• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil nazirinin müavininin cənub bölgəsinə səfəri davam edir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub.

Nazir müavini tədris ocaqlarının vəziyyəti ilə tanış olub, təhsil işçiləri, şagird və valıdeynlərlə görüşüb.

Öncə rayonun Şıxlar 2 kəndində tikintisi davam edən modul tipli məktəbə baxış keçirən Məhəbbət Vəliyeva daha sonra Qəriblər kənd tam orta məktəbində olub.

Masallı şəhər “Dəfinə” məktəb-liseyində də olan nazir müavini burada müəllimlərin dərsdən sonra şagirdlərlə təmənnasız məşğul olmalarını yüksək qiymətləndirib, bunun əsl müəllim və vətəndaş mövqeyi olduğunu deyib. Belə halların Masallının digər məktəblərində də həyata keçirildiyindən xəbərdar olduğunu bildirib.

Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbinə baş çəkən nazir müavini burada rayonun təhsil uğurları ilə tanış olub, idmançı məktəblilərlə görüşüb. Valideynlərlə də söhbət edən Məhəbbət Vəliyeva onların təkliflərini dinləyib, valideyn-məktəb işbirliyinin vacibliyindən danışıb.

Sonra nazir müavini həmin məktəbdə rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.

Nazir müavini səfər çərçivəsində rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində də olub, mərkəzin kollektivi ilə görüşüb.

Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində həmçinin Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbdə də olub. Məktəbin şagird- müəllim kollektivi ilə görüşən nazir müavini siniflərdə olub, binaya baxış keçirib. Nazir müavini məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib.


7 il əvvəl