SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Bizim müəllim”
“Bizim müəllim” layihəsi bu dəfə Bərdə rayonu Bəcirəvan kənd tam orta məktəbinin coğrafiya müəllimi İmamverdi Əliyevi təqdim edir. “Öyrətdikcə özüm də öyrənirəm” deyən İmamverdi Əliyev 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 54 bal toplayıb. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
05/04/2019 11:06
“BİR” könüllülərdən yeni kampaniya
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının üzvləri “Şəhidimiz” kampaniyasına dəstək veriblər. “Şəhidimiz” kampaniyası aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələrinə dəstək məqsədilə başladılıb. Kampaniya çərçivəsində gənclər aprel döyüşlərində şəhid olan soydaşlarımızın paytaxtda yaşayan ailələrini ziyarət edib, onlarla həmsöhbət olublar. “Şəhidimiz” kampaniyası çərçivəsində həmçinin 3 aprel tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub. Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunan tədbirdə “BİR” Tələbə-Könüllü proqramının 130-dan çox üzvi iştirak edib. Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğu, hörmət və ehtiramla yad edildiyi xüsusi qeyd olunub. Bildirilib ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Tədbirdə “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan, şəhidlərimizin ailə üzvlərinin videolarından ibarət çarxlar nümayiş olunub. Qeyd edək ki, milli könüllü platforması kimi “Bir” Tələbə-Könüllü proqramının 20,000-dən çox üzvi var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verib. “Bir” Tələbə-Könüllü proqramına qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
04/04/2019 17:22
Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində
Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb. Abidənin yaxınlığındakı ərazidə və Cocuq Mərcanlıya gedən yolun kənarında milli vətənpərvərlik musiqisinin sədaları altında aprel zəfərindən ötən hər gün üçün 1, ümumilikdə isə 1100 ağac əkilib. Qeyd edək ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub. Daha sonra tədbir iştirakçıları ön xəttə yollanıb, əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Əsgər və zabitlərlə görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Firudin Qurbanov Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir vətəndaşda qürur hissi yaratdığını qeyd edib. Nazir müavini vurğulayıb ki, aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Firudin Qurbanov işğal altındakı digər torpaqlarımızın da işğaldan azad ediləcəyinə əminliyini ifadə edib. Əsgərlərlə söhbət zamanı Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev aprel şəhidlərinin şücaətindən söz açıb. Rasim Əliyev bildirib ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu düşməni tam məğlub etməyə hər zaman hazır olduğunu nümayiş etdirib. General-mayor Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğunu vurğulayıb. Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov və tədbir iştirakçıları Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Məktəbə Təhsil Nazirliyi tərəfindən idman ləvazimatları hədiyyə olunub. Sonda tədbir iştirakçıları Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə birgə nahar ediblər.
04/04/2019 16:13
Horadizdə aprel zəfərinə həsr olunmuş tədbir
Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilir. Tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir. Tədbirdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak edirlər. Tədbir çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət ediləcək və abidənin yaxınlığındakı ərazidə aprel zəfərindən ötən hər gün üçün 1, ümumilikdə isə 1100 ağac əkiləcək. Həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində görüş keçiriləcək.
04/04/2019 12:54
Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 574 şagird vəsiqə qazanıb. Yarımfinal turunun nəticələri və finalda iştirak edəcək şagirdləri adlı siyahısı www.olimpiada.edu.az saytında yerləşdirilib. Respublika fənn olimpiadalarının final turunda yarımfinal turunun nəticələrinə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər iştirak etmək huququ qazanıblar. Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə( idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları məktəblərdən də əldə edə bilərlər. Respublika fənn olimpiadalarının final turu may ayında keçiriləcək. Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi fevralın 3-də keçirilib. Bilik yarışında 32 986 nəfər 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edib. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
04/04/2019 10:49
Horadizdə aprel zəfərinə həsr olunmuş tədbir
Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilir. Tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir. Tədbirdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak edirlər. Tədbir çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət ediləcək və abidənin yaxınlığındakı ərazidə aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkiləcək. Həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində görüş keçiriləcək.
04/04/2019 09:05
Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə
Şagirdlərimizin Beynəlxalq Kimya Olimpiadasına hazırlıq prosesini təkmilləşdirmək məqsədilə Rusiya Federasiyasından mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları Maksim Kozlov və Yuriy Andreyevdir. Martın 25-dən başlayan dərslər aprelin 7-dək davam edəcək. Dərslərdə kimya fənni üzrə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin müxtəlif ümumtəhsil məktəblərindən olan dinləyiciləri iştirak edir, bilik və bacarıqlarını artırırlar. Qeyd edək ki, kimya fənni üzrə milli komandamız 21-27 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edəcək. Məktəblilərimizin beynəlxalq olimpiadalara hazırlığı çərçivəsində 17-24 mart tarixlərində "Novruz" düşərgələri təşkil edilib. Belə düşərgələrin cari ilin iyul-avqust aylarında bir neçə dəfə təşkili planlaşdırılır. Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.
04/04/2019 09:03
Elektron dərslik portalına giriş sayı 621661-ə çatıb
Cari ilin ilk üç ayında Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalına (www.e-derslik.edu.az) giriş sayı 621 661, səhifələrə ümumi baxış sayı isə 4 766 982 təşkil edib. Bu, ötən ilin göstəricilərindən 2 dəfə artıqdır. Belə ki, ötən ilin ilk üç ayında portala giriş sayı 333 957, səhifələrə ümumi baxış sayı isə 2 337 206 olub. Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 təşkil edib. Portala həmçinin 6, 7, 8 və 9-cu sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları əlavə edilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib. Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 24-ə çatdırılıb. Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradır.
03/04/2019 13:51
Qrant müsabiqəsinə sənəd qəbulu yekunlaşıb
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə sənəd qəbulu mərhələsi yekunlaşıb. Bu il ilk dəfə olaraq müsabiqəyə sənəd qəbulu prosesi elektron qaydada www.grants.edu.az portalı vasitəsilə həyata keçirilib. Martın 11-dən başlanılan prosesdə 1018 pedaqoji işçi və 270 ümumi təhsil müəssisəsi portalda qeydiyyat keçib. Qeydiyyatdan keçənlərdən 678 nəfər pedaqoji işçi və 200 ümumi təhsil müəssisəsi müsabiqəyə öz layihə təklifini göndərib. Layihə təkliflərinin statusları haqqında məlumat müraciət edənlərin şəxsi kabinetinə göndərilib. Hazırda layihə təklifləri ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra müsabiqənin nəticələri ictimaiyyətə təqdim ediləcək. Qeyd edək ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir.
03/04/2019 12:25
Nazir müavini Quba rayonunda
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Quba rayonuna səfər edib. Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonun Zizik və Qaraçay kənd, Quba şəhər 3 nömrəli tam orta məktəblərinə və Texniki-təmayüllü liseyə baş çəkib, adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub, həmçinin həmin məktəblərin X və XI siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlarla peşə seçimi və fənn olimpiadalarının əhəmiyyəti barədə söhbət aparıb. Nazir müavini eyni zamanda Qəçrəş kənd tam orta məktəbində rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə də görüş keçirib. Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.
02/04/2019 14:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı