• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib

Sentyabrın 14-də Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Açılışda Təhsil naziri Ceyhun Bayramov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov çıxışında “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Ceyhun Bayramov bildirib ki, Azərbaycanda təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir.  Təhsil naziri son illər ölkəmizdə çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Ceyhun Bayramov deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir. Nazir qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir. Ceyhun Bayramov ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. Təhsil naziri yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb. Daha sonra Ceyhun Bayramov yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb. Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1  linqafon otağı və 48 sinif otaqları, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

Beynəlxalq olimpiadalara hazırlıq məşğələləri

Beynəlxalq olimpiadalara hazırlıq məşğələləri keçirilib. Məşğələlərə riyaziyyat, fizika, kimya, biologiya və informatika fənlərindən ötən tədris ilində aşağı yaş qrupu üzrə hazırlaşan 100-dən çox şagird qatılıb. Dünyanın qabaqcıl universitetində təhsil və akademik fəaliyyətlərini davam etdirən beynəlxalq olimpiada qalibləri öz təcrübələrini iştirakçılarla bölüşüblər.   Məşğələlərin keçirilməsində məqsəd olimpiadalara hazırlıq prosesinin intensivləşdirilməsi, əvvəlki illərdə keçirilən mövzuların dərindən mənimsədilməsi və şagirdlər üçün yeni hədəflərin müəyyənləşdirilməsindən ibarətdir.

2020-2021-ci tədris ili üzrə Almaniyada doktorantura səviyyəsində təqaüd proqramı

2020-2021-ci tədris ili üzrə Almaniyada doktorantura səviyyəsində Berlin Müsəlman Mədəniyyətləri və Cəmiyyətləri Ali Məktəbinin təqaüd proqramı elan olunub. Təqaüd proqramına sənəd vermək istəyən şəxslər cari ilin oktyabrın 7-dək http://www.bgsmcs.fu-berlin.de/en/announcements/201908_Call-for-Applications-2020.html  səhifəsinə müraciət edə bilərlər. Tədqiqat müddəti 3 ildir.

Regionlarda lisey sinifləri

2019-2020-ci tədris ilində regionlarda lisey sinifləri fəaliyyətə başlayacaq. “Təhsil” televiziyasının “Həftənin sualı” verilişində lisey sinifləri ilə bağlı suallar cavablandırılır. Verilişin qonağı Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevdir. Mövzuya dair sualları şərh bölməsində yaza bilərsiniz.  

Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub   Birinci vitse-prezident əvvəlcə sıralarında məktəbin məzunlarının da olduğu şəhid Kürdəxanı sakinlərinin xatirəsinə ucaldılan abidəyə baxdı. Qeyd edək ki, 1971-ci ildən fəaliyyətə başlayan bu məktəbin binasında cari təmir işləri 2006-cı ildə aparılıb. İki il sonra - 2008-ci ildə şagird sıxlığı nəzərə alınaraq 300 yerlik əlavə korpus tikilib. Bu ilin mayında Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təhsil ocağı yenidən qurulub. Əvvəllər fənn kabinetləri yararsız vəziyyətdə idi, bu isə tədris prosesinin keyfiyyətinə maneçilik törədirdi. Ancaq yeni tədris ilində bu problem aradan qaldırıldı. Təhsil ocağının sinif otaqları, fənn kabinetləri, informatika-linqafon otağı, kitabxana, akt və idman zalları ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, hər iki korpusda 47 sinif otağı, 2 informatika və 1 linqafon otağı, kimya, biologiya, fizika fənn kabinetləri, akt, idman və musiqi zalları istifadəyə verilib. Təmirdən əvvəl məktəb 1150 şagird yerlik olub. Hazırda əlavə sinif otaqlarının artırılması hesabına burada 1200 şagirdin təhsil alması üçün şərait yaradılıb. Təhsil ocağının həyətində yaşıllıq sahəsi salınıb, abadlıq-quruculuq işləri aparılıb. Məktəbin həyətində müasir tələblərə cavab verən qaçış və futbol meydançası da yaradılıb. Məktəbin kollektivi ilə görüşüb, onlara yeni dərs ilində uğurlar arzulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi: -Mən bu gün burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni, üç ay ərzində, təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şagirdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq. Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq. Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük. Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticələridir. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun.   XXX   Ümumiyyətlə, bu gün Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində quruculuq-abadlıq işləri sürətlə gedir. 12 min 200 nəfər əhalinin yaşadığı qəsəbədə qazlaşma uğurla davam edir, yol infrastrukturunun inkişafı ilə bağlı işlər görülür, küçələrin bərpası həyata keçirilir, yeni işıqlandırma sistemi quraşdırılır. Kürdəxanı sakini Telman Əliyev və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şirinxanım Abbasova Birinci vitse-prezidentə göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildirdilər. Telman Əliyev: Çox sağ olun ki, təşrif buyurub gəldiniz. Böyük işlər görmüsünüz. Yollarımız çox gözəldir. Çox sağ olun. Allah Sizə, ailənizə cansağlığı versin. Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Yollar barədə deyə bilərəm ki, qəsəbədaxili 115 küçə, ümumilikdə 70 kilometr uzunluğunda yollar tamamilə yenidən qurulub. Bu da əlbəttə, burada yaşayan insanlar üçün böyük rahatlıqdır. Şirinxanım Abbasova: Hörmətli Mehriban xanım, məktəbimizin kollektivi adından Sizi salamlayırıq, Sizə minnətdarlığımızı bildiririk. Həm sakinlər adından, həm məktəbin pedaqoji kollektivi adından Sizə “Çox sağ olun!” deyirik. Sizin bu böyük işinizi yüksək qiymətləndiririk. Çox sağ olun. Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, mənim borcumdur. Bilirsiniz, mən hər zaman insanlarla ünsiyyətdə olmağa və onların problemlərini eşitməyə çalışıram. Bilirsiniz, mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq. Siz bizim güc mənbəyimizsiniz. Şirinxanım Abbasova: Məktəbin kollektivi adından Sizi əmin edirik ki, Sizin, bax, bu qədər gördüyünüz işlər qarşısında biz də daha böyük səylə çalışacağıq, bütün qüvvə və bacarığımızı gənc nəslin təlim-tərbiyəsinə həsr edəcəyik. Bir daha qəsəbə sakinləri, məktəbin pedaqoji kollektivi adından Sizə öz minnətdarlığımızı bildiririk. Sağ olun, var olun. Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun.   X X X   Sonda xatirə şəkli çəkdirildi.   www.president.az

Qaxda məktəb binalarının açılış mərasimi keçirilib

Qax rayonunda Elçin Şahmərdanov adına Tasmalı kənd və Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəblərinin açılış mərasimi keçirilib. Qax rayonunda Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbinin açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən nazir müavini İdris İsayev bildirib ki, son bir neçə ildə ölkəmizdə 4 500-ə yaxın məktəbdən təxminən 3 mini əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Nazir müavini qeyd edib ki, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində tədrisin keyfiyyəti yüksəlib və müəllimlərin əməkhaqqının sentyabrın birindən 20% artırlması bu qayğının bariz göstəricisidir. Nazir müavini müəllim, şagird və valideynləri “Bilik günü” münasibətilə təbrik edib, yeni tədris ilində hər birinə uğurlar arzulayıb. Tədbirdə iştirak edən kənd sakinləri müasir infrastruktura malik məktəblərin inşasının tədrisin səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir edəcəyini qeyd ediblər. Qeyd edək ki, Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbinin yeni binası 264 şagird yerlikdir. 2018-2019-cu tədris ilində məktəbi bitirən 16 məzundan 10-u ali təhsil, 3 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə qəbul olunublar. Daha sonra Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Bildirilib ki, məktəb 216 şagird yerlikdir. Məktəbdə 161 nəfər şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbini ötən il bitirən 16 məzundan 7-si Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunublar. Hər iki məktəb binalarında  sinif otaqları ilə yanaşı 11 fənn kabineti, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəb binalarında müasir istilik və müşahidə sistemləri quraşdırılıb.

Prezident İlham Əliyev Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Məlahət Əsədova dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər. Prezident İlham ƏLİYEV: Bu məktəb əsaslı təmir olunub? Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar ƏZİZOV: Xeyr, sökülüb, yenidən tikilib. Üç il fəaliyyətsiz olub. Bildirildi ki, məktəbin binası 1938-ci ildə istifadəyə verilmişdi. O zaman 360 yerlik binada ümumilikdə 2 növbədə 800 şagird təhsil alırdı. Bu təhsil ocağı qəzalı vəziyyətdə olduğundan fəaliyyətini dayandırıb və müvəqqəti olaraq 140 saylı tam orta məktəbdə fəaliyyət göstərib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, 2019-cu ilin mayında məktəbin mövcud binası sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasirliyi ilə seçilir. Burada müxtəlif fənn otaqları bütün zəruri inventarla təchiz olunub. Bir sözlə, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri, müəllimlərin isə pedaqoji fəaliyyətlə yüksək səviyyədə məşğul olmaları üçün hərtərəfli imkanlar var. Qeyd edildi ki, məktəbdə hazırda 320 şagirdin təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji kollektiv məşğuldur. Son 10 ildir ki, məktəbin şagirdlərinin 70-80 faizi ali təhsil ocaqlarına qəbul olur. Şagirdlər müxtəlif bilik, idman yarışlarında, olimpiadalarda təhsil ocağını layiqincə təmsil edirlər. Bu təhsil ocağının 10-cu sinif şagirdi güləş üzrə Avropa çempionudur. Azərbaycanda dövlət səviyyəsində təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sferada innovativ üsulların tətbiqi məsələsinə daim xüsusi diqqətlə yanaşılır. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Bütün bunlar bir daha sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bu isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində, həmçinin müəllimlərin təlim-tədris prosesini müasir şəraitdə aparmasında mühüm rol oynayır. Prezident İlham ƏLİYEV: Təbrik edirəm. Sizə uğurlar arzulayıram. Məlahət ƏSƏDOVA: Cənab Prezident, şagirdlər və valideynlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, kənd yerində belə bir gözəl məktəb tikdirmisiniz. Prezident İlham ƏLİYEV: Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu proqram uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir. Valideynlərə də, müəllimlərə də salam söyləyin. Sağ olun. Məlahət ƏSƏDOVA: Sağ olun cənab Prezident.   www.president.az

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri Yuri Biktuqanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət tendensiyaları barədə qonaqlara məlumat verib. Firudin Qurbanov son 15 ildə ölkəmizdə 3200-dən artıq ümumtəhsil müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini, müəssisələrinin maddi-texniki bazasının yeniləndiyini vurğulayıb. Nazir müavini bildirib ki, müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılıb, müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb və bu qiymətləndirilmədən müvəffəqiyyətlə keçən müəllimlərin əmək haqları artırılıb. Nazir müavini Azərbaycanda rus dilində fəaliyyət göstərən və tərkibində rus bölməsi olan məktəblər haqqında məlumat verib, eyni zamanda hər il rus dili fənni üzrə olimpiadanın uğurla keçirildiyini qeyd edib. Firudin Qurbanov ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurlu fəaliyyəti haqqında da danışıb.  Nazir müavini həmçinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, bir çox istiqamətlər üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb və birgə həyata keçirilən layihələrlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri Yuri Biktuqanov Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Yuri Biktuqanov Sverdlovsk vilayətində yerləşən ali təhsil müəssisələri ilə ölkəmizin universitetləri arasında səmərəli dialoqun aparıldığını və artıq qarşılıqlı əməkdaşlıq haqqında bir neçə sənədin imzalandığını qeyd edib.             Görüş zamanı çıxış edən Rusiyanın birinci Prezidenti B.N. Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Kokşarov, Rusiya Dövlət Peşə-Pedaqoji Universitetinin rektoru Yevgeniy Dorojkin və Ural Dövlət Rabitə Xətləri Universitetinin nümayəndəsi Çingiz Lətifov təmsil etdikləri ali təhsil müəssisələri barədə geniş məlumat veriblər. Daha sonra müştərək təşəbbüslərin irəli sürülməsi və icra edilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Təhsil naziri Ceyhun Bayramov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, Mərkəz Koreya Respublikasının peşə təhsili modeli əsasında qurulub. Mərkəzdə nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb. Burada təhsil alanlara avtomobilə texniki xidmət göstərməkdən tutmuş İKT-nin yenilikləri əsasında formalaşan modellər öyrədiləcək. Ən müasir maddi-texniki baza ilə təchiz edilən mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur. Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq. Bu ixtisaslar üzrə təhsilini başa vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq. Onlar öz ixtisaslarını praktiki şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər. Səkkiz texniki ixtisasla yanaşı, Mərkəzdə qısamüddətli ixtisasartırma kursları da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq sertifikatlı kurslarda iştirak edə biləcəklər. Bu cür peşə məktəblərinin istifadəyə verilməsi ali məktəblərə qəbul ola bilməyənlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Ali məktəbə qəbul ola bilməyən məzun belə peşə məktəbinə daxil olmaqla peşə vərdişlərinə yiyələnərək gələcəkdə istədiyi sahədə çalışa bilər. Bu cür layihələrin icrası peşə təhsilinin inkişafına töhfə verməklə yanaşı, məşğulluğun artırılmasında da mühüm rol oynayır. Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanıb. Peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir. 2018-ci ildə regionlarda və Bakıda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin bazasında 24 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Qeyd olunan istiqamətdə daha iki mərkəzin yaradılması nəzərdə tutulub. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq publik hüquqi şəxs statusu alıb. Digər Peşə Təhsil mərkəzlərinin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi istiqamətində hazırlıqlar gedir. Bununla yanaşı, “Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf kimi müəyyənləşdirilib. Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulur. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işəgötürənlərlə birgə əməkdaşlıq bu sahənin inkişafı üçün mühüm önəm kəsb edir. Ümumilikdə bu il ərzində peşə təhsili müəssisələrinin 420 nəfərlik mühəndis-pedaqoji heyəti üçün 29 təlim həyata keçirilib. Peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib. Bütün bunlar isə peşə təhsili sahəsinə birbaşa müsbət təsir göstərməklə özünü gələcəkdə müxtəlif sahədə mütəxəssis kimi sınamaq istəyənlərə geniş imkanlar açır.   www.president.az

Müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmənin nəticələri məlum olub

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 2040 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabr ayının 14-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində verilən işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı