• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ağcabədidə yeni məktəb binaları istifadəyə verilib

Sentyabrın 12-də Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd və Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəblərinin yeni binalarının açılış mərasimi keçirilib.

Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkili Tahir Rzayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov, məktəbin pedaqoji kollektivi, şagird və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  yeni məktəb binalarının  açılışı münasibəti ilə təhsil işçilərini, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Təhsilə göstərilən dövlət qayğısından danışan nazir müavini son illər bu sahədə həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan söz açıb. Nazir müavini yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Millət vəkili Tahir Rzayev çıxışında təhsil infrastrukturunun yenilənməsi baxımından görülən işlərdən danışıb.

Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibətilə təbrik edib.

Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin yeni binası 264 şagird yerlikdir. Məktəb 13 sinif  otağı, 3 laboratoriya, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti, idman zalı və əmək hazırlığı kabinetindən ibarətdir.

Daha sonra Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəb 432 şagird yerlikdir. Məktəbdə 17 sinif otağı, 3 laboratoriya, 3 fənn kabineti, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti, idman zalı, yeməkxana, texniki otaq, kompüter və linqafon otağı, həmçinin  məktəbəhazırlıq qrupu üçün otaq yerləşir.

Açılış mərasimlərindən sonra tədbir iştirakçıları yeni tədris ocaqlarında yaradılan şəraitlə tanış olublar.


6 il əvvəl