SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ağcabədidə yeni məktəb binaları istifadəyə verilib
Sentyabrın 12-də Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd və Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəblərinin yeni binalarının açılış mərasimi keçirilib. Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkili Tahir Rzayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov, məktəbin pedaqoji kollektivi, şagird və ictimaiyyət nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yeni məktəb binalarının açılışı münasibəti ilə təhsil işçilərini, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Təhsilə göstərilən dövlət qayğısından danışan nazir müavini son illər bu sahədə həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan söz açıb. Nazir müavini yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Millət vəkili Tahir Rzayev çıxışında təhsil infrastrukturunun yenilənməsi baxımından görülən işlərdən danışıb. Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibətilə təbrik edib. Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin yeni binası 264 şagird yerlikdir. Məktəb 13 sinif otağı, 3 laboratoriya, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti, idman zalı və əmək hazırlığı kabinetindən ibarətdir. Daha sonra Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəb 432 şagird yerlikdir. Məktəbdə 17 sinif otağı, 3 laboratoriya, 3 fənn kabineti, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti, idman zalı, yeməkxana, texniki otaq, kompüter və linqafon otağı, həmçinin məktəbəhazırlıq qrupu üçün otaq yerləşir. Açılış mərasimlərindən sonra tədbir iştirakçıları yeni tədris ocaqlarında yaradılan şəraitlə tanış olublar.
12/09/2019 17:27
Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq
Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 15 sentyabr 2019-cu il tarixindən 15 oktyabr 2019-cu il tarixinə qədər dayandırılacaq. Bununla yanaşı, 15 sentyabr 2019-cu il tarixinə qədər qəbul edilmiş sorğuların icrası davam etdiriləcək. Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46,173 müraciət daxil olub. Onlardan 42,196 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 3430 sorğu hazırda icra edilir, 547 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib. Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri və regionlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.
12/09/2019 16:55
Ağdaşda məktəb açılışı
Sentyabrın 12-də Ağdaş şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Açılış mərasimdə Təhsil nazirinin müavini İdris İsayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini İdris İsayev “Bilik günü” və məktəbin açılışı münasibəti ilə müəllim, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan nazir müavini son 10 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binasının tikildiyini, həmçinin əsaslı təmir olunduğunu vurğulayıb. Təhsilə göstərilən qayğının ölkəmizin gələcək inkişafının təminatı olduğunu vurğulayan İdris İsayev bu sahədə qazanılan uğurlardan da söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Tədbirdə iştirak edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov öz növbəsində məktəbin müəllim və şagird kollektivini təbrik edib, eləcə də son illərdə rayonda təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb. Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, 624 şagird yerlik məktəb 26 otaq, 2 laboratoriya, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, informatika kabineti və idman zalından ibarətdir.
12/09/2019 15:15
Şamaxı şəhərində vətəndaşlar qəbul ediləcək
Şamaxı və Qobustan rayon sakinlərinin nəzərinə! Təhsil nazirinin müavini Firudin Qurbanov 20 sentyabr 2019-cu il tarixində saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək. Qəbulda Şamaxı və Qobustan rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 12-18 sentyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
12/09/2019 13:06
Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı 101 nömrəli orta məktəbdə aparılan təmir-tikinti və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Səidə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər. Bildirildi ki, 101 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. O zaman 400 şagird yerlik üçmərtəbəli korpus istifadəyə verilib. 1960-cı ildə isə 4 sinifdən ibarət yardımçı korpus tikilib. 2012-2013-cü illərdə 20 sinif otağından ibarət əlavə 400 yerlik bina istifadəyə verilib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun tikintisinə başlanıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birnövbəli sistemdə 985 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Diqqətə çatdırıldı ki, məktəbdə 35 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Məlumat verildi ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2019-cu ilin statistikasına görə, məktəbi bitirən məzunların 80 faizi tələbə adını qazanıb. Məktəbin həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev məktəbin direktoru Səidə Məmmədova ilə söhbət etdi. Prezident İlham Əliyev: Açıq futbol meydançası da var. Gözəl şərait yaradılıb. Sizi təbrik edirəm. Səidə Məmmədova: Mən Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Bizim üçün belə bir müasir məktəb tikdirmisiniz. Sağ olun, var olun. Prezident İlham Əliyev: Sağ olun. X X X Qeyd edək ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxt və ətraf qəsəbələrlə yanaşı, respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. www.president.az
12/09/2019 12:01
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb
2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 8 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib. Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
12/09/2019 11:37
Təhsil işçilərinin respublika konfransı başa çatıb
Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Konfransda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Əvvəlcə tədbirdə “Təhsil” televiziyasının 2018-2019-cu tədris ili ilə bağlı hazırladığı videoçarx nümayiş olunub. Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan Təhsil naziri YUNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Nazir qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur. Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Ceyhun Bayramov qeyd edib ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Təhsil nazirinin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar. Təhsil naziri həmçinin, tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək. Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran Təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək. Eyni zamanda yeni tədris ilindən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq. Təhsil naziri Ceyhun Bayramov çıxışının sonunda yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edərək onlara uğurlar arzulayıb. Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov ali məktəbə qəbul olunanlar arasında pedaqoji ixtisaslara marağın yüksək olduğunu qeyd edib, tələbələrin pedaqoji təcrübəsindən danışıb. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev bildirib ki, son illər həyata keçirilmiş məqsədyönlü islahatlar nəticəsində təhsilin keyfiyyət göstəriciləri artmaqdadır. Bəxtiyar Əliyev vurğulayıb ki, görülən işlər Azərbaycanda təhsilin yeni inkişaf dövrünə başlamasının göstəricisidir. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov uşaqların məktəbəhazırlığa cəlbini müsbət qiymətləndirib, bu sahədə görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb. Şahlar Əsgərov həmçinin, Təhsil Nazirliyi yanında yaradılan İctimai Şuranın nazirliklə cəmiyyət arasında körpü rolunu oynayacağını deyib. Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva təhsil müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyətindən danışıb. Daha sonra Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin gənc müəllimi Şəbnəm Uğurlu, bu il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək balla pedaqoji ixtisası seçən Fidan Əhmədova tədbir iştirakçıları ilə qazandıqları uğurları bölüşüblər. Plenar iclasdan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib. Panel sessiyalarda “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, “Rəqəmsal sistemlər və səmərəli idarəetmə”, “İstedadlı uşaqlarla işin təşkili”, “STEAM-ın milli kurikulumun tərkib hissəsi kimi” və “Ümumi təhsil məktəblərində peşə yönümlü təmayüllərin tətbiqi” mövzuları müzakirə edilib. Panel müzakirələr başa çatdıqdan sonra konfrans işini yekunlaşdırıb. Qeyd edək ki, sentyabrın 2-dən 6-dək respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Konfranslarda ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlar verilib.
11/09/2019 18:17
Peşə təmayüllü siniflər yaradılır
2019-2020–ci tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq. Peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək. Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək.
11/09/2019 17:06
Təhsil işçilərinin respublika konfransı davam edir
Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçirilir. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Konfransda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri, təhsil ictimaiyyətinin nümayəndələri və media qurumlarının rəhbərləri iştirak edirlər. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə "Təhsil" televiziyasının hazırladığı “2018-2019-cu tədris ili rəqəmlərdə” adlı videoçarx nümayiş olunub. Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan Təhsil naziri YUNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Nazir qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur. Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Ceyhun Bayramov qeyd edib ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Təhsil nazirinin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar. Təhsil naziri həmçinin, tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək. Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran Təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək. Eyni zamanda növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq. Təhsil naziri Ceyhun Bayramov çıxışının sonunda yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edərək uğurlar arzulayıb. Konfrans öz işini davam etdirir.
11/09/2019 10:56
Təhsil işçilərinin respublika konfransı öz işinə başlayır
Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Təhsil işçilərinin respublika konfransında Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
11/09/2019 09:17
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı