• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müddətli müqavilə üzrə nəticələr açıqlanıb

Sentyabrın 30-da 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə üçüncü turun nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 547 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər oktyabrın 2-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti üzrə təqdim etməlidirlər. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş müəllimlər müvafiq sənədlərini aidiyyəti ümumi təhsil müəssisəsinə, digər vakansiyalara yerləşən şəxslər isə aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Daha sonra namizədlər şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamalıdırlar. Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti müəssisə tərəfindən təsdiq olunmuş şəxslərin işə qəbulu rəsmiləşdiriləcək.  

Müddətli müqavilə ilə işə qəbul üzrə III tura qeydiyyat yekunlaşıb

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb. Prosesdə 4 113 nəfər iştirak edib, onlardan 4 023 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib. Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib. Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

III tura qeydiyyat başlayıb

Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilib. Namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər. Prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak edə bilər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.  

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Sentyabrın 27-də Təhsil naziri Ceyhun Bayramov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşdə Təhsil naziri Ceyhun Bayramov son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı davamlı tədbirlərə diqqət çəkən Təhsil naziri deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib. Müəllim peşəsinə marağın artdığını qeyd edən Ceyhun Bayramovun sözlərinə görə, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Müəllimlərin işə qəbulu üzrə əldə olunan nailiyyətlərə toxunan Təhsil naziri qeyd edib ki, cari ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub. Təhsili naziri deyib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. Nazir bildirib ki, cari ildə 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib. Müəllimlərin mühüm peşə keyfiyyətlərindən danışan Təhsil naziri Ceyhun Bayramov çıxışının sonunda onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Bizim müəllim”

Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin  media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə coğrafiya fənnini tədris edən Osman Osmanova həsr olunur.  2004-cü ildən bu məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan Osman Osmanov deyir ki, yaxşı müəllim olmaq üçün ilk növbədə şagirdlərin sevgisini qazanmaq lazımdır. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 54 bal toplayıb. Osman müəllimin şagirdlərindən biri 2018-ci ildə coğrafiya fənni üzrə respublika fənn olimpiadasında qızıl medal qazanıb. Bir neçə şagirdi isə olimpiadanın final turunun iştirakçısı olub. 15 ildir pedaqoji fəaliyyət göstərən Osman Osmanov 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edib

Sentyabrın 27-də Təhsil naziri Ceyhun Bayramov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının təmiri, iş yerinin daimiləşdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun III turu

Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilir. Namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər. Prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak edə bilər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.  

STEAM təhsil metodu

Hansı məktəblərdə STEAM layihəsinin tədrisinə başlanılıb? STEAM təhsil metodu nəyə nail olmağa imkan yaradacaq? “Təhsil” televiziyasının “Təməl” verilişində STEAM mövzusu müzakirə olunur. Verilişin qonağı Təhsil İnstitutunun aparıcı elmi işçisi İqrar Nəzərovdur.  

Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları

2019-2020-ci tədris ilində keçiriləcək məktəblər arasında respublika çempionatına hazırlıqla bağlı müəyyən edilmiş zonalar üzrə seminarlar təşkil edilib. Tərəfdaş təşkilatların nümayəndələri tərəfindən Gəncə və Qubada keçirilən seminarlarda müvafiq zonalar üzrə respublikanın 28 rayon (şəhər) təhsil şöbələrinin fiziki tərbiyə metodistləri, rayon (şəhər) gənclər və idman idarələrinin, uşaq-gənclər idman-şahmat məktəblərinin rəhbərləri və ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri iştirak ediblər. Seminarlarda iştirakçılara çempionatın mərhələlər üzrə yüksək səviyyədə təşkili, müvafiq sənədləşmə işlərinin aparlması ilə əlaqədar tövsiyələr verilib, idman növləri üzrə keçiriləcək yarışların qaydalarını əks etdirən  vəsaitlər paylanılıb. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 2018-2019-cu tədris ilindən Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur. Çempionatın keçirilməsində məqsəd bütün yaş qrupları üzrə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılmasıdır. Ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensial və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması da çempionatın məqsədləri sırasına daxildir.

Şamaxıda “Kod saatı” keçiriləcək

Sentyabrın 28-də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın ikinci mərhələsi keçiriləcək. “Kod saatı” təşəbbüsünün ikinci mərhələsi Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə baş tutacaq. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat veriləcək. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. Tədbirdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. “Kod saatı” hərəkatında iştirak ödənişsizdir. Qeyd edək ki, "Kod saatı"nın birinci mərhələsi 453 məktəblinin iştirakı ilə Sumqayıt şəhərində keçirilib. “Kod saatı”nın növbəti mərhələsinin oktyabrın 5-də Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçirilməsi planlaşdırılır. "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək, insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir. "Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı