısı ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. Bilik yarışmasının növbəti və final mərhələlərinin cari ilin 11 - 15 mart tarixlərində keçirilməsi nəzərdə tutulur.

Uşağın formalaşmasında və təhsilində valideynin önəmi - super ata necə olmalıdır?

Təhsil İnstitutunun YUNİSEF-in maliyyə dəstəyi ilə hazırladığı növbəti videoçarxı təqdim edirik.

Təhsil nazirinin Real TV-yə müsahibəsi

   

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Martın 2-də Bakı şəhəri 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci  intellektual yarışının yarımfinal mərhələsi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iştirak edib. Nazir müavini son illər təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində tədrisin keyfiyyətinin yüksəldiyini, istedadlı uşaqlarla işin təşkilinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Məhəbbət Vəliyeva belə yarışların şagirdlərin potensialının aşkara çıxarılmasında, komanda işinin və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsində mühüm rola malik olduğunu vurğulayıb və yarışda iştirak edən şagirdlərə uğurlar arzulayıb. Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində keçirilən yarışın yarımfinal mərhələsində 15 məktəbin komandası iştirak edib. Bunlardan 10 ən yüksək nəticə göstərən komanda final mərhələsinə keçmək hüququ qazanıb. Yarımfinal mərhələsində finala keçmək hüququ qazana bilməyən komandalara tədbirin fəxri qonaqları tərəfindən layihədə iştiraka dair xüsusi sertifikat və hədiyyələr təqdim olunub. Ümumilikdə layihə üzrə bir promo oyun, 8 oyun, bir yarımfinal və bir final mərhələsinin keçirilməsi nəzərdə tutulub.  Layihə çərçivəsində keçirilən oyunlarda məktəblilərin istirahəti və qidanlanması üçün lazımi şərait də yaradılıb. Onların motivasiyasını təmin etmək məqsədilə hər oyunda ilk 3 yeri tutan komanda müxtəlif hədiyyələr ilə mükafatlandırılıb. Martın 16-da layihənin final mərhələsi baş tutacaq. Yarışın qalibləri xüsusi hədiyyə və sertifikatlarla təltif olunacaqlar.

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Martın 2-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə keçirilib. Müşavirədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov son illər bu sahədə aparılan islahatlar, ümumi təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ceyhun Bayramov qeyd edib ki, şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında ümumi təhsil müstəsna əhəmiyyətə malikdir və bu baxımdan ən geniş əhatə dairəsi olan bu təhsil pilləsinə həmişə xüsusi diqqət göstərilib. Ceyhun Bayramov bildirib ki, ümumi təhsil müəssisələrinin idarəedilməsinin təşkili təhsilin keyfiyyətinin yüksəldilməsində vacib halqadır. Son iki ayda 132 nəfər ümümi təhsil müəssisələrinə direktor təyin edilib. Nazir məktəb direktorlarının təyinatı prosesinin davam edəcəyini bildirib.  Yerli təhsili idarəetmə qurumlarının məktəblərlə ünsiyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsində valideyn faktorunun önəmini diqqətə  çatdırıb. Təhsil naziri qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllim peşəsinin nüfuzu və bu sahəni seçmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Həmçinin işə yeni qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri daha da yüksəlib. Ceyhun Bayramov təhsili idarəetmə orqanları ilə pedaqoji profilli universitetlərin əməkdaşlığının vacib olduğunu qeyd edib. Bildirib ki, müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübələri ölkənin bütün ümumtəhsil məktəblərində aparılmalı, universitet-məktəb əməkdaşlığı daha da genişləndirilməlidir. Nazir müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini və bu sahədə modulların yenilənəcəyini bildirib. Eyni zamanda məktəb bazasında səriştəyönümlü və kompetensiya əsaslı peşə təmayülünün daha da genişlənməsi istiqamətində işlər görüləcəyini nəzərə çatdırıb. İstedadlı uşaqlarla işin təşkili ilə bağlı həyata keçirilən layihələrdən söz açan təhsil naziri qeyd edib ki, indiyədək ölkə üzrə belə uşaqların seçimi aparılıb və 60 xüsusi sinif yaradılıb. Nazir şagirdlərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasının əsas prioritetlərdən olduğunu vurğulayıb. Sonra təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan hədəflərin hər bir təhsil işçisinin üzərinə mühüm vəzifələr qoyduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb  fəaliyyət göstərir. Həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərə bərabərdir. Məhəbbət Vəliyeva bildirib ki, müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu üzrə müsabiqəyə 2015-ci ildə 21795 nəfər müraciət edib, onlardan 2200-ü işə qəbul olunub. Ötən il isə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50697 nəfər müraciət edib, onlardan 8500 nəfər daimi əsaslarla işə qəbul olunub. Həmin müəllimlərin 48 faizi müddətsiz, 52 faizi müddətli müqavilə ilə fəaliyyət göstərir. Nazir müavini yerlərdə  gənc müəllimlərlə işin nəzarətə götürülməsi və onların istiqamətləndirilməsinin vacib olduğunu qeyd edib. Müşavirədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Audit şöbəsinin sektor müdiri Mürşüd Rəşidov Dövlət proqramlarından irəli gələn məsələlərlə bağlı tapşırıqların, eləcə də  Təhsil Nazirliyinin əmr və sərəncamlarının yerinə yetirilməsi vəziyyəti, təlim keyfiyyəti, təmayülləşmə, məktəbdaxili nəzarət və rəhbərliyin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər. Həmçinin çıxışlarda aparılan monitorinq və araşdırmaların nəticələri və bununla bağlı görülən tədbirlər haqqında danışılıb. Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb, yerli təhsili idarəetmə qurumlarının rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.

Kredit almaq istəyən tələbələrin nəzərinə

Fevralın 28-də “Maarifçi” Tələbə Kredit Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib. İclasda 2018-ci ilin yekunlarına dair fondun hesabatı təqdim olunub, Himayəçilik Şurası sədrinin və fondun yeni icraçı direktorunun təyin olunması, növbəti elan sessiyasının tarixi və müraciət meyarlarına dair məsələlər şuranın müzakirəsinə təqdim edilib. Fondun ilk icraçı direktoru Rüfət Mahmudun üç illik səlahiyyət müddətinin başa çatması və digər vəzifə təyinatı ilə əlaqədar onun növbəti müddətə fonda rəhbərlik üçün namizədliyi irəli sürülməyib. Gündəlikdəki məsələyə əsasən, Himayəçilər Şurasının üzvləri yeni namizədin təqdimatı ilə tanış olublar. Səsvermə əsasında fondun icraçı direktoru vəzifəsinə Araz Paşayevin təyin edilib. Araz Paşayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin məzunudur. O, uzun müddət təhsil və hüquq sahələrində həyata keçirilən bir sıra yerli və beynəlxalq layihələrdə məsləhətçi-ekspert olaraq çalışıb. Gündəlikdəki digər məsələlərdən biri də fondun növbəti elan sessiyasının tarixinin müəyyən edilməsi ilə bağlı olub. Yekun qərara əsasən, elan sessiyasının tarixi 1 mart–5 aprel 2019-cu il tarixləri müəyyən edilib. Bu elan sessiyası çərçivəsində təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi üçün təqdim olunacaq. Tələbələr üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb. İclasda tələbələrin artan kredit tələbatını əsas götürərək, müvafiq sahədə genişmiqyaslı fəaliyyət üçün Təhsil Nazirliyi və bir sıra təşkilatların ekspert qrupu tərəfindən yeni konsepsiyanın hazırlanması barədə müzakirələr aparılıb. Hazırda konsepsiya tamamlanma mərhələsindədir. Qeyd edək ki, “Maarifçi” Tələbə Kredit Fondu 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin aparıcı ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fondun  əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlərin verilməsi ilə bütün tələbələrə bərabər imkanların yaradılmasıdır. Hazırda fond 10 təsisçi və 4 tərəfdaş universitetlə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetlər tərəfindən təqdim edilən tələbə krediti yerlərinin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 223 təhsil krediti müqaviləsi imzalanıb. Kreditlər əməkdaş ali təhsil müəssisələrinin təqdim etdikləri ödənişli əsaslarla tələbə yerləri hesabına həyata keçirilib.

Məktəblər arasında respublika çempionatının final mərhələsi

Martın 1-də məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, voleybol idman növü üzrə yarışların final mərhələsinə start verilib. İki gün davam edəcək oyunlarda zona yarışlarında I və II yeri tutan komandalar mübarizə aparacaq. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb. Nəticələrə əsasən, 28 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar. Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.   Vəzifəyə təyin olunan direktorların siyahısı

Vətəndaşlarla iş bölməsinə 17 010 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 17 010 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14748 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2262 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1460 (482 ərizə, 978 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox tələbələrin köçürürlməsi, direktorların işə qəbulu, tələbə təqaüdləri, xarici diplomların tanınması, birinci sinfə qəbul və digər bu kimi  məsələləri əhatə edib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı