• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblilərimiz tarixi uğura imza atıblar

2-11 dekabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında təbiət elmləri fənni üzrə dünya olimpiadası keçirilib. Olimpiadaya qatılan məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. Belə ki, Azərbaycan komandasının tərkibinə daxil olan 6 iştirakçıdan 4-ü gümüş, 2-si isə bürünc medal əldə edib . 

Video dərslər- təhsilin əlçatanlığı

Təhsil Nazirliyinin video.edu.az  portalına 1280-dən çox video dərslər yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı  artırılmaqdadır. Portalda  3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli video dərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır. Qeyd edək ki, portal müəyyən mövzunun izahında iştirak edə bilməyən və yaxud mövzunu daha yaxşı mənimsəmək istəyən şagirdlər, həmçinin təcrübəli həmkarlarının dərslərini izləmək istəyən müəllimlər üçün geniş imkanlar təqdim edir. Eyni zamanda portal valideynlərin övladlarının təhsillərində iştirak etməsinə dəstək vermiş olur. 

Biləsuvar və Masallı rayonlarına mediatur keçirilir

Dekabrın 11-də Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edilib.  Mediaturun məqsədi sözügedən bölgələrin ümumtəhsil məktəblərində təşkil olunmuş istedadlı uşaqlar üçün xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqdır.   Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak edirlər. Mediatur iştirakçıları əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbdə olublar. Bildirilib ki, 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb.  Hazırda respublika üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir. Daha sonra mediatur iştirakçıları məktəbdə fəaliyyət göstərən VII sinif üzrə riyaziyyat-informatika və  VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar.  Qeyd olunub ki, bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığını təmin etməkdir. Həmin siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər (rayon) üzrə müvafiq fənndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir. Mediatur Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərdə yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqla davam edir.

Beynəlxalq konfrans iştirakçıları məktəbdə

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə “Ey Nəsimi, cahanı tutdu sözün…” mövzusunda beynəlxalq elmi-praktik konfransın bədii hissəsi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Türkiyə, Özbəkistan, Qırğızıstandan olan araşdırmaçı alimlər, BŞTİ-nin nümayəndələri, ziyalılar, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Prezident İlham Əliyevin milli mədəniyyətimizə, xalqımızın tarixi dəyərlərinə göstərdiyi böyük diqqətin təzahürü olduğunu vurğulayıb. Nazir müavini çıxışında ölkə Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Nəsimi şəxsiyyətinə, yaradıcılığına xüsusi ehtiram göstərildiyini qeyd edib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edildiyini və böyük mütəfəkkirin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə mühüm təsir göstərdiyini vurğulayıb. Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan araşdırmaçı alimlər İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilən tədbirlərin ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini bildiriblər. Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin çox xoş olduğunu söyləyən qonaqlar bütün bunların gələcəyimiz olan uşaqların düzgün istiqamətdə inkişaf etdiyini deməyə əsas verdiyini söyləyiblər. Konfransda şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin həyat və fəaliyyətindən bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

XII Beynəlxalq  "Future Stars" klassik musiqi festivalının açılışına həsr olunmuş konsert 

Dekabrın 10-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında XII Beynəlxalq "Future Stars" klassik musiqi festivalının açılışına həsr olunmuş konsert keçirilib.  Konsertdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kollektivi iştirak edib.  Tədbirdə həmçinin Uşaq Dövlət Filarmoniyasının Gənclər Simfonik orkestri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin "Tutti" kamera orkestri də iştirak edib. Orkestrlərin ifasında müxtəlif əsərlər ifa olunub.  Tədbir geniş konsert proqramı ilə davam etdirilib.

Gimnastika Məktəbi yetirmələrinin uğuru

Yaponiyanın paytaxtı Tokioda Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışları keçirilib. Azərbaycanı təmsil edən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri bu yarışa uğurla qatılıblar. Belə ki, onlar tamblinq və batut gimnastikası  üzrə milli yığma komandanın heyətində yüksək nəticə əldə ediblər. Yığma komandanın tərkibində Aleksey Karataşov 11-12 yaş oğlanlar arasında tamblinq üzrə yarışlarında qızıl, Hüseyn Abbasov və Maqsud Maqsudov 11-12 yaş oğlanlar arasında batut gimnastikası üzrə sinxron çıxışlarda gümüş,  Maqsud Mahsudov eyni zamanda fərdi çıxışlarda qızıl medala layiq görülüb.

Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Xızı, Qubadlı rayon və Sumqayıt şəhər sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 20 dekabr 2019-cu il tarixində saat 10:00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək. Qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 11-17 dekabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Dekabrın 10-da Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə giriş nitqi ilə çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli  insan anatomiyası və tibbi terminologiya kafedrasının yaranma tarixi, keçdiyi yol və fəaliyyət istiqamətləri barədə danışıb. Gəray Gəraybəyli deyib ki, 1919-cu il fevralın 18-də fəaliyyətə başlayan kafedrada bu müddət ərzində 85 mindən çox tibbi kadr və səhiyyə işçisi təhsil alıb. Konfransda iştirak edən Təhsil naziri Ceyhun Bayramov kafedranın tarixi ilə bağlı mühüm məqamlardan söz açıb, burada dərs deyən ziyalılar barədə məlumatı və onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işləri diqqətə çatdırıb. Ceyhun Bayramov deyib ki, Bakı Dövlət Universitetinin ilk yeddi rektorundan altısı ixtisasca həkim olub. Nazir kafedranın inkişafında Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Məmmədəmin Əfəndiyev, İvan Şirokoqorov, Kamil Balakişiyev və digər məşhur Azərbaycan alimlərinin böyük xidmətlərinin olduğunu xüsusi qeyd edib. Səhiyyə nazirinin müavini Elsevər Ağayev də öz növbəsində son vaxtlar səhiyyə sisteminin, o cümlədən patoloji anatomiya və insan anatomiyası üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurlar qazanıldığını söyləyib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, 1990-1995-ci illərdə insan anatomiyası və tibbi terminologiya kafedrasına rəhbərlik etmiş əməkdar elm xadimi Rafiq Əsgərov, ATU-nun insan anatomiyası kafedrasının rəhbəri, əməkdar elm xadimi Vaqif Şadlinski bir əsrlik yaşı olan insan anatomiyası və tibbi terminologiya kafedrasının milli kadrların hazırlanmasındakı xidmətlərindən danışıblar. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində 2018-2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. 2004-2005-ci tədris ilindən başlayaraq insan anatomiyası fənni xarici tələbələr üçün ingilis dilində tədris olunmağa başlanıb. Konfransda Türkiyə, Gürcüstan və Başqırdıstan tibb təhsili müəssisələrinin anatomiya kafedrasının rəhbərləri çıxış edərək ATU-nun sözügedən kafedrası ilə bağlı xatirələrini bölüşüb, kollektivi yubiley münasibətilə təbrik ediblər. Konfrans öz işini plenar sessiyalarla davam etdirib, ayrı-ayrı mövzularda məruzələr dinlənilib.           

Azərbaycan tələbə-könüllülərinin Forumu

Dekabrın 10-da Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib. Tədbirdən əvvəl Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir. Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Forumda açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev könüllülük fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki,  rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tələbələri də könüllülük proqramının üzvüdürlər.  Rektor deyib ki, könüllülər arasında formalaşmış münasibət ancaq uğurlu gələcəyə istiqamətlənib. Daha sonra Forum iştirakçılarını salamlayan Təhsil naziri Ceyhun Bayramov ümummilli lider  Heydər Əliyev tərəfindən hər zaman ölkədə gənclər siyasətinə xüsusi diqqət yetirildiyini, tarixi qərarlar qəbul edildiyini diqqətə çatdırıb. Nazir hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Ceyhun Bayramov daha sonra könüllülük fəaliyyətinin yaratdığı təcrübə və imkanlardan söz açıb. Təhsil naziri bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb. Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. Nazirin sözlərinə görə, “Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirində gənclərlə bağlı söylədiyi fikirlərə xüsusi diqqət çəkib və bildirib ki, hər bir gənc vətənpərvərlik dəyərlərinə önəm verməli, rəqabətqabiliyyətli peşəyə yiyələnməyi özünə əsas prioritet olaraq müəyyənləşdirməlidir.  Təhsil naziri çıxışının sonunda tələbə-könüllülərə uğurlar arzulayıb. BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti  də öz növbəsində tədbirdə iştirakına görə məmnunluğunu ifadə edib, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib. “Bir” Tələbə-Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb. Tədbir çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub, həmçinin ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər. Tədbir könüllülərin himninin ifası ilə başa çatıb.  Forum Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib. Qeyd edək ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

Rusiyanın Moskva şəhərində uşaq və gənclərin “İstoki” adlı IX Beynəlxalq festival-müsabiqəsi keçirilib. Rus mədəniyyəti festivalının keçirilməsində məqsəd vokal janrı üzrə istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onlar arasında beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi, təcrübə mübadiləsinin yaradılmasından ibarətdir. 15 ölkədən uşaq və gənclərın qatıldığı beynəlxalq müsabiqədə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də uğurla iştirak ediblər. Mərkəzin “Vokal” studiyasının  üzvü Murad Musa festivalın I dərəcəli diplomuna layiq görülərək Bolqarıstana, Anastasiya və Darya Kşnyakinalar isə Qırğızıstanda keçiriləcək vokal müsabiqəsinə dəvət olunublar. Həmçinin,  Təhsil naziri Ceyhun Bayramov və nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov festivalın Təşkilat Komitəsi tərəfindən  “Təşəkkürnamə” ilə təltif olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı