SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları
Sentyabrın 3-də Siyəzən, Göyçay, Bərdə və Zərdab rayonlarında təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib. Bərdə Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən Bərdə, Tərtər və Ağdam rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər. Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib. Daha sonra Məhəbbət Vəliyeva çıxış edərək hesabatlara öz münasibətini bildirib. Məhəbbət Vəliyeva qəbul imtahanlarında zəif nəticə göstərən ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Nazir müavini məktəbdaxili qiymətləndirmənin obyektiv aparılmasının qəbul imtahanı nəticələrinə təsir göstərdiyini bildirərək, məktəblərdə diaqnostik və formativ qiymətləndirməyə nəzarətin artırılmasını qeyd edib. Məhəbbət Vəliyeva çıxışının sonunda təhsil işçilərinə 2019-2020-ci dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb. Konfrans müzakirələrlə davam etdirilib. *** Siyəzən şəhər Mədəniyyət Mərkəzində Şabran, Siyəzən və Xızı rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Şabran, Siyəzən və Xızı rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Konfransda sözügedən rayonların təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabatla çıxış ediblər. Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib. Muxtar Məmmədov təhsil sahəsində bu ildən tətbiq olunan yeniliklər, perspektiv məsələlərdən bəhs edib. Aparat rəhbəri bölgələrdə yeni açılması nəzərdə tutulan lisey siniflərə şagirdlərin cəlbi və valideynlərin bu mövzuda məlumatlandırılması istiqamətində tövsiyələrini verib. Hər üç rayonun təhsil işçilərini olimpiada hərəkatında fəal iştirak etməyə səsləyən aparat rəhbəri bütün təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib. *** Göyçay rayon Heydər Əliyev Mərkəzində Göyçay, Ucar və Ağsu rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Əvvəlcə hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər. Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək hesabatları təhlil edib, rəy və tövsiyələrini bildirib. Fərzəli Qədirov ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində son illərdə təhsil sahəsində görülən işlər, əldə edilən nailiyyətlər, o cümlədən konfransda iştirak edən rayonların keyfiyyət göstəriciləri barədə məlumat verib. Aparat rəhbərinin müavini hesabatlarda səsləndirilən təkliflərə rəy bildirib, yeni tədris ilində əsas fəaliyyət istiqamətləri, qarşıda duran hədəfləri diqqətə çatdırıb. Sonda konfrans iştirakçılarının rəy, təklif, eyni zamanda sorğuları dinlənilib və cavablandırılıb. *** Zərdab rayon Heydər Əliyev Mərkəzində Zərdab, Ağcabədi və Laçın rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov, hər üç rayonun təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər. Əvvəlcə rayonların təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış edib, təkliflərini bildiriblər. Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov çıxış edərək hesabatları müqayisəli təhlil edib, təklif və rəylərini verib. Əhliyət Adıgözəlov rayonların olimpiada uğurlarlından, eləcə də qəbul imtahanı nəticələrindən danışıb. Əhliyət Adıgözəlov yeni tədris ilinin prioritet istiqamətləri barədə məlumat verib. Təhsil Nazirliyinin qəbul etdiyi normativ hüquqi sənədlər barədə məlumat konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub. Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.
03/09/2019 16:38
Yeni tədris ilinin ilk dərs məşğələləri
Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq. Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.
03/09/2019 12:05
Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi davam edir
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi davam edir. Bu günə olan statistik məlumatlara görə, 4 125-dən artıq namizəd sənəd qəbulunda iştirak edib. Dərzi, aşpaz, kompüter operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mehmanxana inzibatçısı ən çox müraciət edilən ixtisaslar arasında yer alır. Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılır. Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.
02/09/2019 18:54
Sentyabr konfransının plenar müşavirələri başlayıb
Sentyabrın 2-də Mingəçevir, Quba və Şamaxı təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib. Mingəçevir şəhər Dövlət Dram Teatrında keçirilən sentyabr konfransında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. Nazir müavini 2019-2020-ci tədris ili üçün əsas prioritet məsələlərdən söz açıb, bununla bağlı bağlı tapşırıq və tövsiyələrini verib. Konfransda iştirak edən Mingəçevir şəhər, Yevlax və Ağdaş rayonlarının təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər. Sonra yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb. *** Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Quba, Qusar və Xaçmaz rayonlarının təhsil şöbələrinin rəhbərləri və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, məktəb psixoloqları və təhsil işçiləri iştirak ediblər. Konfransda müvafiq rayon təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlər və qarşıda duran məsələlər barədə hesabat məruzəsi ilə çıxış ediblər. Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov çıxış edərək təhsil sahəsində həyata keçirilən yeniliklər və nəzərdə tutulan hədəflərdən danışıb. Muxtar Məmmədov qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfrans növbəti tədris ili ilə bağlı müzakirələrlə davam etdirilib. *** Şamaxı şəhər Mədəniyyət mərkəzində Şamaxı, İsmayıllı və Qobustan rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Əvvəlcə Şamaxı, İsmayıllı və Qobustan rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək təhsil şöbələrinin hesabatlarına öz münasibətini bildirib. Qeyd edilən rayonlar üzrə təhsil şöbələri və təhsil müəssisələrinin ötən dərs ilində keyfiyyət göstəricilərinin müqayisəli təhlilini diqqətə çatdıran aparat rəhbərinin müavini təhsil sahəsində əldə edilən nailiyyətlər barədə danışıb. Fərzəli Qədirov yeni dərs ilində yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri qarşısında duran vəzifələr, eləcə də ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb. Müşavirə müzakirələrlə davam etdirilib.
02/09/2019 18:39
Regionlarda lisey sinifləri yaradılacaq
2019-2020–ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq. Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq. Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər (rayon) və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edə bilərlər. Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək. Eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər. Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər 2-6 sentyabr 2019-cu il tarixlərində Gəncə şəhəri (Gəncə şəhəri, Kəpəz rayonu, E. Allahverdiyev küçəsi 68), Şirvan şəhəri (Şirvan şəhəri, Xəqani küçəsi 16) Şəki şəhəri (Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 1) və Quba rayonunda (Quba şəhəri 15-ci məhəllə) təşkil edilən komissiyalara aidiyyəti üzrə müraciət etməlidirlər. Təmayül siniflərinə qəbul imtahanı sentyabrın 10-da keçiriləcək. Qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq. Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək. Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.
02/09/2019 17:10
85 il öncə “Azərbaycan müəllimi” dərc olunub
Sentyabrın 2-də “Azərbaycan müəllimi” qəzetinin ilk nömrəsi işıq üzü görüb. Qəzet 1934-cü ilin bu tarixində ilk dəfə “Qommunist Məarifi” adı ilə nəşrə başlayıb. Təhsilə, pedaqoji məsələlərə geniş yer ayırdığı üçün qəzetin adı 1938-ci ildə dəyişdirilərək “Müəllim qəzeti” adlandırılıb və 1941-ci ilin iyun ayınadək bu adla nəşr olunub. 1946-cı ildən bu günədək isə “Azərbaycan müəllimi” adı ilə nəşr olunmağa davam edir. Ölkənin ən tanınmış simaları qəzetin səhifələrində dövrün ən aktual pedaqoji, ədəbi və mədəni məsələləri ilə bağlı müntəzəm yazılarla çıxış ediblər. “Azərbaycan müəllimi” bu gün də öz ənənələrinə sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir.
02/09/2019 16:35
İctimai Şuraya seçkilərin tarixi
Sentyabrın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək. Seçkilər Azərbaycan-Fransız Universitetinin akt zalında (Ünvan: Nizami küçəsi, 183) təşkil ediləcək. Qeyd edək ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Seçkilərdə sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.
02/09/2019 14:33
Vətəndaşlarla iş bölməsinə 28 767 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 28 767 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 918 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 849 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 077 sənəd (650 ərizə, 427 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox şagirdlərin elektron yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, müəllimlərin işə qəbulu və digər bu kimi məsələləri əhatə edib.
02/09/2019 11:21
Əlavə yerləşdirmə üzrə müsahibə mərhələsi başlayıb
Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilir. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə təşkil edilib. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.
02/09/2019 09:33
Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub. Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.
31/08/2019 14:25
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı