SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllim işləmək istəyənlərin nəzərinə!
Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar yenidən müsabiqə elan edilib. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər 21 avqust saat 00:00-dək müraciət edə bilərlər. Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur. Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər. Vakant fənlərin siyahısına "Fənlər" bölməsindən baxa bilərsiniz. Qeyd edək ki, seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcək. Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplari-bakalavr-layihesinde-20212022ci-tedris-ilinin-payiz-semestri-uzre-asagidaki-fenlerin-tedrisini-aparmaq-meqsedile-yeniden-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-qay daxil olaraq əldə edə bilərsiniz. Qeydiyyat ilə bağlı sual yarandıqda teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz.
17/08/2021 10:00
SABAH qruplarına müəllim seçimi başlayır
Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar yenidən müsabiqə elan edilib. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər avqustun 21-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər. Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplari-bakalavr-layihesinde-20212022ci-tedris-ilinin-payiz-semestri-uzre-asagidaki-fenlerin-tedrisini-aparmaq-meqsedile-yeniden-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-qay daxil olaraq əldə edə bilərsiniz.
16/08/2021 15:00
BMU-İNHA ikili diplom proqramına müraciət tarixi uzadılıb
2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat müddəti 20 avqust saat 23:55-dək uzadılıb. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. 2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqramın 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Beynəlxalq ikili diplom proqramına (bakalavriat pilləsi üzrə) qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, BMU-İNHA İDP-yə Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən I ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilərlər. Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri elektron formada təqdim etmək lazımdır. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 23-də (yazılı) və avqustun 24-də (şifahi) onlayn formada keçiriləcək. İmtahanla əlaqədar bütün namizədlərə əvvəlcədən elektron poçt vasitəsilə məlumat göndəriləcək. İmtahan nəticələri isə avqustun 27-də elan ediləcək. Ətraflı məlumatı elandan əldə edə bilərsiniz.
16/08/2021 14:15
148 nəfər Macarıstanda təhsil hüququ qazanıb
Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində (HTP) 2021-2022-ci tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təhsil sahəsindəki əməkdaşlığın nəticəsi olaraq, 148 nəfər Azərbaycan vətəndaşı 2021-2022-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. Qlobal pandemiyanın təsirləri nəticəsində təhsil müddətləri uzanmış 87 nəfər azərbaycanlının təqaüdlərinin 2021-2022-ci tədris ilində mövcud kvota hesabına davam etdirilməsinə Macarıstan tərəfindən qərar verilib. Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 17 nəfər PhD (istənilən maraq dairəsində), 123 nəfər magistratura, 8 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ əldə edib. Onlar iqtisadiyyat, humanitar və sosial, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və səhiyyə elmləri istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, “Eötvös Loránd University”, “University of Debrecen”, “University of Pécs” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 23 noyabr 2020-ci il tarixində elan verilib.
16/08/2021 10:40
6891 nəfər peşə təhsilinə qəbul üçün qeydiyyatdan keçib
Peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu davam edir. 10 avqust tarixindən 16 avqust saat 10:00-dək 6891 nəfər peşə təhsilinə qəbul üçün elektron qeydiyyatdan keçib. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.
16/08/2021 09:55
2021-2022-ci tədris ili üçün şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat
- Ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil sənədi) alan şagirdlər X sinfə qəbul edilə bilərlər; - Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər 18 avqust 2021-ci il tarixinədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər; - Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə deyil, digər məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər (qanuni nümayəndə) bu halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri məktəblərə sorğu verməlidirlər. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Övladının digər xarici dil tədris olunan məktəbin X sinfinə qəbulu ilə bağlı valideynin proqram təminatındakı sorğusuna yaşadığı (köçdüyü) ərazidə şagirdin əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda razılıq verilir. - Ümumi orta məktəbləri bitirən şagirdlərin valideynləri (qanuni nümayəndə) övladlarının tam orta təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istədikləri halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə ( www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri tam orta məktəblərə sorğu verməlidirlər; - Xarici ölkələrdə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlərin valideynləri övladlarının X sinfə qəbulu üçün 25 avqust 2021-ci il tarixindən etibarən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (sy.edu.az) seçdikləri məktəbə sorğu verə bilərlər.
16/08/2021 09:04
Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə nəticələr elan olunub
Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Müsabiqənin vakansiya seçimi mərhələsində iştirak etmiş namizədlər şəxsi səhifələrinə daxil olaraq nəticələrlə tanış ola bilərlər. 10-13 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1599 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Namizədlərin şəxsi səhifələrində müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar qeyd olunub. Qeyd edək ki, müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları miq.edu.az saytında yerləşdirilib: https://miq.edu.az/movzular Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq!
14/08/2021 12:55
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur
Avqustun 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur təşkil olunub. Mediaturda millət vəkilləri, tanınmış ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Mediatur çərçivəsində iştirakçılara növbəti tədris ili üçün peşə təhsili müəssisələrinə qəbul prosesində tətbiq edilən yeniliklər və ümumi qaydalar barədə məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılır və ötən il ilə müqayisədə qəbul planı 9,6 faiz artırılıb. Həmçinin cari ildən etibarən ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisinin aparılacağı vurğulanıb. Qeyd olunub ki, 15 ixtisas üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılıb. Daha sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin müasir standartlara cavab verən emalatxanaları, maddi-texniki bazası və tədris prosesinin təşkili ilə tanışlıq olub. Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan mediatur iştirakçılarının nəzərinə çatdırılıb ki, beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabət qabiliyyətli kadrlar hazırlığını həyata keçirən mərkəzdə ötən dövr ərzində tələbələrə 9 istiqamət üzrə texniki peşə, 2 istiqamət üzrə isə yüksək-texniki peşə təhsili tədris olunub. 2021-2022-ci tədris ilindən etibarən isə tələbələr həm texniki, həm də yüksək texniki peşə təhsil səviyyəsi üzrə hər birində 11 istiqamət olmaqla müxtəlif ixtisaslarda tədris ala biləcəklər. Mediatur çərçivəsində peşə təhsili müəssisələrini bitirmiş və müxtəlif istiqamətlər üzrə uğurlu karyera quran məzunlarla da görüş baş tutub. Görüş zamanı qonaqların təcrübəsi dinlənilib və peşə təhsilində hazırkı vəziyyət və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Sonda mediatur iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Qeyd edək ki, avqustun 10-dan peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilib. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
13/08/2021 14:25
Səriştəli metodist olmaq istəyənlərin nəzərinə!
Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub. Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək: - Ali təhsil; - Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); - Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; - "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı; - Təşkilatçılıq bacarığı; - Komanda ilə işləmək bacarığı; - Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı; - Yaş həddi: 27 yaşdan yuxarı Namizədlər öz CV-lərini mdm@arti.edu.az e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist... Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur. https://cutt.ly/ymDZwW6
13/08/2021 09:55
Vakansiya seçiminin son günü
Avqustun 13-də biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır. Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər bu gün saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq. Bütün namizədlərə uğurlar arzulayırıq!
13/08/2021 09:16
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı