SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Horadizdə aprel zəfərinə həsr olunmuş tədbir
Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilir.
Tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.
Tədbirdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak edirlər.
Tədbir çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət ediləcək və abidənin yaxınlığındakı ərazidə aprel zəfərindən ötən hər gün üçün 1, ümumilikdə isə 1100 ağac əkiləcək. Həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində görüş keçiriləcək.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl