• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

TOPs proqramı çərçivəsində idman festivalı

"TOPs - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi" layihəsi çərçivəsində Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə idman festivalı keçirilib. Festivalda məktəblilər müxtəlif idman fəaliyyətlərində fiziki və liderlik bacarıqlarını nümayiş etdirib, şən startlarda güclərini sınayıb, musiqili əyləncəli proqramlarla çıxış ediblər.  Tədbirdə tərəfdaş qurumların nümayəndələri, məktəbin müəllim kollektivi və valideynlər iştirak edib. Qeyd edək ki, Təhsil Nazirliyi, “British Council Azərbaycan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.  2014-cü ildən həyata keçirilən layihəyə cari tədris ilindən 100 ümumi təhsil müəssisəsi qoşulub. Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblərin ümumi sayı 250-yə çatdırılıb. 2018-2019-cu il tədris ilində layihəyə cəlb olunan məktəblərdən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.

Ağdaş, Ucar və Göyçay  təhsil işçiləri ilə görüş

Mayın 18-də Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar və Göyçay rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin  Ümumi və  məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Ağdaş, Ucar və Göyçay  rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək son illərdə  "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.  Ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunan nazir müavini müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin də diqqətdə saxlanmasının vacibliyini qeyd edib.  Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə müvafiq tapşırıq və tövsiyələrini verib, onlara uğurlar arzulayıb.  Daha sonra Ağdaş, Ucar və Göyçay rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər. Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini şimal bölgəsinin təhsil işçiləri ilə görüşüb

Mayın 20-də Quba  şəhərindəki  Heydər Əliyev Mərkəzində  Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin  Ümumi və  məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Quba, Qusar,  Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və qabaqcıl  təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb.  Şagirdlərin azərbaycançılıq  məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmçinin təhsil müəssisələrinin pedaqoji əməkdaşlıq məsələlərini diqqətdə saxlamasının vacibliyini qeyd edib.   Təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açan Məhəbbət Vəliyeva təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra 2018-2019-cu tədris ili ərzində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Sonda təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Peşə Təhsili Mərkəzinin tələbələri üçün müəssisələrə ekskursiyalar

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin “Aqroservis”, “Bitkiçilik” və “Heyvandarlıq” ixtisas qruplarının tələbələri üçün rayonun aparıcı müəssisələrinə ekskursiyalar təşkil olunub. İlk olaraq “Aqroservis” ixtisas qrupunun tələbələri “Gilan Qəbələ Aqrotexservis” ASC və “Şamlı Aqrotexservis” MMC fermer təsərrüfatında müasir aqrotexniki qurğu və avadanlıqlarla tanış olub, gündəlik iş prosesini əyani izləmək imkanı əldə ediblər. Növbəti səfər “Bitkiçilik mütəxəssisi” ixtisas qrupunun şagirdləri üçün təşkil olunub. Səfər çərçivəsində tələbələr “Gilan Dairy Farms” MMC-in əkinçilik–toxumçuluq müəssisəsi və südçülük kompleksi ilə tanış olublar. Tələbələr taxıl sahələrinə baxış keçirib, yemçilik bitkilərinin əkilməsi və onlara qulluq edilməsi, cərgəarası becərmə işləri, gübrələrin hazırlanması, saxlanması və verilməsi prosesləri ilə yaxından tanış olublar. Bundan başqa, rayonda ilk dəfə becərilən lavanda bitkisinin xüsusiyyətləri, əkilməsi və becərilməsi üsulları haqqında iştirakçılara məlumat verilib. “Heyvandarlıq mütəxəssisi” ixtisas qrupunun tələbələri üçün Azza “Aqro” QSC-yə infotur təşkil olunub. Ekskursiya zamanı tələbələr fermanın quruluşu, heyvanların yetişdirilməsi ilə tanış olub, onların qidalanma prosesini izləyiblər. Eləcə də, şirkət nümayəndələri tələbələrə yemək rasionunun tərkibi və önəmi haqda məlumat verib. Ekskursiyalar zamanı əsas diqqət tədris edilmiş modullar üzrə tələbələrin biliklərinin daha da möhkəmləndirilməsinə yönəldilib. Qeyd edək ki, ekskursiyalar Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində reallaşdırılıb.

“Muzey həftəsi” başa çatıb

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi” yekunlaşıb. Muzey həftəsində 29 regionun Uşaq - Gənclər İnkişaf Mərkəzindən və Bakı şəhəri üzrə 270-ə yaxın ümumi təhsil müəssisələrindən ümumilikdə 21 729 nəfər məktəbli iştirak edib. Layihə çərçivəsində məktəblilər ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə ediblər. “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir. Layihənin məqsədi 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.

“Təhsil Liqası”na yekun vurulub

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib. Azərbaycan Texniki Universitetin İdman Kompleksində keçirilən yarışlarda U-13 liqası üzrə I yeri “Sıçrayış” Basketbol Klubunun, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub.  U-15 liqası üzrə isə I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandası tutub. Qaliblər diplom, kubok və medallarla təltif olunub. Müxtəlif nominasiyalar üzrə seçilən basketbolçulara mükafatlar təqdim edilib. Qeyd edək ki, 2018-ci ilin sentyabr ayından keçirilən yarışlara idman məktəblərindən və basketbol klublarından hər liqa üzrə 12 komanda qatılıb. Liqaların keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarət olub.

“Vətən” İdman Liseyinin təmsilçiləri ölkə birincisi olub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə müxtəlif yaş qrupları arasında təşkil olunan liqaların final oyunları keçirilib. 8 yaş qrupunda (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17) yarışlara qatılan “Sabah” futbol klubunun komandalarının tərkibində “Vətən” İdman Liseyinin yetirmələri uğurlu nəticə göstərib. Belə ki, liseyin 10, 14 və 17 yaş qruplarından ibarət “Sabah” futbol klubunun yığma komandaları qızıl, 11 və 16 yaş qruplarından ibarət komandalar gümüş medal qazanıb. 15 yaş qrupundan ibarət komanda isə bürünc medala layiq görülüb. Liseyin təmsilçiləri ümumilikdə 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanaraq medalların əyarına görə ölkə birincisi olub. Futbol üzrə 7 təmsilçi isə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışı olub

Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova və digər şəxslər iştirak edib. Rektor Gülçöhrə Məmmədova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə “dizayn” ixtisası üzrə savadlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaqdır. Rektor qeyd edib ki, AzMİU və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihə 2 il müddəti üçün nəzərdə tutulub. Gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramlarının reallaşdırılması qarşıya qoyulmuş məqsədlərdəndir. Sonra çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib ki, mərkəzin yaradılması Azərbaycan və İtaliya arasında humanitar sahədə ikitərəfli əməkdaşlığın inkişafına dövlət səviyyəsində verilən yüksək diqqət və önəmin bariz nümunəsidir. Nazir belə bir mərkəzin yaradılmasının adı çəkilən iki universitet arasında faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açacağını vurğulayıb. Ceyhun Bayramovun sözlərinə görə, mərkəz Azərbaycanda “dizayn” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığının təkmilləşdirilməsinə, bu sahə üzrə iki ölkə arasında tələbə və müəllim mübadiləsinin inkişafına, müvafiq istiqamətdə ortaq tədqiqatların aparılmasına mühüm töhfə  verəcək. Hazırda ölkəmizin bir neçə universitetində “dizayn” ixtisası üzrə mütəxəssis hazırlandığına toxunan Təhsil naziri həmin ali təhsil müəssisələrinin də bu layihədən faydalana biləcəyini diqqətə çatdırıb. Nazir yeni mərkəzin açılışı münasibətilə AzMİU kollektivini təbrik edib və  onlara uğurlar arzulayıb. İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini də öz növbəsində Azərbaycan-İtaliya arasında təhsil sahəsində mövcud əməkdaşlığa toxunub və mərkəzin “dizayn” ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində əhəmiyyətini vurğulayıb. Çıxış edən digər qonaqlar da mərkəzin açılışını yüksək qiymətləndiriblər. Sonra mərasim iştirakçıları “dizayn” ixtisası üzrə təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında hazırladığı layihələrin təqdimatına baxıblar.  İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib.  

“Həq mənəm, həq məndədir, həq söylərəm”

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Həq mənəm, həq məndədir, həq söylərəm” devizi  altında bədii qiraət üzrə baxış müsabiqəsi keçirilib. Məktəblilər arasında keçirilən müsabiqə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Müsabiqənin təşkil edilməsində əsas məqsəd gənc nəsli Nəsiminin əsərləri ilə tanış etmək, onların bədii yaradıcılıq bacarıqlarını üzə çıxarmaq və bu yöndə istiqamətləndirməkdən ibarətdir. Tədbirə qatılan məktəblilər şairin qəzəllərindən nümunələr ifa ediblər. Məktəblilərin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tədbirdə elm və incəsənət xadimləri, həmçinin tanınmış media nümayəndələri iştirak ediblər.  Sonda qalib qiraətçilər diplomlarla təltif olunublar. 

“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Şəki şəhər 14 nömrəli tam orta məktəbdəndir. Məktəb 1930-cu ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib.  Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir günü ilə sizi tanış etməkdir. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı