• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Gənc müəllimlər arasında futzal yarışın final mərhələsi

"Gənc müəllimlərə çağırış: sağlam bədəndə sağlam ruh!” - gənc müəllimlər arasında futzal yarışı” layihəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib. 

 

Bağlanış mərasimi “Mars Overseas Baku LTD” MMM-in ( Pepsi Azerbaijan ) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. 

 

Birlik (Saatlı) - Pepsi (Bakı) komandaları arasında keçirilən yarış Birlik (Saatlı) komandasının  7 - 2 qələbəsi ilə yekunlaşıb. 

 

Bağlanış mərasimində layihənin rəhbəri Hüseyn Hüseynov çıxış edərək layihənin keçirilmə məqsədindən danışıb və iştirak edən bütün komandalara uğurlar arzulayıb. Bildirilib ki, layihə çərçivəsində ölkənin 20 şəhər və rayonunda çalışan gənc müəllimlərdən ibarət 16 komandanın 140 üzvü iştirak edib. 

 

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, “Mars Overseas Baku LTD” MMM-dən Cavid Dadaşov çıxış edərək öz təəssüratlarını bölüşüblər. 


Layihədə iştirak edən komandalar müxtəlif nominasiyalar üzrə diplomlar və hədiyyələrlə təltif olunublar. 

 


3 il əvvəl