• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ağdam Musiqi Kollecində görüş

Noyabrın 7-də Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi Kollecinin müəllim kollektivi ilə görüşüb. Təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrün müəllimlərindən tələb olunan əsas keyfiyyətlərdən danışıb. Nazir müavini deyib ki, hər bir müəllim nümunə olmalı, öz məsuliyyətini dərk etməlidir. Firudin Qurbanov bildirib ki, müəllim öyrənməyi öyrətməli, xarici dil biliklərinə yiyələnməli,  müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Nazir müavininin sözlərinə görə, təhsilalanların mütaliə bacarığının formalaşmasında müəllim xüsusi rol oynayır. Gəncləri elə formalaşdırmaq lazımdır ki, onlar ölkəmizin gələcək inkişafını təmin edə bilsinlər. Tədbirdə Firudin Qurbanov Ağdam Musiqi Kollecinin fəaliyyətinə toxunub, təhsil müəssisəsinin mədəniyyətin aşılanmasında rolunu qeyd edib. Sonda nazir müavini müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Ağdamda “Bayraq yürüşü”ndən fotolar

.

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, "BİR" tələbə-könüllülər, KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunan nazir müavini, həmçinin varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal altında olan ərazilərdə də dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib. Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb, "Bayraq yürüşü"nün birliyimizin göstəricisi olduğunu deyib. Millət vəkili Aydın Mirzəzadə isə öz növbəsində qeyd edib ki, bu yürüş ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin dəstəkləndiyini, xalqımızın milli dəyərlərimizə bağlılığını göstərir. Birlik komandirinin müavini, polkovnik-leytenant Babək Səmidli də çıxışında Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərdə də dalğalandırmağa hər an hazır olduqlarını bildirib. Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərlik ruhunda mahnı və rəqslər ifa olunub.  Yürüşdən sonra  “N” saylı hərbi hissədə əsgərlərlə birgə nahar edilib.

Təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb

Noyabrın 7-də Təhsil naziri Ceyhun Bayramov Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında və Çilinin paytaxtı Santyaqo şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclərin XI Dünya çempionatında uğurlu nəticə göstərən idmançılar və onların məşqçiləri ilə görüşüb. Ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən danışan Ceyhun Bayramov şahmat üzrə Avropa çempionatında Ermənistan yığmasını məğlub edərək Azərbaycana bürünc medal qazandıran qadınlardan ibarət milli yığmanın üzvləri Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Türkan Məmmədyarovanı, karate üzrə dünya çempionatının gümüş medalçısı Hüseyn Məmmədli və bürünc medalçısı Hüseyn Hüseynzadəni təbrik edib. Təhsil naziri  Ceyhun Bayramov idmançıların əldə etdiyi bu uğurların davamlı olacağına əminliyini bildirib. Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib. Sonda xatirə fotosu çəkilib.

Ağdamda yeni məktəb binasının açılışı olub

Noyabrın 7-də Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbin yeni binasının açılış mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif  Həsənov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.   Mərasimdən əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq  xatirəsini ehtiramla yad  ediblər.  Açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov  9 Noyabr- Dövlət Bayrağı Günü ərəfəsində  Ağdamda I Yüzbaşılı kənd tam orta məktəbinin  yenidənqurmadan sonra istifadəyə verilməsinin sevindirici hal olduğunu deyib.  Firudin Qurbanov qeyd edib ki, cəbhə zonasında belə bir məktəbin istifadəyə verilməsi çox böyük əhəmiyyətə malikdir. Nazir müavini diqqətə çatdırıb ki, ölkə başçısı tərəfindən qarşımıza qoyulan əsas vəzifə yüksək istedad və qabiliyyətə, eləcə də milli-mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.  Ağdam Rayon İcra  Hakimiyyətinin başçısı Vaqif  Həsənov yeni məktəb binasının  istifadəyə verilməsi münasibətilə  məktəbin kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü deyib. Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsi 1991-ci ildən fəaliyyətə başlayıb.  Məktəb binası ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Təhsil müəssisəsində 13  məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir.                 Sonra  Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib. Firudin Qurbanov onlarla  səmimi söhbət aparıb. Nazir müavini məktəbdə yaradılmış şəraitlə tanış olub.  Bildirilib ki, ümumi təhsil müəssisəsi 1990-cı ilin sentyabrında istifadəyə verilib və məktəbin məzunu olmuş şəhid Müşviq Hüseynovun adını daşıyır. 2013-cü ildə məktəb əsaslı təmir edilib. Tədris binasında 18 sinif otağı, idman, akt zalları, fənn laboratoriyaları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar var. Məktəbdə 287 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 14 nəfərdən 13-ü tələbə adını qazanıb. Daha sonra məktəbə Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.  

Dövlət Bayrağı Günü münasibətilə yürüş

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirir. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edirlər.

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə BŞTİ və YUNİSEF-in nümayəndələri, məktəb rəhbərliyi, psixoloq və şagirdlər iştirak ediblər. Paytaxtdakı 210 nömrəli tam orta məktəbdə təşkil olunan görüşün əsas məqsədi  ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Təhsil Nazirliyi və YUNİSEF-in birgə əməkdaşlığı çərçivəsində keçirilən görüşdə ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilib.  Məktəblərdə sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.  

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə elektron qeydiyyat prosesi davam edir. Bu günədək 78 şagird müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçib. Müsabiqədə iştirak etmək istəyən şagirdlər dekabrın 21-dək  www.sabahinalimleri.edu.az  internet səhifəsində onlayn qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqə 11-13 fevral 2020-ci il tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək. Müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək də məqsədlər sırasındadır.

Çin Xalq Respublikası təqaüd proqramı elan edir

Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edir. “Çinin mükəmməl gəncliyi sxemi-magistratura proqramı üzrə Çin Hökümətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login  elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.

Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir

Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Maqistratura (İnternetional Master of Public Health) proqramına qəbul elan edir.  “Çinin mükəmməl Gəncliyi Sxemi-Maqistratura Proqramı üzrə Çin Hökümətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login  elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı