• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Gənc müəllimlərin yay məktəbində təlimlər başa çatıb

İyulun 26-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəki şəhərində təşkil etdiyi Azərbaycan Gənc Müəllimlərinin Yay Məktəbi başa çatıb.

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan yay məktəbinin bağlanış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova,  şəhər təhsil şöbəsinin əməkdaşları və layihənin təşkilatçıları iştirak edib.

Tədbirdən öncə gənc müəllimlər Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olublar.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova qonaqları salamlayıb,  eləcə də təhsil sahəsində həyata keçirilən hər bir layihənin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə təhsil sahəsində həyata keçirilən tədbirlərdən, aparılan uğurlu islahatlardan danışıb. Nazir müavini müvafiq layihənin məqsədlərindən danışaraq gənc müəllimlər üçün yay məktəbinin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. Firudin Qurbanov qeyd edib ki, yay məktəbi müəllimlərin təcrübə mübadiləsi aparması, onların pedaqoji müharizələrdə  iştirakı, peşəkarlığının artması və  səmərəli fəaliyyəti baxımından böyük önəm daşıyır.

Dörd gün davam edən təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim edilib.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

Yay məktəbinə 30-a yaxın müəllim qatılıb. Onlara pedaqoji mövzular üzrə təlimlər keçirilib, həmçinin komanda oyunları təşkil olunub. Yay məktəbində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi ediblər.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi  istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar  və səmərəli işləməyə həvəsləndirməkdir.


6 il əvvəl