• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Novruz mühazirələri”nə başlanılır

Martın 3-də Təhsil Nazirliyi ilk “Novruz mühazirəsi”ni keçirəcək. Azərbaycan-Fransız (UFAZ) Universitetində baş tutacaq ilk mühazirədə professor Rafiq Əliyev “Qeyri-səlis məntiqlə yeni sivilizasiyalara doğru” mövzusunda çıxış edəcək.  Mühazirədə iştirak etmək istəyən şəxslər novruzmuhazireleri@edu.gov.az elektron poçtuna müraciət ünvanlaya bilərlər. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

Müəllim olmaq istəyənlərin nəzərinə

2020-2021-ci tədris ili üzrə müəllim olmaq istəyən namizədlər üçün qiymətləndirmə çərçivəsi  hazırlanıb.  Qiymətləndirmə çərçivəsinə namizədlərin hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirən səriştələrin siyahısı, istifadə olunacaq tapşırıqların məzmun sahəsi, eləcə də çətinlik dərəcəsini müəyyənləşdirən qiymətləndirmə cədvəli daxildir.  Bu çərçivənin hazırlanması hər bir fənn üzrə təklif ediləcək qiymətləndirmə vasitələrinin xüsusiyyətləri ilə tanışlıq məqsədi daşıyır. Həmin sənədlər müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi rolunu oynayacaq.    Alman dili Azərbaycan dili Azərbaycan dili və ədəbiyyatı Biologiya Fizika Fiziki tərbiyə Fransız dili İbtidai sinif İnformatika İngilis dili Kimya Rus dili və ədəbiyyatı Coğrafiya Fransız dili Metodika Musiqi Riyaziyyat Rus dili (Xarici dil) Tarix Təsviri incəsənət Texnologiya

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir. Layihə təklifləri martın 2-dən 31-dək qəbul ediləcək. Hər iki kateqoriya üzrə layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az portalında qeydiyyatdan keçərək müvafiq sənədləri sistemə yükləməlidirlər. Layihə təkliflərinin məbləğləri “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə  sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.   Müsabiqə 9 mövzu -  ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması; şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması; ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi; ümumi təhsil müəssisələrində inklüziya  mədəniyyətinin  formalaşdırılması; təhsildə texnoloji yeniliklərin tətbiqi; təhsildə valideynlərin rolunun artırılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi üzrə keçirilir. Qeyd edək ki, bu müsabiqə 2017-ci ildən keçirilir.  

Müəllim olmaq istəyənlərin nəzərinə

2020-2021-ci tədris ili üzrə müəllim olmaq istəyən namizədlər üçün qiymətləndirmə çərçivəsi  hazırlanıb.  Qiymətləndirmə çərçivəsinə namizədlərin hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirən səriştələrin siyahısı, istifadə olunacaq tapşırıqların məzmun sahəsi, eləcə də çətinlik dərəcəsini müəyyənləşdirən qiymətləndirmə cədvəli daxildir.  Bu çərçivənin hazırlanması hər bir fənn üzrə təklif ediləcək qiymətləndirmə vasitələrinin xüsusiyyətləri ilə tanışlıq məqsədi daşıyır. Həmin sənədlər müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi rolunu oynayacaq.    Alman dili Azərbaycan dili Azərbaycan dili və ədəbiyyatı Biologiya Fizika Fiziki tərbiyə Fransız dili İbtidai sinif İnformatika İngilis dili Kimya Rus dili və ədəbiyyatı Coğrafiya Fransız dili Metodika Musiqi Riyaziyyat Rus dili (Xarici dil) Tarix Təsviri incəsənət Texnologiya

Təhsil naziri Baronessa Emma Nikolson ilə görüşüb

Fevralın 27-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsilin müxtəlif sahələri üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Salyanda regional müşavirə

Fevralın 27-də Salyan rayonunda regional müşavirə keçirilib. Müşavirə “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə  əlaqədar təşkil edilib. Müşavirədə Təhsil, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nümayəndələri, həmçinin Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Cəbrayıl, Şirvan və Hacıqabul bölgələrini əhatə edən təhsil müəssisələrinin rəhbərləri, kollec, peşə və internat müəssisələrinin direktorları, eləcə də  həmin bölgələrdə çalışan gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərləri iştirak ediblər. Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan müşavirənin əsas məqsədi qeyd olunan məsələ ilə əlaqədar yerli təhsili idarəetmə orqanlarında çalışan rəhbər və digər aidiyyəti işçilərlə müvafiq maarifləndirmə işinin aparılmasıdır.  Təhsil Nazirliyinin Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən, həmçinin bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib. ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsi, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması, dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb. Müşavirə zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Rafiq Zeynalov çıxış edərək əleyhqazlardan istifadə qaydası, baş verə biləcək fövqəladə hallar zamanı təxliyə işinin doğru tənzimlənməsinin vacibliyindən danışıb. Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib. Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən GÇH fənninin məktəblilərin ordu həyatı ilə tanış olmalarına, hərbi Nizamnamə və  Qaydaların mənimsədilməsinə də xidmət etdiyini qeyd edib. Müşavirədə maarifləndirmə tədbirlənin təşkilinin xüsusi əhəmiyyəti vurğulanıb, məktəblilərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyi qeyd edilib. Həmçinin  “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb. Görüş müzakirələrlə başa çatdırılıb.

Tələbələrin köçürülməsinin nəticələri məlum olub - video

 

Müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlərin nəzərinə

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilir. Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 2-6 mart tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.

Tələbələrin köçürülməsinin nəticələri

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Transfer.edu.az portalı vasitəsilə  köçürülmək üçün ümumilikdə 3083 nəfər müraciət edib. Onlardan 2266 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2668 nəfərdən 1915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1858-ni bakalavriat, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir. Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351 nəfərin müraciəti müsbət cavablandırılıb. Qeyd edək ki,  2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə 8 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.

Güllə atıcılığı üzrə birincilik

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında güllə atıcılığı üzrə birincilik keçirilib. Birinciliyin keçirilməsində məqsəd Xocalı soyqırımı haqqında məktəbli idmançıları məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, dostluq və idman əlaqələrini möhkəmləndirmək, güllə atıcılığı idman növünün məktəblilər arasında təbliğindən ibarət olub. Tədbirin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, Xocalıda törədilən qırğının acı nəticələri barədə danışılıb, daha sonra birinciliyin yarışları keçirilib. Yarışlarda Bakı şəhəri Xətai rayonunda fəaliyyət göstərən 34 ümumi təhsil müəssisəsindən 100-ə yaxın məktəbli mübarizə aparıb. 2006-2007-ci təvəllüdlü şagirdlərin iştirakı ilə keçirilən birincilikdə komanda hesabında I yerə 265, II yerə 63, III yerə 17 nömrəli tam orta məktəblərin komandaları, şəxsi göstəricilərinə görə I yerə 265 nömrəli tam orta məktəbin şagirdi Nərmin Abdullazadə, II yerə 260 nömrəli tam orta məktəbin şagirdi Əkbər Tağıyev, III yerə Heydər Əliyev adına liseyin şagirdi Kamran Məmmədzadə layiq görülüb. Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.  Qeyd edək ki, Təhsil Nazirliyi sistemində güllə atıcılığı idman növü üzrə bölmənin faəliyyəti cari tədris ilindən “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbində təşkil edilib. Sözügedən yarış güllə atıcılığı idman növü üzrə məktəblilər arasında keçirilən ilk yarışdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı