• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 10 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 10-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Dərs vaxtı"nın 9 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 9-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

Aprelin 7-də “Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin birinci mərhələsinə yekun vurulub. Cari ilin 20 mart - 30 aprel tarixlərini əhatə edən onlayn müsabiqədə Böyük Britaniya, İsveçrə, Fransa, Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və Belarusiyadan olan iştirakçılar, həmçinin Bakı şəhəri və respublikamızın digər regionlarında fəaliyyət göstərən musiqi məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edir. 4 yaş qrupu (7-11, 12-16, 17-21 və qarışıq yaş kateqoriyası) üzrə fərdi (solo) və kollektiv (ailədə zərb alətləri ilə məşğul olan bir neçə gənc olmaqla) formada təşkil olunan festival-müsabiqədə 20-si əcnəbi olmaqla 150 nəfərə yaxın iştirakçı qeydiyyatdan keçib. Növbəti mərhələdə (7-19 aprel) iştirakçıların videoçarxları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" səhifəsində yerləşdiriləcək. Sosial şəbəkədə yerləşdirən videoçarxlar zərb alətləri üzrə ustadlardan ibarət Beynəlxalq münsiflər heyəti tərəfindən həvəskar və peşəkar səviyyələr olmaqla elektron formada, eləcə də ictimai rəy və səs sayları nəzərə alınmaqla qiymətləndiriləcək. Sonda qaliblər “Qran Pri” kuboku, diplom və sertifikatlarla mükafatlandırılacaq. Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaq və gənclərin ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, musiqi alətləri və mədəni irsimizin qorunması və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib 

Aprelin 7-dək 150 min şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Onlardan 110 min nəfərə şəxsi səhifəsinə giriş imkanı yaradılıb. Qeydiyyatdan sonrakı 48 saat ərzində istifadəçilərin şəxsi kabinetləri aktivləşəcək. Qeydiyyatdan keçən şagirdlərin qruplar üzrə komplektləşdirilməsi istiqamətində bu gün axşam saatlarında işlər aparılacaq və bununla əlaqədar olaraq portalda qeydiyyat prosesi müvəqqəti dayandırılacaq. Komplektləşdirmə yekunlaşdırıldıqdan sonra şagirdlərin qeydiyyatına yenidən başlanılacaq. Qeyd edək ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə və əlavə tədris resurslarından faydalana bilərlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq. "Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, növbəti mərhələdə müəllimlərin portalda qeydiyyat imkanının təşkili nəzərdə tutulur. "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən istifadəçilər virtual.edu.az saytındakı müvafiq təlimatlarla tanış ola bilərlər.

Təhsilin davamlılığının təminatında teledərslərin əhəmiyyəti

"Dərs vaxtı"nın 8 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 8-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

5-6 aprel tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə onlayn respublika birinciliyi baş tutub. Yarışlar 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə www.chess.com internet portalı üzərindən keçirilib. Birincilikdə iştirak üçün 7-17 yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin, şahmat klublarının 500-dən çox şahmatçısı qeydiyyatdan keçib. Oyunlar Youtube (https://www.youtube.com/watch?v=A23aaKNKpf4&t=5344s) üzərindən canlı olaraq şərh olunub. Yarışın əsasnaməsinə uyğun olaraq toplanılan xallara əsasən, müvafiq yaş qrupları üzrə (7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar) qaliblər müəyyənləşdirilib. Birincilikdə ümumi hesabda I yerə “Təhsil” RİM-in 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Müthət Gülümov, II yerə “Təhsil” RİM-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Şiroğlan Talıbov, III yerə “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyinin “Şahmat və Dama” Klubunun yetirməsi Cahandar Azadəliyev layiq görülüb. İlk üç yeri tutan şahmatçılar www.chess.com saytında bir  illik üzvlük imkanı (I yer-“brilyant” üzvlük, II yer- “platin” üzvlük, III yer-“qızıl” üzvlük) əldə edib. Hər yaş qrupu üzrə I, II, III yeri tutan oğlan və qız şahmatçılar diplomlarla təltif olunub. Diplomların elektron surəti qaliblərin elektron ünvanlarına göndərilib. Qeyd edək ki, onlayn formatda yarış  koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilib.    Onlayn birinciliyə dair foto və nəticələrlə müvafiq linklər vasitəsilə tanış ola bilərsiniz:   https://www.tehsilchess.az/asobc2020-photos/   https://www.youtube.com/watch?v=A23aaKNKpf4&t=5344s   https://www.tehsilchess.az/asobc2020-results/

Təhsil Nazirliyinin STEAM layihəsi 3D printerlərlə “üz sipəri” istehsal edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Sonra dövlətimizin başçısına və birinci xanıma STEAM-Azərbaycan layihəsi barədə məlumat verilib. Qeyd edilib ki, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan bu layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini genişləndirməkdir. Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Hazırda gün ərzində 150 ədəd bu cür maska istehsal olunur. Yaxın günlərdə istehsal sürətinin gündəlik 450-600 ədədə çatdırılması planlaşdırılır.  

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün onlayn formatda dərslər keçirilir. Dərslərin keçirilməsinə aprelin 1-dən start verilib. Fəaliyyət müəssisələr tərəfindən müəyyən olunmuş qrafikə uyğun olaraq ev şəraitində keçirilməsi mümkün olan istiqamətlər üzrə təşkil edilir. Məşqçi-müəllim və dərnək rəhbərləri müxtəlif proqram təminatlarından yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə cəlb edir, onların fiziki sağlamlıqlarının təmin edilməsi üçün idmanın ayrı-ayrı növləri üzrə məşq prosesi, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə, erudit və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradır. Qeyd edək ki, müxtəlif istiqamətlər üzrə keçirilən onlayn dərslərə iki mindən artıq məktəbli qatılıb. Məqsəd koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsindən ibarətdir.

"Dərs vaxtı"nın 7 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 7-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı