• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

NİZAMİ layihəsinin Məlumat Günü

Aprelin 12-də Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində reallaşdırılan NİZAMİ layihəsinin Məlumat günü keçirilib. Təhsil Nazirliyinin təşkil etdiyi Məlumat Günündə ölkəmizdə doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyası və institutlarının, Fransanın Bakıdakı Səfirliyinin, Monpelye və Strasburq universitetlərinin, Azərbaycan Milli Erasmus+ Ofisinin, “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsini, “Azərbaycan ali təhsilində tədqiqat inkişafının və innovasiyaların gücləndirilməsi” texniki yardım layihəsini həyata keçirən ofislərin nümayəndələri iştirak ediblər. Layihənin məlumat gününün əsas məqsədi üç il yarım ərzində icra olunmuş NİZAMİ layihəsinin qeyd edilən nəticələri barədə ali təhsil ictimaiyyətinə məlumat verməkdən ibarət olub. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev NİZAMİ layihəsinin məqsədləri barədə danışıb və layihə çərçivəsində görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Yaqub Piriyev bildirib ki, doktorantura səviyyəsində koordinasiyanı gücləndirmək, keyfiyyəti və şəffaflığı təmin etmək məqsədi ilə layihə çərçivəsində Avropa təcrübəsi əsasında doktorantura məktəblərinin yaradılması təklif olunur. Yaqub Piriyevin sözlərinə görə, layihə çərçivəsində hazırlanmış Milli İdarəetmə Portalı doktorantura səviyyəsində məlumatların əlçatanlığı, bu səviyyəyə qəbul prosesinin və təhsilin təşkilinin elektronlaşdırılması istiqamətində əhəmiyyətli töhfə hesab oluna bilər Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  akademiyanın Nizami layihəsinin hədəflərinə və qarşıya qoyulan məsələlərin həllinə xüsusi diqqət yetirdiyini bildirib. AMEA-da “Nizami” layihəsinə dəstək üçün İşçi qrupunun təşkil olunduğunu söyləyən R.Əliquliyev son 3 il ərzində Rəyasət Heyətinin məsul şöbələrinin rəhbərlərinin bu layihədə müntəzəm olaraq iştirak etdiyini deyib. R.Əliquliyev Azərbaycan təhsil sisteminin Avropa dəyərlərinə transformasiyası, onun dünyanın inkişaf tempinə uyğunlaşdırılmasının vacib məsələlərdən olduğunu bildirib, Nizami layihəsinin qeyd olunan məqsədlərə xidmət etdiyini vurğulayıb. Daha sonra NİZAMİ layihəsinin koordinatoru, Monpelye Universitetinin professoru Veronique Montero “Doktorantura təhsili üzrə Fransa təcrübəsi”, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov “NİZAMİ layihəsi: əldə olunmuş nəticələr və yeni perspektivlər”, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Esmira Əlirzayeva “Milli İdarəetmə Portalı” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə tərəfdaş ali təhsil müəssisələrində Nizami layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edək ki, “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” (NİZAMİ) layihəsinin icrasına 15 oktyabr 2015-ci il tarixində başlanılıb və layihənin icra müddəti 14 aprel 2019-cu il tarixində başa çatır. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmiləlləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi, doktorantların təhsili müddətində və təhsillərini bitirdikdən sonra iş yerləri ilə təmin olunması mexanizminin Avropa təcrübəsi əsasında işlənməsi, ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən milli portalın yaradılmasından ibarətdir. Layihənin elmi-tədqiqat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, doktorantura təhsili standartlarının Avropa standartlarına uyğunlaşdırılması, doktorantura təhsilində mübadilə proqramlarının genişləndirilməsi, bu səviyyə üzrə diplomların qarşılıqlı tanınması və ölkəmizdə elmi kadr potensialının yüksəldilməsinə töhfələr verməsi hədəflənib.

“Bizim müəllim”

Nigar Ağasəli 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 56 bal toplayıb. Hazırda Tovuz rayonu Naiq Yusifov adına Ağdam kənd tam orta məktəbində tarix fənnini tədris edir. Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Avropa Qızlar Riyaziyyat Olimpiadasından ilk medal

Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilir. Aprelin 7-dən başlayan olimpiada bu ayın 13-dək davam edəcək. 36 ölkədən 196 şagirdin iştirak etdiyi elm yarışmasında Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri iştirak edirlər. Azərbaycanı olimpiadada Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil edirlər. Mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb. Bu, 2016-cı ildən bəri Olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medaldır. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici sertifikata layiq görülüblər. Azərbaycan məktəbliləri dördüncü dəfədir  ki, bu yarışmada iştirak edirlər. İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb, məktəblilərimiz bu yarışda iki həvəsləndirici sertifikata layiq görülüb.

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Azərbaycanda ikinci dəfə keçirilən “FIRST LEGO League” ( FLL)  mühəndislik və robot texnikası üzrə olimpiadasının qalibləri 22-25 may tarixlərində Türkiyənin İzmir şəhərində təşkil olunacaq FLL Türkiyə Açıq Beynəlxalq Çempionatında iştirak hüququ qazanıblar. Qeyd edək ki, olimpiadanın yerli turnirində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının “Mübarizlər” komandası və Bakı Modern Təhsil Kompleksinin “Humanoid” komandası qalib gəlib. Danimarkanın “Lego Education” və ABŞ-ın “First” təşkilatının ortaq layihəsi olan FLL 1998-ci ildən etibarən uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərin həllinə öz töhfələrini vermək məqsədi ilə təşkil olunan turnirdir. Hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə Azərbaycan ilk dəfə 2017-ci ildə qoşulub. Qeyd edək ki, son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlər beynəlxalq robot texnikası yarışlarına cəlb olunublar. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.  

Slovakiyada təqaüd proqramı

Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir. Təqaüd proqramına iddiaçılar 30 may 2019-cu il tarixədək müraciət etməlidirlər.. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri inglis  və ya slovak dilləridir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

Aprelin 10-da Moskvada keçirilən Moskva Beynəlxalq Təhsil Salonu-2019 – da Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar” ayrıca stenddə təqdim olunub. Layihə çərçivəsində keçirilən sərgidə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Layihənin stendinə sərgidə iştirak edən bir sıra ölkələrin təhsil müəssisələrinin nümayəndələri maraq göstəriblər. Proqram çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov  keçirilən panel müzakirələr və “dəyirmi masa”larda iştirak edəcəklər. Qeyd edək ki, Moskva Beynəlxalq Təhsil Salonu MDB məkanında təhsil sahəsində ən böyük tədbirdir. 2019-cu ildə Beynəlxalq Təhsil Salonunun mövzusu "Yeni subyektiv təhsil. Keçid nöqtəsi"dir. Təşkilatçıların məlumatına görə, Beynəlxalq Təhsil Salonu-2019-da 650-yə yaxın tədbir keçiriləcək. Sərgidə ümumilikdə 1000-dən çox ekspert, 400 eksponent və təxminən 50 min ziyarətçinin bir araya gəlməsi gözlənilir. Moskva Beynəlxalq Təhsil Salonu 2019-da 28 beynəlxalq nümayəndə heyətlərinin üzv olan 37 ölkə iştirak edir. Moskva Beynəlxalq Təhsil Salonu aprelin 13-dək davam edəcək. “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumi təhsil müəssisəsini, ümumilikdə 26 mindən artıq şagirdi əhatə edir.

Respublika çempionatının zona yarışları davam edir

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq Xaçmaz Olimpiya İdman Kompleksində atletika idman növü üzrə növbəti zona yarışı keçirilib. Yarışda Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq I yeri Quba rayonu Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin, II yeri Qusar rayonu Hil kənd 1 nömrəli tam orta məktəbin, III yeri Xaçmaz rayonu Yalama kənd tam orta məktəbin komandası tutub. Qaliblər diplomlarla təltif olunub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb. Şahmat idman növü üzrə daha bir zona yarışına Göyçay rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində başlanılıb. Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Göyçay, Ağdaş, Ağsu rayon məktəb komandalarının qatıldığı yarışlara 16 aprel 2019-cu il tarixində yekun vurulacaq. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatı

Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib. Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində

12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçiriləcək. Ölkəmizi bu müsabiqədə 7 şagird 5 layihə ilə təmsil edəcək. Xatırladaq ki, həmin şagirdlər “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilib.

Daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Cari ildə daha 50 modul tipli məktəb istifadəyə veriləcək. Belə ki, bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb probleminin aradan qaldırılması üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Yeni quraşdırılacaq modul tipli məktəblərin layihəsi artıq hazırdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı