• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Bizim müəllim”

Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin  media təqdimatını davam etdirir.

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə coğrafiya fənnini tədris edən Osman Osmanova həsr olunur.  2004-cü ildən bu məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan Osman Osmanov deyir ki, yaxşı müəllim olmaq üçün ilk növbədə şagirdlərin sevgisini qazanmaq lazımdır. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 54 bal toplayıb.

Osman müəllimin şagirdlərindən biri 2018-ci ildə coğrafiya fənni üzrə respublika fənn olimpiadasında qızıl medal qazanıb. Bir neçə şagirdi isə olimpiadanın final turunun iştirakçısı olub.

15 ildir pedaqoji fəaliyyət göstərən Osman Osmanov 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.


6 il əvvəl