SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Sağlam təhsil” siniflərində “İlk tibbi yardım” mövzusunda təlim
“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində “Sağlam təhsil” siniflərində dərs deyən müəllimlər üçün “İlk tibbi yardım” mövzusunda təlim keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Sağlam təhsil pedaqogikası” mərkəzi və Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilən təlimlərdə 20 müəllim iştirak edib. Təlimin məqsədi məktəb mühitində baş verən qəzalar zamanı uyğun davranış qaydaları, şagirdlər arasında psixoloji vəziyyətin tənzimlənməsi və ilkin tibbi müdaxilə ilə bağlı müəllimlərin maarifləndirilməsi olub. Təlim iştirakçılarına aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani məlumatlar verilib. Eyni zamanda müəllimlər maneken-mulyaj üzərində təlim müddətində qazandığı bilikləri nümayiş etdiriblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
29/05/2019 15:22
Respublika çempionatının qalibi müəyyənləşib
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən məktəblər arasında respublika çempionatının şahmat idman növü üzrə yarışların final mərhələsinə yekun vurulub. Çempionatın proqramına uyğun olaraq, final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 məktəb komandası mübarizə aparıb. Yarışların nəticəsi olaraq, I yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəb, II yeri Bakı şəhəri 6 nömrəli məktəb-lisey, III yeri isə Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin komandası tutub. 2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizəyə qatılıb. 2018-ci ilin oktyabr ayından başlanılan şahmat idman növü üzrə yarışlarda 675 orta məktəb üzrə 17 000-ə yaxın şagird iştirak edib. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
28/05/2019 11:25
Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün məlumatlandırma tədbiri
Mayın 27-də Bakı Texniki Kollecində orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün məlumatlandırma tədbiri keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın icrası ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, yeni qəbul olunmuş Qaydalar təhsildə fasiləsizliyin təmin olunmasına və ali təhsilin əlçatanlığının genişləndirilməsinə xidmət edir. Tədbirdə sözügedən sənədin icrası ilə əlaqədar çoxsaylı suallar cavablandırılıb.
27/05/2019 18:34
İntellektual oyun üzrə regional məktəb çempionatı
Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə məktəblilər arasında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2019-cu ilin regional məktəb çempionatı keçirilib. Çempionat respublikanın bütün rayonlarını əhatə etməklə 11 regionda - Bakı, Gəncə, Sumqayıt, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay rayonlarında təşkil olunub. Bakı regionu üzrə təşkil olunan çempionatda 57 ümumtəhsil məktəbi, ümumilikdə 61 komanda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Bakı Avropa Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb, Gəncə şəhəri 18 nömrəli tam orta məktəb, eləcə də Mingəçevir, İsmayıllı, Lənkəran, İmişli, Balakən, Şirvan, Qazax və Quba rayonlarının komandaları layiq görülüb. Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir. Çempionatın təşkilində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllü proqramının üzvləri fəal iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin kubok və medalları ilə təltif olunub.
27/05/2019 18:24
“Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir
Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib. “Sərhəd” hərbi-idman oyunları Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir. Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır. Oyunların nəticələrinə əsasən, I yeri Beyləqan rayonu Araz qəsəbəsi tam orta məktəbin “Araz” komandası, II yeri Siyəzən rayonu 1 nömrəli tam orta məktəbin “Sərhədçi” komandası, III yeri isə Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası tutub. Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.
27/05/2019 17:56
Respublika fənn olimpiadalarının nəticələri məlumdur
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə 274 nəfər qalib elan olunub. Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür. Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında keçiriləcək. Qeyd edək ki, mayın 5-də ADA Universitetində informatika, 25-də isə Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadasları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir. Respublika fənn olimpiadalarının nəticələri : Azərbaycan dili Biologiya Coğrafiya Fizika İnformatika Kimya Riyaziyyat Tarix
27/05/2019 17:36
Təhsil naziri İnteqrasiya təlimli internat tipli gimnaziyada olub
Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonunda yerləşən Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada olub. Təhsil müəssisəsində şagirdlərin tədris və yaşayış şəraiti ilə tanış olan nazir sinif otaqlarını gəzib, uşaqlarla söhbət edib və onların təhsili ilə maraqlanıb. Bildirilib ki, gimnaziya aztəminatlı, çətin həyat şəraitində olan və zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqlarının təlim-tərbiyəsinin təşkili üzrə yaradılmış təhsil müəssisəsidir. Təhsil müəssisəsi 1961-ci ildən fəaliyyət göstərir. Hazırda gimnaziyada 779 şagird təlim-tərbiyə alır və onlardan 102 nəfəri müəssisədə gecələyir. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 148 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Qeyd edilib ki, təhsil müəssisəsi 2016-2018-ci illərdə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Son beş il ərzində gimnaziyanın məzunlarından 53 nəfər ali, 15 nəfər isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Sonda müəllim və şagird kollektivi ilə birgə xatirə fotosu çəkilib.
27/05/2019 14:23
Media nümayəndələri üçün təlim
30-31 may 2019-cu il tarixlərində Təhsil Nazirliyi bu qurumla əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirəcək. Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Təlimlərdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahələri üzrə təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaqdır. 30-dək media nümayəndəsinin iştirak edəcəyi təlim ”Dreamland Golf Club”da keçiriləcək.
27/05/2019 14:17
“Məktəbimizdə” – fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Lənkəran rayonu Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbdən çəkilib. Məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2015-ci ildə məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib. Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
27/05/2019 12:24
Salyan, Neftçala və Biləsuvar təhsil işçiləri ilə görüş
Mayın 25-də Salyan rayonundakı Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Biləsuvar rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışıb. Nazir müavini ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunub, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini nəzərə çatdırıb. Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan nazir müavini qeyd edib ki, tam orta təhsilin təmayülləşməsi zamanı şagirdlərin yaradıcılıq qabiliyyəti aşağı siniflərdən müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalıdır. Məhəbbət Vəliyeva təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu deyib, həmçinin məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Daha sonra Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər. Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Hesabat tədbirindən sonra Salyan rayonundakı Sarvan kənd tam orta məktəbinin əsaslı təmirindən sonra açılış mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, ictimaiyyət nümayəndələri, şagirdlər və pedaqoji heyət iştirak edib. Məktəbin direktoru Müstəcəb Səmədov qonaqları təhsil müəssisəsi ilə tanış edib.
25/05/2019 16:37
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı