• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Nəsimi İli”nə həsr olunmuş çempionat

Mayın 25-də “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək. Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir. Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq. Məktəb çempionatı  ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçiriləcək. Hər zona üzrə qalib çıxmış komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq aparılır

4-11 avqust 2019-cu il tarixlərində Bakı şəhərində 30-cu Beynəlxalq İnformatika Olimpiadası (İOİ-2019) keçiriləcək. Olimpiadaya hazırlıq işləri çərçivəsində ADA Universitetində müxtəlif tədbir və görüşlər təşkil edilir. Proqram çərçivəsində Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdən olan medalçıları ilə görüş keçirilib. İlk görüş 1996-cı ildə Macarıstanda keçirilən 8-ci Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı Elnur Seyidli ilə olub.  Görüşdə bilik yarışına hazırlıq prosesinin təşkili, milli komandanın burada iştirakı və digər məsələlər müzakirə olunub. Xatırladaq ki, Elnur Seyidli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin məzunudur.

Bakı Dövlət Universitetində Himayəçilər Şurası yaradılıb

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının tərkibini təsdiq edib. Himayəçilər Şurasının  tərkibinə Təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir. Qeyd edək ki, Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur. Təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan Himayəçilər Şurasının üzvləri müxtəlif peşə sahibləri olan nüfuzlu şəxslərdən təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsidir. Şura universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir. Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək. Xatırladaq ki, Himayəçilər Şurası dünyanın məşhur universitetlərində strateji qərarların  verilməsində mühüm rol oynayır.

“eTwinning Plus” layihəsi çərçivəsində tədbir

Azərbaycanlı müəllimlər “eTwinning Plus” layihəsi çərçivəsində Türkiyənin İzmir şəhərində keçirilən konfransda iştirak ediblər. Layihə əsaslı təhsilin tətbiqi sahəsində müxtəlif təlimlər, sərgilər və seminarlar təşkil olunmuş konfransda 20-dən çox Avropa ölkəsinin müəllimləri iştirak edib. Tədbirin əsas məqsədi XXI əsr bacarıqları, kompüter elmlərinin tədrisi, layihə əsaslı təhsil mövzusunda müzakirələrin edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub. 3 gün davam edən tədbirdə iştirak edən Bakı, Gəncə şəhərləri və İsmayıllı rayonundan olan təhsil işçiləri əcnəbi həmkarları ilə əməkdaşlıq edərək beynəlxalq layihələr yaradıb və təhsildə dünya üzrə müasir yanaşmalar ilə tanış olublar. Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 484 məktəbdən 1730 müəllimin iştirakı ilə 1398 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda, layihədə iştirak edən müəllimlər onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslarda iştirak ediblər.

Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

Aprelin 22-də təhsil naziri Ceyhun Bayramov İstanbul Texniki Universitetinin (İTU) rektoru Mehmet Karaca ilə görüşüb. Görüşdə, həmçinin İTU-nun  rektor köməkçisi Lütfihak Alkpan və İTU-nun Memarlıq fakültəsinin dekanı Mehmet Murat Gül iştirak edib. Görüşdə İTU ilə Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

“Rəqəmsal bacarıqlar” layihəsi Əbu-Dabidə qalib olub

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Bett Show 2019” təhsil texnologiyaları sərgisində “Rəqəmsal bacarıqlar” layihəsinə dair stend nümayiş olunub. Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" təhsil şirkətinin birgə pilot layihəsi çərçivəsində görülən işlərə dair ayrıca stend sərgi iştirakçılarının böyük marağına səbəb olub. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov proqram çərçivəsində keçirilən “Liderlik sammiti”ndə  iştirak edir. Sərgi çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi “Əməkdaşlıq” nominasiyası üzrə qalib olub. “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumi təhsil müəssisəsini, ümumilikdə isə 26 mindən artıq şagirdi əhatə edir. “Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. Sərgi təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Sərginin əsas tərəfdaşları arasında “Microsoft Worldwide Education”, “Adobe”, “Epson” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.

Respublika çempionatının zona yarışları davam edir

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq atletika idman növü üzrə Şirvan Olimpiya İdman Kompleksində sonuncu zona yarışı keçirilib. Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Füzuli, Xocavənd rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışlarda I yerə Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli, II yerə Şirvan şəhəri 9 nömrəli, III yerə isə Zərdab rayonu 3 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb. Quba rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən şahmat idman növü üzrə zona yarışına yekun vurulub. Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandalarının qatıldığı yarışların nəticəsi olaraq I yeri Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin, II yeri Abşeron rayonu Saray qəsəbə 2 nömrəli, III yeri Quba rayonu 3 nömrəli tam orta məktəblərin komandaları tutub. Qaliblər diplomlarla təltif olunub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Aprelin 22-də respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb. Bu mərhələdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilmişdir.

Heydər Əliyev Mərkəzində “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib. Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb.  Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət Nazirliyinin, AMEA-nın, nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak ediblər. “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.  Tədbirdə paytaxtın müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Həmçinin 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.   Təhsili naziri məktəblilərin təqdimatlarını maraqla izləyib.  Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirib.

Müasir məktəb direktoru necə olmalıdır?

“Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışında müasir məktəb direktorunun əsas peşə standartları barədə danışılıb. Verilişin qonağı əməkdar müəllim Asif Cahangirovdur.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı