• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Bizim müəllim”

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir. Layihənin budəfəki təqdimatı Gülnur Əliyevaya həsr olunub. O, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 55 bal toplayıb. Hazırda Qazax rayonu Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbdə fransız dili müəllimi işləyir. Gülnur Əliyeva düşünür ki, yaxşı müəllim öz sənətinə olan sevgisi, işinə məsuliyyəti ilə seçilir.  Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Bakıdakı 23 nömrəli tam orta məktəbin 85 illik yubileyi qeyd olunub

İyunun 4-də Yaşıl Teatrda Bakının Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəbin 85 illik yubileyi qeyd edilib. “Məktəbin dünəni, bu günü və sabahı” mövzusuna həsr olunan tədbirdə təhsil naziri Ceyhun Bayramov, Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski, mədəniyyət və incəsənət xadimləri, təhsil işçiləri iştirak ediblər. Məktəbin direktoru Yuliya Kərimova tədbiri açaraq təhsil müəssisəsinin zəngin pedaqoji ənənələrindən və uğurlarından danışıb. Bildirib ki, Bakı şəhəri 23 nömrəli tam orta məktəb, ilk növbədə, peşəsinə vurğun pedaqoji kollektivi və böyük uğurlar qazanmış məzunları ilə seçilir. Məhz bu amil məktəbin təhsil konsepsiyasında uğura nail olmasına imkan yaradıb. Təsadüfi deyil ki, bu məktəb təlim-tərbiyə prosesində həmişə qabaqcıllar sırasında olub, kreativ ideyaların və təşəbbüslərin reallaşmasında mühüm rol oynayıb. Dünya Təhsil İttifaqının Azərbaycanın Təhsil Nazirliyi ilə birgə beynəlxalq aləmdə savadsızlığın ləğvinə həsr edilmiş “Kitabların açılması qapıların açılması deməkdir” devizi altında keçirdiyi tədbir də məhz 23 nömrəli məktəbdə reallaşıb. Yuliya Kərimova ötən 85 ildə təhsil ocağının keçdiyi şərəfli yol, onun pedaqoji kollektivi, yetirmələri haqqında da məlumat verib. Xatırladıb ki, məktəb 1995-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyır. Həmin il ümummilli lider Heydər Əliyev məktəbdə olub və qəhrəmanın barelyefi olan xatirə lövhəsini açıb. Yubilyar məktəbin məzunları arasında tanınmış adamlar - siyasətçilər, alimlər, memarlar, incəsənət xadimləri və başqaları var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1981-ci ildə bu təhsil ocağını qızıl medalla bitirib. Tədbirdə məktəbin tarixi və uğurları haqqında film nümayiş olunub. Məktəbin məzunları və şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər. Mərasim konsert proqramı ilə davam edib. AZƏRTAC

BSU-da rus dili və ədəbiyyatı üzrə XI olimpiadaya yekun vurulub

Beynəlxalq Rus Dili Günü ərəfəsində iyunun 4-də Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə XI olimpiadanın başa çatması münasibətilə təntənəli mərasim keçirilib. Mərasim Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Olimpiada turu il ərzində 24 regionda keçirilib. Olimpiadada Azərbaycanın 51 regionunda fəaliyyət göstərən 638 ümumtəhsil müəssisədən 3500-ə qədər şagird iştirak edib, 214 şagird qalib olub. Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin BSU-nun foyesindəki büstü önünə çiçək dəstələri qoyublar. Akt zalında Rusiya-Azərbaycan əlaqələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xalqlarımız arasında mehriban qonşuluq münasibətlərindən bəhs edən fikirləri səsləndirilib. Tədbirdə bu gün Azərbaycanda 340 məktəbdə rus dilinin tədris edildiyi, Rusiya Federasiyasında isə 11 min azərbaycanlı tələbənin təhsil aldığı bildirilib. Çıxışçılar uzun illər rus dilinin dünyaya çıxmaq üçün Azərbaycanda əsas vasitə olduğunu dilə gətiriblər. Qeyd olunub ki, tədbir iki böyük sənətkarın - Azərbaycan şairi İmadəddin Nəsiminin 650, A.S.Puşkinin isə 220 illik yubileyi günlərinə təsadüf edir. Sonra olimpiadanın qaliblərinə dilplomlar təqdim olunub. İlk olaraq Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov olimpiada qaliblərini təbrik edib, onlara diplom və hədiyyələr təqdim edib. Səfir çıxışında Azərbaycanda rus dilinə marağın azalmadığını, əksinə, getdikcə daha da artdığını qeyd edib. M.Boçarnikov gənclərin rus dilinə marağının təsadüfi olmadığını, bunun rus ədəbiyyatına, mədəniyyətinə sevgidən doğduğunu deyib. O, şagirdlərə və onların müəllimlərinə dərindən minnətdarlığını bildirib. Təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Azərbaycanın 14 ali məktəbində rus dilinin tədris olunduğunu diqqətə çatdırıb. Nazir müavini Azərbaycanla Rusiya arasında əsrlərdən bəri yaxın dostluq münasibətlərinin olduğunu və bu gün həmin estafetin yeni nəslə ötürüldüyünü bildirib. Olimpiada qaliblərini təbrik edən Xalq yazıçısı Çingiz Abdullayev çıxışında Nəsimi yaradıcılığından danışıb. O, Nəsimini “əqidə mücahidi” kimi xarakterizə edib və onunla bağlı geniş yayılmış rəvayətlərdən söz açıb. Milli Məclisin deputatı, Azərbaycanda rus icmasının sədri Mixail Zabelin qaliblərə diplom və hədiyyələr təqdim edərək bildirib ki, hər il ənənəvi olaraq keçirilən olimpiada şagirdlərin bilik və bacarıqlarını sərgiləmələrinə imkan verir. Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva rus dilinin tədrisinin ölkəmizdə xüsusi ənənəsi olduğunu, dünya ədəbiyyatının bir çox incilərinin məhz bu dil vasitəsilə Azərbaycan oxucularına təqdim edildiyini və eyni zamanda, Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin rus dili vasitəsilə dünyada təbliğ edildiyini bildirib. Rektor Beynəlxalq Rus Dili Günü və Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edib. “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, BSU-nun nəzdində “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının redaktoru, professor Flora Naciyeva, “Sputnik”in Azərbaycandakı rəhbəri Əziz Əliyev və digər çıxışçılar olimpiada qaliblərini təbrik edərək onlara uğurlar diləyiblər. Tədbir konsert proqramı ilə davam etdirilib.   AZƏRTAC

Respublika çempionatı qaliblərinin təltifolunma mərasimi

İyunun 4-də məktəblər arasında təşkil olunmuş respublika çempionatı qaliblərinin təltif olunması mərasimi keçirilib. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, millət vəkilləri, tərəfdaş qurumların əməkdaşları, tanınmış idmançılar, təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Mərasim Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların sağlamlığının əhəmiyyətini qeyd edərək sağlam həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini qeyd edib. Ceyhun Bayramov məktəb idmanı sahəsində sözügedən yarışların əhəmiyyətindən danışıb və qalibləri təbrik edib. Daha sonra çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni və onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz növbəsində ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək birgə əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb. AMİF-in prezidenti Sevinc Hüseynova qaliblərə uğurlar arzu edib, Məktəb İdmanları Federasiyası tərəfindən həyata keçirilən layihələr barədə danışıb, gələcəkdə çempionat çərçivəsində keçirilən oyunlarda qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakına dəstək olacağını qeyd edib. Çıxışlardan sonra qaliblər və çempionat çərçivəsində fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində 1, 2, 3-cü yerlərə layiq görülmüş ümumtəhsil məktəbləri təltif olunub. Çempionatın ümumi nəticələrinə görə 1-ci yerə layiq görülən ümumi təhsil müəssisəsinə keçici kubok təqdim edilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində imzalanan Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilib. Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə edərək çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyi təmin edərək yüksək nailiyyətlər və uğurlar qazanmaqdır. 2018-2019-cu tədris ili ərzində keçirilən çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-cı siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edib. Ümumilikdə yarışlarda iştirak üçün 4 idman növü üzrə 2 397 məktəb, 202 248 şagird qeydiyyatdan keçib.

V Respublika fənn müsabiqələrinin ilk mərhələsinin nəticələri açıqlanıb

Ümumi təhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Müsabiqələrdə ümumilikdə 26 000-nə yaxın şagird iştirak edib. Onlardan 4700-ə yaxını finalda iştirak etmək hüququ qazanıb. Fənn müsabiqələrinin final mərhələsi iyun ayında keçiriləcək. Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib.  Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur. Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və  olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Vətəndaşlarla iş bölməsinə 18 866 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə  18 866   müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 15 723 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3143 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1710  ( 864 ərizə, 846 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox birinci siniflərə qəbul, müəllimlərin yerdəyişməsi, işə qəbulu və digər bu kimi məsələləri əhatə edib. 

“Məktəbimizdə” – fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Qax rayonu İlisu kənd tam orta məktəbindən  çəkilib.  Məktəb 1889-cu ildən fəaliyyət göstərir və  bu il 130 illik yubileyi qeyd olunacaq. Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

Müəllimlərin yerdəyişməsinə start verildi

İyunun 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 10 iyun saat 23:59-da başa çatacaq. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər. Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər. Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcək. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı