SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bu qərarla 20 mindən artıq tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir. Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək. Qeyd edək ki, bu qrupa aid edilən tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət edərək müvafiq məlumatları təqdim etməlidirlər. Tələbələrin müraciətindən sonra təhsil müəssisələrindəki məsul şəxslər tərəfindən həmin məlumatlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"-nə daxil ediləcək. Sonrakı mərhələdə tələbələrin statusu müəyyən ediləcək və təhsil müəssisələrinə tələbələrin təhsil haqlarının ödənişləri həyata keçiriləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Nazirlər Kabinetinin Qərarı
14/04/2020 15:50
"Dərs vaxtı"nın 15 aprel cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 15-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
14/04/2020 14:12
“Bu günün alimi“ inşa-yazı müsabiqəsi başa çatıb
Azərbaycan məktəbliləri arasında keçirilən “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilib. Cari ildə "Bir alim kimi düşünün və növbəti yerləri araşdırmaq üçün qərar verin!" mövzusunda keçirilən müsabiqədə V-XI sinif şagirdləri iştirak ediblər. Müsabiqəyə 50 inşa-yazı göndərilib və onlardan yalnız 38-i ilkin şərtlərə cavab verərək qiymətləndirmə mərhələsinə keçib. Yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş karantin rejimi ilə əlaqədar olaraq müsabiqə qaliblərinin elan olunması ilə bağlı tədbir onlayn platformada təşkil olunub. Yarımfinal mərhələsinə vəsiqə almış 7 inşanın qiymətləndirilməsi isə onlayn qaydada həyata keçirilib və I, II, III yerlər müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, Bakı şəhəri 214 nömrəli ümumtəhsil məktəbinin XI sinif şagirdi Elvin İbrahimov I, Bakı şəhəri 18 nömrəli ümumtəhsil məktəbinin VII sinif şagirdi Aytac Əsgərova II və həmin məktəbin VIII sinif şagirdi Sevil Məmmədzadə isə III yerə layiq görülüb. I yeri qazanan inşa-yazının qalibi növbəti seçim turuna vəsiqə qazanaraq NASA-ya göndəriləcək, NASA alimləri və mühəndisləri ilə birgə telekonfrans və ya video-konfranslarda iştirak edəcək. Qeyd edək ki, sözügedən müsabiqə 2015-ci ildən etibarən ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) tərəfindən məktəblilərin gələcək kosmik missiyalara diqqətini cəlb etmək və bu istiqamətdə elmi marağı artırmaq, həmçinin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilir.
13/04/2020 15:43
"Dərs vaxtı"nın 14 aprel cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 14-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
13/04/2020 14:24
146-3 "Qaynar xətt" xidmətinə 250 zəng daxil olub
6-10 aprel 2020-ci il tarixlərində 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 250 zəng daxil olub. Müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar yaşanan təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub. Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.
13/04/2020 12:11
ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib. Müddət 20 may 2020-ci il tarixinədək uzadılıb. Məlumat üçün bildiririk ki, sözügedən proqram üzrə cari ilin 13 mart tarixində sənəd qəbulu barədə elan verilmişdi. Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq. İkili diplom proqramı ilə bağlı ətraflı məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
13/04/2020 11:08
"Dərs vaxtı"nın 13 aprel cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 13-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
12/04/2020 16:43
"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Gələcək naminə birlikdə!” adlı onlayn respublika videoçarx müsabiqəsinə start verilib. Müsabiqə Bakı şəhəri və digər regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir. İki mərhələdən ibarət olan müsabiqə iki yaş qrupu üzrə (7-12, 13-17) təşkil olunur. Müsabiqəyə hər yaş qrupu üzrə yalnız bir videoçarx ilə qatılmaq olar. Müddəti 1-3 dəqiqədən artıq olmayan videoçarxlarda ailə üzvlərinin də iştirakına icazə verilir. Müəllifin adı və soyadı, yaşı, təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı göstərilməklə videoçarxlar aprelin 13-dən 26-dək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına (ugim-2@mk.edu.az) göndərilə bilər. Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. Qaliblər diplom və hədiyyələrlə mükafatladırılacaqlar. Məqsəd yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsi, istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.
10/04/2020 11:29
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur
Təhsil Nazirliyi Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə dəstək verərək yaradıcı bacarığı və xüsusi istedadı olan müəllim, şagird, tələbələri bu aksiyaya qoşulmağa dəvət edir. Artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub. Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşır. Həmçinin, yaradıcılığı ilə virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirir. Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq. Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk! "Evdə Qal, Evdə Yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün: https://creative.az/az/post/109
09/04/2020 16:03
Peşə təhsili üzrə teledərslərin 10 aprel cədvəli
Peşə təhsili üzrə teledərslərin 10 aprel tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
09/04/2020 15:59
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı