SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Vətəndaşlarla iş bölməsinə 22 557 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 22 557 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 672 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 885 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 606 (651 ərizə, 955 məktub) sənəd qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin köçürülməsi və ümumi təhsil sahəsinə aid məsələləri əhatə edib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl