• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil nazirinin Astara şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Təhsil naziri Ceyhun Bayramovun Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran və Lerik rayon sakinlərinin 2 avqust 2019-cu il tarixində nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcəkdir.

Vətəndaşlarla iş bölməsinə 22 557 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 22 557 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 672 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 885 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 606 (651 ərizə, 955 məktub) sənəd qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin köçürülməsi və ümumi təhsil sahəsinə aid məsələləri əhatə edib.

31-ci Beynəlxalq İnformatika Olimpiadası 

Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri nə yerdədir? Ölkəmizdə təhsillə bağlı bu cür nüfuzlu tədbirin keçirilməsi nələr vəd edir? Təhsil televiziyasının “Təməl” verilişində nüfuzlu bilik yarışması ilə bağlı fikir mübadiləsi aparılır. Verilişin qonaqları Təhsil nazirinin müavini Firudin Qurbanov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadədir.  

Xarici təhsil sənədlərinin nostrifikasiya qaydaları ilə bağlı sual-cavab

Hansı xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar Azərbaycan Respublikası ərazisində tanınır? Ölkə ərazisində tanınan xarici ali təhsil müəssisələrinin rəsmi təsdiq edilmiş siyahısı varmı? Bu kimi suallara aşağıdakı videorolikdən cavab tapa bilərsiniz.  

Təhsil naziri vətəndaşları qəbul edib

Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vətəndaşları qəbul edib. Qəbulda vətəndaşlar əsasən, işlə təmin olunma və işə bərpa, fərdi təhsilə cəlb olunma, ali təhsil və ümumi təhsil sahəsinə aid məsələlər ilə bağlı müraciət ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilmiş layihə variantını ictimai müzakirəyə təqdim edir. Layihə sənədi ilə bağlı rəy və təklifləri 2 ay müddətində office@edu.gov.az elektron poçt ünvanına göndərmək olar. Qeyd edək ki, “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin ilkin layihə variantı 2016-cı ilin noyabrında nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimai müzakirəyə təqdim edilib. Ötən müddət ərzində layihə sənədi pedaqoji kollektivlərdə, ekspert qruplarında, təhsil sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarında müzakirə olunub, müxtəlif rəy və təkliflər bildirilib. Eyni zamanda, 2018-ci ilin iyulunda təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə və 2019-cu ilin martında qəbul edilmiş “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş müddəalar nəzərə alınmaqla sənəd yenidən işlənilərək təkmilləşdirilib.

Nümunəvi tədris planları təsdiq olunub

Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb. Əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib. Əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.  

112 nəfər qızıl, 67 nəfər isə gümüş medala layiq görülüb

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının  qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Əmrdə  ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki,  bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si  qızıl, 67-si isə gümüş medalla təltif olunub. Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən  müəyyənləşdirilib.

Direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək

Avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında  baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub. İmtahan zamanı  namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq. Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək. Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

21-30 iyul 2019-cu il tarixlərində Fransanın paytaxtı Paris şəhərində məktəblilərin 51-ci Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib. Bilik yarışında ölkəmizi təmsil edən şagirdlər yüksək uğura imza atıblar. Belə ki,  Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Əli Əliyev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıb. Qeyd edək ki, azərbaycanlı məktəblilər iyul ayı ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər. Belə ki, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 80 ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb. 11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı