SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Hər birimiz bir çiçək” adlı tədbir keçirilib. Tədbirdə mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə hazırlanmış musiqi nömrələri, şeir kompozisiyaları və səhnəciklər nümayiş edilib. Tədbir uşaqlarda humanizm, dostluq, həmrəylik və vətənə sevgi hisslərinin tərbiyə olunması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil olunub. Sonda iştirakçılara sertifikat təqdim olunub.
31/05/2019 09:34
Maarifləndirici təlimin ilk günü başa çatıb
Mayın 30-da Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin ilk günü öz işini yekunlaşdırıb. Təlimdə Təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə çıxış edərək ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılmasının daim diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlətimizin mətbuatın inkişafına hər zaman yüksək diqqət göstərdiyini deyən Firudin Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra təlimin əhəmiyyətindən söz açan nazir müavini Təhsil Nazirliyinin də media ilə sıx əməkdaşlıq şəraitində iş apardığını diqqətə çatdırıb. Təlimin təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunduğunu deyən Firudin Qurbanov həmçinin, yayımlanan informasiyaların dolğun və obyektiv olmasının vacibliyini önə çəkib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında son illərdə təhsil sahəsində bir çox uğurların əldə olunduğunu deyib. Şura sədri medianın cəmiyyətin həyatındakı roluna toxunub, jurnalistləri dəqiq olmayan və qərəzli xəbərlər yaymaqdan çəkinməyə çağırıb, eyni zamanda bu sahə üzrə mövcud qanunvericiliyə əməl edilməsinin vacibliyini vurğulayıb. Günün birinci yarısında Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, Akkreditasiya və Nostrifikasiya idarəsinin şöbə müdiri Turan Topalova “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev “İstedadlı uşaqlarla iş” mövzularında təqdimatlarla çıxış ediblər. Günün ikinci yarısında Təhsil nazirinin müavini İdris İsayev yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxış edib. Daha sonra Aparat rəhbərinin müavini Fərzəli Qədirov “Təhsil haqqında” Qanuna dəyişikliklər, Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov “Məktəb tikintisi”, "Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev “Məktəblinin dostu”- təhlükəsiz məktəb, arxayın valideyn”, Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva “Dərsliklərlə təminat – mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev isə “Ehtiyat dərsliklər” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar. Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb. Təlim mayın 31-də işini davam etdirəcək.
30/05/2019 18:21
Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil işçiləri ilə görüş
Mayın 30-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” barədə hesabatı dinlənilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, eləcə də təhsil müəssisələrinin direktorları və qabaqcıl təhsil işçiləri iştirak edib. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində görülən işlərdən, eləcə də prioritet fəaliyyət istiqamətlərindən söz açıb. Nazir müavini bildirib ki, təhsilin məzmununun yenilənməsi, yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də kadr hazırlığı və digər istiqamətlərdə aparılan islahatlar nəticəsində ölkəmizdə təhsilin keyfiyyəti xeyli yüksəlib, ali təhsilə əlçatanlığın təmin edilməsi istiqamətində geniş imkanlar yaradılıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” üzrə görülən işlərə dair hesabatları dinlənilib. Hesabatlar dinlənildikdən sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.
30/05/2019 18:14
Təhsil naziri QS beynəlxalq reytinq təşkilatının regional direktoru ilə görüşüb
Mayın 30-da təhsil naziri Ceyhun Bayramov “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaitseva ilə görüşüb. Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonağa məlumat verib. Görüşdə Azərbaycanın ali təhsil müəssisələrinin QS beynəlxalq reytinqində təmsil olunması ətrafında fikir mübadiləsi aparılıb.
30/05/2019 15:11
Təhsildən yazan jurnalistlər üçün təlim
Mayın 30-da Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb. Təlimin ilk günü Təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə çıxış edərək ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılmasının daim diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlətimizin mətbuatın inkişafına hər zaman yüksək diqqət göstərdiyini deyən Firudin Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra təlimin əhəmiyyətindən söz açan nazir müavini Təhsil Nazirliyinin də media ilə sıx əməkdaşlıq şəraitində iş apardığını diqqətə çatdırıb. Təlimin təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunduğunu deyən Firudin Qurbanov çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulayıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə “Media və təhsil” mövzusunda çıxış edib. Təhsil sahəsində bir çox nailiyyətlər əldə olunduğunu deyən Əflatun Amaşov son zamanlarda mətbuatda təhsillə bağlı bəzi xoşagəlməz məlumatların paylaşıldığını da xüsusi qeyd edib. Şura sədri medianın cəmiyyətin həyatında roluna toxunaraq jurnalistləri yalan və qərəzli xəbərlər yaymaqdan çəkinməyə çağırıb, həmçinin bu sahə üzrə mövcud qanunvericiliyə əməl edilməsinin vacibliyini vurğulayıb. Təlimin ilk gününün birinci yarısında Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev isə “İstedadlı uşaqlarla iş” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb. Təlim işini davam etdirir.
30/05/2019 14:47
Media nümayəndələri üçün təlim öz işinə başlayıb
Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb. Təlimin ilk günü “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, “İstedadlı uşaqlarla iş”, “Məktəb tikintisi”, “Ümumi təhsil haqqında” Qanuna dəyişikliklər, “Təhsil haqqında” Qanuna dəyişikliklər”, “Məktəblinin dostu”- təhlükəsiz məktəb, arxayın valideyn”, “Dərsliklərlə təminat – mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” mövzularında təqdimatlar olacaq. Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Təlim işini davam etdirir.
30/05/2019 11:18
SABAH tələbələri “Sağlam təhsil” siniflərində
Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) SABAH qrupları və “Sağlam təhsil-sağlam millət” layihəsinin əməkdaşlığı çərçivəsində hesabat görüşü keçirilib. ADPU-nun SABAH qruplarında ibtidai sinif müəllimliyi üzrə təhsil alan III kurs tələbələrinin “Sağlam təhsil” siniflərində keçdiyi pedaqoji təcrübənin yekunlarına həsr olunan görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin insan kapitalının idarə edilməsi üzrə koordinatoru Vüsal Qasımov, prorektorlar, metodist və psixoloqlar, müəllim və tələbələr iştirak edib. Hesabat görüşündə bildirilib ki, cari ilin fevral ayında 13 məktəbin “Sağlam təhsil” siniflərində keçirilmiş pedaqoji təcrübədə 29 SABAH tələbəsi iştirak edib. Tələbələr təcrübə dövründə müəyyən olunmuş mövzular üzrə tədqiqat işləri üzərində çalışıblar. Görüşdə seçilmiş ən yaxşı 3 tədqiqat işinə dair təqdimat nümayiş olunub. Tədbirdə təcrübə keçmiş tələbələr, habelə «Sağlam təhsil» siniflərinin müəllimləri sertifikat və təşəkkürnamələrlə təltif olunublar SABAH tələbələrinin “Sağlam təhsil” siniflərində təcrübə proqramı artıq dördüncü dəfədir ki, təşkil olunur.
29/05/2019 18:16
Ağstafa, Qazax və Tovuz rayon təhsil işçiləri ilə görüş
Mayın 29-da Qazax rayonundakı Gənclər Mərkəzində Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Ağstafa, Qazax və Tovuz təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak edib. Tədbirdən öncə Qazax rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub. Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən əhəmiyyətli işləri diqqətə çatdıran nazir müavini qarşıda duran hədəfləri də sadalayıb. Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən təlimlər, eləcə də yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Məhəbbət Vəliyeva məktəb idaretməsində ümumi təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətli olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Hesabatlar dinlənildikdən sonra fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
29/05/2019 17:17
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub
Qaliblər “Təhsil haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcək. Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev “Həftənin sualı” proqramının canlı efirində bu mövzuda hər kəsi maraqlandıran suallar ətrafında danışır.
29/05/2019 15:35
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı