• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ağdamda yeni məktəb binasının açılışı olub

Noyabrın 7-də Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbin yeni binasının açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif  Həsənov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Mərasimdən əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq  xatirəsini ehtiramla yad  ediblər. 

Açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov  9 Noyabr- Dövlət Bayrağı Günü ərəfəsində  Ağdamda I Yüzbaşılı kənd tam orta məktəbinin  yenidənqurmadan sonra istifadəyə verilməsinin sevindirici hal olduğunu deyib.  Firudin Qurbanov qeyd edib ki, cəbhə zonasında belə bir məktəbin istifadəyə verilməsi çox böyük əhəmiyyətə malikdir. Nazir müavini diqqətə çatdırıb ki, ölkə başçısı tərəfindən qarşımıza qoyulan əsas vəzifə yüksək istedad və qabiliyyətə, eləcə də milli-mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir. 

Ağdam Rayon İcra  Hakimiyyətinin başçısı Vaqif  Həsənov yeni məktəb binasının  istifadəyə verilməsi münasibətilə  məktəbin kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü deyib.

Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsi 1991-ci ildən fəaliyyətə başlayıb.  Məktəb binası ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Təhsil müəssisəsində 13  məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir. 

               Sonra  Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib. Firudin Qurbanov onlarla  səmimi söhbət aparıb. Nazir müavini məktəbdə yaradılmış şəraitlə tanış olub.  Bildirilib ki, ümumi təhsil müəssisəsi 1990-cı ilin sentyabrında istifadəyə verilib və məktəbin məzunu olmuş şəhid Müşviq Hüseynovun adını daşıyır. 2013-cü ildə məktəb əsaslı təmir edilib. Tədris binasında 18 sinif otağı, idman, akt zalları, fənn laboratoriyaları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar var. Məktəbdə 287 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 14 nəfərdən 13-ü tələbə adını qazanıb.

Daha sonra məktəbə Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.

 


6 il əvvəl