• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Rəqəmsal gələcəyə addım” adlı respublika müsabiqəsi keçiriləcək

Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün “Rəqəmsal gələcəyə addım” adlı respublika müsabiqəsi təşkil ediləcək.   Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaq, həmçinin, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.   Üç mərhələdən ibarət olacaq müsabiqənin birinci mərhələsi 3 gün ərzində onlayn formatda keçiriləcək və qeydiyyatdan keçmiş bütün şagirdlər "Rəqəmsal bacarıqlar" layihəsinin platformasında tapşırıqları həll edəcəklər. Birinci mərhələnin tapşırıqlarını uğurla bitirən şagirdlər bir gün ərzində onlayn rejimdə keçiriləcək II mərhələyə buraxılacaqlar. Bu mərhələdə şagirdlərin proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını dəyərləndirmək üçün onlara müxtəlif tapşırıqlar veriləcək. Düzgün cavabların sayına və onların həllinə sərf olunan vaxta əsasən ən yüksək nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanacaqlar.   Müsabiqənin final mərhələsinə uğurla keçən şagirdlər komandalara bölünəcək. Finalda onlar əyani formada münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdirəcəklər. Sonda müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq.  

Təhsil nazirinin videoqəbulu keçirilib

Oktyabrın 29-da təhsil naziri Emin Əmrullayev Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.   Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.    Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə nəticələri

Oktyabrın 26-da keçirilən xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.   Müsahibələrdə uğur qazanan namizədlərin şəxsi səhifəsində bu barədə müvafiq məlumatlar qeyd olunub və onlarla 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.   Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda həyata keçirilib.

Təhsil naziri Boğaziçi Universitetinin rektoru ilə görüşüb

Oktyabrın 29-da təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci ilə görüşüb.   Görüş zamanı Boğaziçi Universiteti ilə ölkəmizin ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

200 azərbaycanlı HTP çərçivəsində xaricdə təhsil hüququ qazanıb

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.   HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrin 148-i Macarıstan, 21-i Çin Xalq Respublikası, 10-u Latviya, 15-i Türkiyə Respublikası (YTB xətti ilə doktorantura), 3-ü Rumıniya və 3-ü Rusiya Federasiyası üzrədir. Ümumilikdə, 36 nəfər doktorantura, 143 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.   Tələbələrin qəbul aldığı universitetlər sırasında “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “MGIMO University”, “Riga Technical University” və “İstanbul Üniversitesi” üstünlük təşkil edir.   Qeyd edək ki, HTP çərçivəsində təhsil alacaq təqaüdçülərdən biri dünya universitetlərinin  beynəlxalq reytinq cədvəlində 28-ci sırada olan “Tsingua University” (Çin Xalq Respublikası) ali təhsil müəssisəsinə qəbul olub.   Ümumi statistika ilə keçidə daxil olaraq tanış ola bilərsiniz.   Azərbaycan Respublikasının imzaladığı hökumətlərarası müqavilələrə uyğun olaraq bəzi ölkələr (Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistan, Latviya və s.) hər il Azərbaycan vətəndaşları üçün təqaüd yerləri ayırır. Sözügedən təqaüd proqramlarına dair elanlar müvafiq internet səhifə vasitəsi ilə (http://htp.edu.az/az/index ) mütəmadi olaraq ictimaiyyətə təqdim edilir.

Döyüş iştirakçısı olan məzun və tələbələrin əsərlərindən ibarət sərgi keçirilib

Oktyabrın 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) məzunu, Aprel döyüşlərində şəhid olan Samir Kaçayev və akademiyanın 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarının əsərlərindən ibarət sərgi təşkil edilib.   Sərgi Təhsil Nazirliyinin təşkilatçılığı və ADRA-nın dəstəyi ilə keçirilib.   Sərgidə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, ali məktəblərin prorektorları, akademiyanın, eləcə də digər ali təhsil müəssisələrinin Vətən müharibəsində iştirak etmiş tələbə və məzunları iştirak ediblər.   Sərginin təşkilində məqsəd 44 günlük Vətən müharibəsi, eləcə də Aprel döyüşlərində şəhid olan məzunlarımızın xatirəsinin anılması, müharibədə iştirak edən tələbə və məzunlarımıza diqqət və qayğının ifadəsi olub.     Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Sərgidə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov məlumat verib ki, ADRA-nın “Təsviri sənət” fakültəsinin “Heykəltəraşlıq” kafedrasının məzunu, 2016-ci il aprel döyüşlərində şəhid olmuş, gənc heykəltəraş Samir Kaçayev 22 illik ömründə 30 heykəltəraşlıq işinə imza atıb.   Sərgidə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək bizə bu qələbəni bəxş etdi. Nazir müavini rəşadətli ordumuzun əldə etdiyi şanlı zəfərdə tələbələrin, təhsil işçilərinin böyük rolu olduğuna toxunub. 8 noyabr – Zəfər Günü ilə bağlı ölkə səviyyəsində müxtəlif tədbirlərin təşkil edildiyini qeyd edən Firudin Qurbanov bugünkü sərginin də bu yöndə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.   Tədbirdə ADRA-nın müəllimi, heykəltəraş Zamiq Rzayev, Samir Kaçayevin atası Ziyatin Kaçayev də çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.   Daha sonra şəhid məzun Samir Kaçayevin, eləcə də akademiyanın 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş tələbə və məzunlarının əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Təhsil naziri ABŞ səfiri ilə görüşüb

Oktyabrın 29-da təhsil naziri Emin Əmrullayev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger ilə görüşüb.   Görüş zamanı Təhsil Nazirliyi ilə Amerika Birləşmiş Ştatları arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.

SOCAR və tərəfdaşları SABAH magistrlarının ingilis dili təlimlərini maliyyələşdirəcək

Oktyabrın 28-də SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə “British Council” arasında “SABAH Magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair imzalanma mərasimi keçirilib. Mərasimdə təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, layihəyə qoşulan universitetlərin rektorları iştirak ediblər.  Bildirilib ki, “British Council” tərəfindən həyata keçiriləcək 10 aylıq layihə 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin iyul ayına kimi davam edəcək. Layihə çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin SABAH Magistratura qruplarında təhsil alan 372 tələbə 150 akademik saat müddətində ingilis dili biliklərini inkişaf etdirəcəklər. Layihənin məqsədi Azərbaycanda təhsilin keyfiyyətini davamlı olaraq daha da yüksəltmək, istedadlı magistratura tələbələrinin müasir elmi ədəbiyyata birbaşa çıxışını təmin etməkdir.  SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, gənclərin intellektual potensialının reallaşdırılması istiqamətində fəaliyyətini davamlılıq əsasında quran SOCAR sosial sərmayə fəaliyyətində təhsil və təlim yönümlü layihələrə üstünlük verir. Həmçinin tərəfdaşlarını da bu layihələrə təşviq edir.  Təhsil naziri Emin Əmrullayev SABAH Magistratura proqramının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və ölkəmizdə təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.  Nazir çıxışının sonunda imzalanan layihənin tərəfdaşlarına təşəkkür edib və uğurlar arzulayıb.  Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qeyd edib ki, Azərbaycan və Britaniya arasında təhsil sahəsində uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələri var. Ceyms Şarp yeni layihənin SABAH Magistratura Qrupu tələbələrinin təhsilinə lazımi dəstəyi göstərəcəyinə inamını ifadə edib.   

Belçikada 2022-2023-cü tədris ilində magistratura təhsili

Belçikanın “College of Europe” ali təhsil müəssisəsi 2022-2023-cü tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir. Proqram Avropa Qonşuluq Siyasəti ölkələri vətəndaşları üçün "Dövlət İdarəçiliyi və Siyasəti, Beynəlxalq münasibətlər və Diplomatiya, Avropa İqtisadi Tədqiqatları, Avropa Hüququ" kimi ixtisaslar üzrə magistratura səviyyəsində təqaüdlü təhsil təklif edir.   Təqaüd proqramına son müraciət tarixi 19 yanvar 2022-ci ildir.   Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Defektoloq vəzifəsi üzrə müsahibə mərhələsi keçirilib

Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün namizəd seçilməsi məqsədi ilə müsahibə mərhələsi keçirilib. Müsahibələrdə 33 nəfər namizəd iştirak edib.   Müsahibə nəticələri ilə bağlı məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.   Qeyd edək ki, oktyabrın 21-də defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçimi həyata keçirilib və seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı, faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük verilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı