• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır. Elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.  

Teledərslərin yayımı müvəqqəti dayandırılır

Novruz bayramı ilə əlaqədar “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı martın 20-dən 24-nə kimi müvəqqəti dayandırılır. Martın 24-də həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından ( https://video.edu.az/)  izləmək imkanı əldə edə bilərlər.  

“Dərs vaxtı”nın 19 mart cədvəli

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 19-u üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir.  “Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır: · Video bağlantı vasitəsilə məsafədən təhsil vermə; · Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə; · Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi; · Böyük həcmli materialların yerləşdirilməsi; · Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması; · Qiymətləndirmənin aparılması alətlərində istifadə; · Qrup işinin təşkili.    “Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir. Məlumat üçün bildiririk ki, hazırda ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  və s.)  təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Eyni zamanda qeyd edək ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.

"Dərs vaxtı" verilişinin növbəti canlı müzakirəsi

 

Azərbaycan “WorldSkills Asia” təşkilatına üzv qəbul edilib

Azərbaycanın peşə təhsilli kadrların olimpiadası kimi tanınan “WorldSkills Asia” təşkilatına üzv seçilib.  Sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur. “WorldSkills Asia” müsabiqəsi, həmçinin peşə təhsilli kadrların olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib  texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir. İki ildən bir keçirilən yarışlarda ölkəmizin bir neçə ixtisas üzrə cari ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək “WorldSkills Asia” yarışmasına qatılması planlaşdırılır.

"Dərs vaxtı"nın canlı müzakirəsi

"Dərs vaxtı" verilişinin növbəti canlı müzakirəsi martın 18-i saat 13:10-dan 15:10-a kimi efirdə olacaq. "Mədəniyyət" kanalında yayımlanan canlı müzakirə zamanı yuxarı sinif şagirdləri üçün riyaziyyat və kimya fənlərindən sualların cavablarına aydınlıq gətiriləcək. Təhsil Nazirliyi "Dərs vaxtı"nı izləməyi tövsiyə edir.  

“Dərs vaxtı”nın 18 mart cədvəli

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 18-i üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Hazırda ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi üçün Təhsil Nazirliyinin tədris resurslarını bir daha diqqətinizə çatdırırıq: "Dərs vaxtı" -  “Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir,  dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.  “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı  "Facebook" səhifəsindən də izləmək imkanı əldə edə bilərlər. video.edu.az - portala 1651 videodərs yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı  artırılmaqdadır.  Portalda  3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır. www.e-derslik.edu.az - portalda 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.     

Kanadada 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı

Kanada Hökuməti Qlobal Məsələlər Departamenti 2020-2021-ci il tədris ili üçün təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan edilən proqram çərçivəsində tədris bir ya iki illik nəzərdə tutulur. Təqaüd proqramına iddiaçılar üçün son müraciət tarixi 31 mart 2020-ci ildir. Təqaüd proqramı ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı