• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 24 mart cədvəli

Martın 24-də “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək. “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/)  izləmək imkanı əldə edə bilərlər.  

Biz birlikdə güclüyük!

 

"Dərs vaxtı"nın 24 mart cədvəli

Martın 24-də “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək. “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/)  izləmək imkanı əldə edə bilərlər.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın MƏLUMATI

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tədris prosesinin dayandırıldığı müddət ərzində Təhsil Nazirliyinin təhsilalanlara təhsil proqramlarının təmin edilməsi məqsədilə təklif etdiyi “Microsoft Teams” platformasına qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin edib. Qeyd edək ki, “Microsoft Teams” platforması vasitəsilə təhsil müəssisələri üçün videobağlantı qurmaqla tədris, müzakirələri təşkil etmək üçün interaktiv alətlərdən istifadə, mühazirə və digər dərs materiallarının ötürülməsi, istənilən ölçüdə materialların yerləşdirilməsi, qrup işinin aparılması kimi imkanlar yaradılıb. Bununla yanaşı, Mərkəz Azərbaycan ərazisində koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müvafiq videodərslərin hazırlanmasını davam etdirir. Mərkəz tərəfindən hazırlanmış videodərslər Mərkəzin “Youtube” kanalında (https://www.youtube.com/channel/UCQ7S5s9qCKp0vW1WdVu_ing), Facebook səhifəsi (https://www.facebook.com/bakustateindustryinnovation) və Təhsil Nazirliyinin videoresurslar portalında (https://video.edu.az/vocational-school)  yerləşdirilir. Qeyd edək ki, videodərslər Mərkəzin mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun olaraq tərtib olunur. Dərslər Mərkəzdə tədris olunan 8 ixtisas istiqamətləri üzrə mövzuları əhatə edir, müxtəlif cihaz və avadanlıqların iş prinsipləri və təlimatları əks etdirir. Videodərslərdən peşə təhsil müəssisələrində təhsil alan tələbələr, texniki sahənin müəyyən istiqamətlərində bacarıq və vərdişlərini artıqmaq istəyən şəxslər, müəllimlər metodik material kimi istifadə edə bilərlər.

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

Təhsil Nazirliyi və “Microsoft” şirkətinin əməkdaşlığı nəticəsində şagirdlər üçün “Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı yaradılıb. “Minecraft Education Edition” təhsil üçün istifadə olunan və elm, texnologiya, mühəndislik, riyazi biliklərə əsaslanan oyundur. Bu resurs oynayarkən uşaqlarda alqoritmik düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırır. Şagirdlər oyun zamanı müstəqil olaraq müxtəlif problemlərin həlli üçün strategiyalar hazırlamalı olurlar ki, bu da öz növbəsində onlarda qərarları üzərində düşünməyi və düzgün seçimlər etməyi öyrədir. Şagirdlər platforma vasitəsi ilə müxtəlif fənlər üzrə öz oyunlarını yaradır, yaratdıqları oyunlar üzrə sinif yoldaşları ilə əməkdaşlıq edə bilir və interaktiv təhsil mühitində birləşirlər. Qeyd edək ki, Təhsil Nazirliyi və “Microsoft” şirkətinin tərəfdaşlığı əsasında Azərbaycan ümumi təhsil müəssisələrinin şagirdləri “Minecraft Education Edition” lisenziyalarını pulsuz olaraq əldə edəcək, oyuna daxil olduqda müxtəlif fənlər üzrə resurslara çıxışla təmin olunacaqlar. Bunun üçün www.video.edu.az portalında “Minecraft” keçidindən istifadə etməklə, açılan səhifədə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən istifadəçilərin elektron poçt ünvanlarına lisenziya məlumatları təqdim olunacaq və onlar bu məlumatlarla “Microsoft Minecraft Education”, həmçinin “Microsoft Office 365” proqram təminatlarını pulsuz yükləmək imkanı əldə edəcəklər.

Belarus Respublikasında təhsil imkanı

Belarus Respublikasının Təhsil Nazirliyi informasiya texnologiyaları sahəsi üzrə 2020-2021-ci tədris ili üçün təqaüdlə təhsil imkanı təqdim edir. Bakalavriat səviyyəsi üzrə elan edilən proqram çərçivəsində tədris rus ya belarus dillərində aparılacaq.  Təqaüd proqramına iddiaçılar üçün son müraciət tarixi 31 mart 2020-ci ildir. Təqaüd proqramı ilə bağlı ətraflı məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Təhsil nazirinin bayram təbriki

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması ilə əlaqədar dərslərin onlayn öyrənilməsi məqsədilə informatika fənnindən videodərslər hazırlanır. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində hazırlanan videodərslər Azərbaycan və rus bölmələri olmaqla III-VIII sinifləri əhatə edir. Dərslərdən faydalanmaq istəyən şagirdlər Video Dərslər Portalı, “Rəqəmsal bacarıqlar” layihəsinin "Youtube" kanalı və "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir. 2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.

Peşə ixtisasları üzrə teledərslər yayımlanacaq

Martın 29-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək. Teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, həmçinin dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilib. Sənayedə quraşdırma işləri, tikinti, avtomobil diaqnostikası və təmiri, avtomatika ixtisasları üzrə video dərslərin çəkilişi yekunlaşıb. Növbəti günlərdə digər peşə ixtisasları üzrə teledərslərin hazırlığı nəzərdə tutulur. Peşə ixtisasları üzrə “Dərs vaxtı” verilişinin cədvəli qısa zamanda açıqlanacaq. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı