SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib
XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan Azərbaycan idmançıları və onların ailə üzvləri ilə iyulun 29-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib. “Zəfər günləri” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə idmançılarımızın mötəbər turnirdəki uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalına da uğurla ev sahibliyi etdi. Azərbaycanın yüksək qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə Avropanı növbəti dəfə heyran etdiyini vurğulayan vitse-prezident idmançılarımızı festivalda qazandıqları parlaq nailiyyətlər münasibətilə təbrik edərək deyib: “Bu gün “Zəfər günləri” layihəsi çərçivəsində idmançılarımızın növbəti qələbəsini qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmiz ən mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycanda daha əvvəl birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları uğurla təşkil olunub”. Festivalın ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayan Gənclər və İdman naziri Azad Rəhimov bu mötəbər idman yarışı çərçivəsində üç proqramın həyata keçirildiyini qeyd edib: “Festivalda qazanılan nailiyyətlər Azərbaycanın idman ölkəsi olduğunu bir daha bütün dünyaya sübut etdi. XV dəfə təşkil edilən festivalda Azərbaycan komandası indiyədək ən yüksək nəticəsini əldə edərək dördüncü yeri tutdu. Bu nəticələr göstərdi ki, gənc idmançılar arasında da gələcəyin ulduzlar yetişib. Çalışmalıyıq ki, onlar gələcəkdə daha yüksək nailiyyətlər əldə etsinlər”. Təhsil naziri Ceyhun Bayramov çıxışında Azərbaycanın daha bir mötəbər idman tədbirini yüksək səviyyədə təşkil etməsini məmnunluqla vurğulayaraq diqqətə çatdırıb ki, komandamızın 48 ölkə arasında dördüncü yeri tutması ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının göstəricisidir. C.Bayramov festivalın təşkilinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Sonra Avropa Gənclər Olimpiya Festivalının medalçılarına mükafatlar təqdim edilib. Tədbir incəsənət ustalarının çıxışı ilə davam edib. Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub. AZƏRTAC
29/07/2019 17:26
Məzunlara sertifikatlar təqdim olunub
İyulun 29-da “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı” layihəsində iştirak etmiş məzunlara sertifikatlar təqdim olunub. Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov layihənin əsas məqsədindən söz açıb. Qeyd olunub ki, Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzi və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2018-2019-cu tədris ilini başa vuran məzunları bu layihədə iştirak ediblər.Proqram peşə təhsili sektorundan olan məzunların bilik və bacarıqlarını təkmilləşdirməklə onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə yaradılıb. “British Council” təşkilatının ölkə üzrə direktoru Samr Şah çıxış edərək Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən layihələrdən danışıb, ölkəmizdə təhsilin uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edib. Samir Şah birgə əməkdaşlıq çərçivəsində icra olunan layihənin səmərəliliyindən danışıb və məzunları təbrik edib. Tədbirdə bildirilib ki, hər il məzunların 60 faizinin turizm, qonaq qəbulu və xidmət sektorlarındakı aparıcı müəssisələrdən iş təklifi alması gözlənilir. Birləşmiş Krallığın sahibkarların təşəbbüsünə əsaslanan bacarıqlara və keyfiyyətə zəmanət üzrə təcrübəli People1st UK təşkilatı 20 nəfərə təlim keçib və müxtəlif peşə təhsili müəssisələrində təhsil alan aşpazlar, mehmanxana qapıçıları və təmizlik işçilərini təlim materialları ilə təmin edib. 2018-2019-cu illər üzrə proqrama cəlb edilmiş tələbələr Azərbaycanda aparıcı beş ulduzlu otellərdə təcrübə və peşə təlimi keçərək praktik iş təcrübəsi vasitəsilə turizm və qonaq qəbulu sektorlarında öz karyeralarına qədəm qoyublar. Sonra “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı”na cəlb edilmiş mehmanxana biznesinin nümayəndələri də sözügedən layihənin əhəmiyyətindən danışaraq onun peşə təhsilinə töhfə verəcəyinə əminliklərini vurğulayıblar. Daha sonra proqramı uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub. Qeyd edək ki, proqram Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council”, eyni zamanda Bakıda, həmçinin regionlarda fəaliyyət göstərən mehmanxanalarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməkdədir və aşpaz, oteldə konsyerj və mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi ixtisaslarını əhatə edir.
29/07/2019 15:54
“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb
İyulun 29-da "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində yekunlaşıb. Tədbirdə layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın Şamaxı filialının nümayəndələri, rayon təhsil şöbəsinin rəhbərliyi iştirak ediblər. Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmaqdır. Yay məktəbinin sonuncu günündə Şamaxı rayonunun Mərzəndiyə, Göylər 1 nömrəli, Qaravəlli, Nüydü, Qızmeydan, Dəmirçi, Məlhəm, Meysəri, Muğanlı, Saqiyan, Ovuclu, Mədrəsə, Çaylı kənd tam orta məktəbləri, TT İnternat liseyi, 6 nömrəli tam orta, İnşaatçı, Şəhriyar, Sabir qəsəbə məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.Tədbirin yekun mərasimində həmçinin yay məktəbinin iştirakçı, təlimçi və könüllü heyəti də təltif edilib. İyulun 23-dən 29-dək davam edən “Təhsil avtobusu –Nəsimi” yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın şagirdi hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edib. Qeyd edək ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilib. Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır. “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur.
29/07/2019 15:02
Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir
Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. ölkəmizdə ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq. Avqustun 5-də Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasiminə iştirakçılarla yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, yerli şirkətlər - “Azercell” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verəcək. AZƏRTAC
29/07/2019 14:39
Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Qazaxda
İyulun 27-də "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin növbəti tədbiri Qazax rayonunda keçirilib. Mərasimdə layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın Qazax filialının nümayəndələri iştirak edib. Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığını tanıtmaqdır. Yay məktəbində Qazax rayonunun Qazaxbəyli, Aşağı Əskipara, Aşağı Salahlı, Yuxarı Salahlı, Daş Salahlı, Çaylı və Orta Salahlı kəndlərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Təlim və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. İyulun 29-dək davam edəcək "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin sonuncu tədbiri Şamaxıda keçiriləcək. Yay məktəbi çərçivəsində bu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edir. “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir. Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır.
28/07/2019 08:49
Dövlət təltifləri təqdim olunub
İyulun 26-da Təhsil Nazirliyinin dövlət təltiflərinə layiq görülən bir qrup əməkdaşına mükafatlar təqdim olunub. Təhsil naziri Ceyhun Bayramov təltif olunmuş əməkdaşların dövlət qulluğunda səmərəli fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək işlərində uğurlar arzulayıb. Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2019-cu il tarixli sərəncamı ilə Təhsil Nazirliyinin 2 əməkdaşı “Tərəqqi”, 2-si isə “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülüb.
26/07/2019 17:57
“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi (bundan sonra – Müsabiqə) təsis edilsin. 2. Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Təşkilat Komitəsinin üzvləri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru. 3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi: 3.1. Müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirsin; 3.2. Müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratsın və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etsin; 3.3. Müsabiqənin keçirilməsi qaydalarını təsdiq etsin. 4. Bu Sərəncamın 3.2-ci hissəsi ilə yaradılmış işçi qrup Müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən etsin. 5. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin. 6. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılsın. 7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 iyul 2019-cu il.
26/07/2019 17:34
Olimpiya mədəniyyəti və təhsil proqramı çərçivəsində pavilyonla tanışlıq
Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Olimpiya Komitəsi “Bakı 2019” Əməliyyat Komitəsinin dəstəyi ilə “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində Atletlər kəndində təşkil olunan paviliyonda Bakı şəhərindən seçilmiş 49 məktəb təmsil etdikləri Avropa ölkələrinin stendləri ilə çıxış edib. Stendlərlə tanış olan nazir müavini Firudin Qurbanov məktəblilərə söhbət aparıb, proqramın əhəmiyyətindən danışıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, 22 iyul 2019-cu il tarixindən 49 təhsil müəssisəsinin təmsilçiliyi ilə təşkil olunan paviliyonda məktəblər rəsmi nümayəndələrə, Atletlər kəndində məskunlaşan idmançı və qonaqlara təmsil etdiyi ölkələrin mədəniyyəti, incəsənəti, tarixi və idmanı barədə məlumat təqdim edir. Paviliyonun təşkilində məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdən, Azərbaycan mədəniyyəti, tarixi, incəsənətini təbliğ etməkdən ibarətdir. Paviliyon öz işini 26 iyul 2019-cu il tarixinədək davam etdirəcək.
26/07/2019 17:05
Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Cocuq Mərcanlıda
İyulun 26-da "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin növbəti tədbiri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilib. Açılış mərasimində layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru iştirak edib. Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmaqdır. Yay məktəbində Cocuq Mərcanlı kənd tam orta məktəbinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. "Təhsil avtobusu – Nəsimi" yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edir. İyulun 29-dək davam edəcək yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. Qeyd edək ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir. Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır. "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin növbəti ünvanı Qazax rayonu olacaq.
26/07/2019 15:36
Gənc müəllimlərin yay məktəbində təlimlər başa çatıb
İyulun 26-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəki şəhərində təşkil etdiyi Azərbaycan Gənc Müəllimlərinin Yay Məktəbi başa çatıb. Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan yay məktəbinin bağlanış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova, şəhər təhsil şöbəsinin əməkdaşları və layihənin təşkilatçıları iştirak edib. Tədbirdən öncə gənc müəllimlər Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olublar. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova qonaqları salamlayıb, eləcə də təhsil sahəsində həyata keçirilən hər bir layihənin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə təhsil sahəsində həyata keçirilən tədbirlərdən, aparılan uğurlu islahatlardan danışıb. Nazir müavini müvafiq layihənin məqsədlərindən danışaraq gənc müəllimlər üçün yay məktəbinin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. Firudin Qurbanov qeyd edib ki, yay məktəbi müəllimlərin təcrübə mübadiləsi aparması, onların pedaqoji müharizələrdə iştirakı, peşəkarlığının artması və səmərəli fəaliyyəti baxımından böyük önəm daşıyır. Dörd gün davam edən təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim edilib. Tədbirin sonunda xatirə fotosu çəkilib. Yay məktəbinə 30-a yaxın müəllim qatılıb. Onlara pedaqoji mövzular üzrə təlimlər keçirilib, həmçinin komanda oyunları təşkil olunub. Yay məktəbində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi ediblər. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.
26/07/2019 15:05
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı