SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avropa Qızlar Riyaziyyat Olimpiadasından 3 medal
Virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) başa çatıb. Sözügedən elm yarışında ölkəmizi təmsil edən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Aysun Bayramlı və Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva uğurla çıxış edərək bürünc medal qazanıblar. Qeyd edək ki, builki olimpiadada dünyanın 53 ölkəsindən 205 şagird bilik və bacarıqlarını sınayıb. Məktəblilərimiz bu il 4-cü dəfədir ki sözügedən elm yarışına qatılıb. Ümumi nəticələrlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://www.egmo.org/registration/2020/person?@template=scoreboard
21/04/2020 18:41
IV qrant müsabiqəsinə 852 layihə qəbul edilib
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 layihə təqdim edilib. Onlardan 204-ü ümumi təhsil müəssisələri, 648-i isə fərdi kateqoriyalar üzrədir. Layihələrin sayının elan edilmiş mövzular üzrə paylanması aşağıdakı cədvəldə göstərilib: Qeyd edək ki, müsabiqənin elan edildiyi ilk gündən son tarixə kimi ümumilikdə 308 şəxsin (e-mail vasitəsilə 257 şəxs və sosial şəbəkə vasitəsilə 51 şəxs) müxtəlif xarakterli (layihənin tərtibi, texniki yardım və s.) müraciəti operativ cavablandırılıb. Təqdim edilmiş layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələr elan ediləcək.
21/04/2020 14:48
"Dərs vaxtı"nın 22 aprel cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 22-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
21/04/2020 14:02
12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Məktəbdənkənar təhsil müəssisələrində dərslərin onlayn qaydada tədrisi davam etdirilir. Aprelin 1-dən start verilən onlayn dərslərdə bu günədək Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 15 uşaq-gənclər idman-şahmat məktəbi tərəfindən 23 idman növü üzrə 8 minə yaxın məktəbli, 796 məşqçi-müəllim, həmçinin Təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzləri və Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən isə 103 müxtəlif dərnək üzrə 4 minə yaxın şagird, 294 nəfər pedaqoji heyət iştirak edib. Ümumilikdə 12 minə yaxın şagird və 1090 nəfər pedaqoji heyətin qoşulduğu fəaliyyətin təşkilində əsas məqsəd ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsindən ibarətdir. Fəaliyyət çərçivəsində məşqçi-müəllim və dərnək rəhbərləri uşaqların fiziki sağlamlıqlarının təmin edilməsi üçün məşq prosesi, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün isə müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar. Məlumat üçün qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə hər həftənin şənbə günü “Mədəniyyət” kanalında məktəbdənkənar fəaliyyətlə bağlı “Dərsdən sonra” proqramının yayımı nəzərdə tutulur.
20/04/2020 16:07
"Dərs vaxtı"nın 21 aprel cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 21-ı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
20/04/2020 14:09
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
. Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxmuş, 146 min 88 nəfər vəfat etmişdir. COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülmüş, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır. Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunmuş, 20 aprel 2020-ci il tarixədək isə xüsusi karantin rejimi elan edilmişdir. COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilmiş, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilmiş, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılmışdır. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyetləri karantin məqsədi ilə ayrılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılmış, eləcə də mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdır. Eyni zamanda virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılmışdır. Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunmuş, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edilmiş, burada müalicə-profilaktika işləri həyata keçirilmiş, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə 20 nəfər mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamı ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrılmışdır. Əhali və ayrı-ayrı təşkilatlar bu təşəbbüs ətrafında səfərbər olaraq həmrəylik nümayiş etdirmiş və koronavirusla mürabizə istiqamətindəki işlərə öz vətəndaş töhfəsini vermişdir. Ölkəmiz üçün bu həssas məqamdakı birlik sayəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində ianələr hesabına 112 milyon manatdan çox vəsait toplanmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən, COVID-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 3 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət göstərilməsi və müvafiq yardım edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanmış, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilmiş, xaricdən xəstəliyin idxalının qarşısı alınmışdır. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alınmış, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunmuşdur. Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 28 fevral 2020-ci il tarixdən bugünədək 1373 nəfər bu xəstəliyə tutulmuş, 590 nəfər müalicə olunaraq sağalmış, 18 nəfər vəfat etmişdir. Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılmışdır. Ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılmışdır. Bu baxımdan xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılır. Bununla belə uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırkı fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas vaxtda ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edir, qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir şəxsi karantin rejimi qaydalarına və Operativ Qərargahın tələblərinə əməl etməyə çağırırıq. Müvafiq dövlət qurumlarına, o cümlədən COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərinə göstərdikləri yüksək peşəkarlığa görə təşəkkür edirik.
19/04/2020 14:35
"Dərs vaxtı"nın 20 aprel cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 20-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
19/04/2020 13:16
“Virtual məktəb” layihəsi üzrə müəllimlərin qeydiyyatına start verilib
Aprelin 18-dən etibarən “Virtual məktəb” portalında müəllimlər üçün açıq qeydiyyat imkanı yaradılıb. Müəllimlər qeydiyyatdan keçmək üçün ilk mərhələdə “Virtual məktəb” portalında “Müəllim qeydiyyatı” bölməsini seçməli, şəxsiyyət vəsiqəsinin FİN kodu və doğum tarixini qeyd etməli, açılacaq növbəti səhifədə elektron poçt ünvanı və əlaqə nömrəsini əlavə etdikdən sonra isə siniflərin seçimini həyata keçirməlidir. Müəllimlər üçün “Virtual məktəb” portalında qeydiyyat könüllü xarakter daşıyır. Qeyd edək ki, layihə üzrə qeydiyyat yalnız virtual.edu.az portalı vasitəsilə aparılır. Hər hansı digər mənbə və ya formalarda aparılan qeydiyyatların “Virtual məktəb” layihəsi ilə əlaqəsi yoxdur. Müəllimlərdən şəxsi məlumatlarını digər mənbələrə ötürməmək tövsiyə olunur. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən müəllimlər hazırlanmış müvafiq təlimatlarla tanış ola bilərlər. Nəzərinizə çatdıraq ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün istifadəçilər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib, portalda qeydiyyatdan keçə bilərlər. Təlimatlar: Qeydiyyat üzrə təlimat İstifadə üzrə qeydiyyat
18/04/2020 17:01
Orta ixtisas üzrə yeni təsnifat təsdiq edilib
Ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əmək bazarının tələblərinin dəyişməsi həmin tələblərə uyğun təhsilin məzmununu yeniləmək, o cümlədən orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq və bu pillədə ixtisasları ali təhsilin bakalavriat səviyyəsindəki ixtisaslara uyğunlaşdırmaq zərurətini yaradıb. Eyni zamanda bu zərurət orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulunu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsini təmin etmək baxımından yaranıb. Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarı ilə 2010-cu ildən qüvvədə olan orta ixtisaslar təsnifatı ləğv edilərək müvafiq ixtisaslar üzrə yeni təsnifat təsdiq edilib. Yeni təsnifatda 141 ixtisas nəzərdə tutulub. Yeni təsnifat bu təhsil pilləsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına, xaricdə müvafiq təhsil pilləsində təhsil almış şəxslərin ixtisaslarının, eləcə də diplomlarının qarşılıqlı tanınmasına və tələbə mobilliyinin asanlaşdırılmasına müsbət təsir göstərəcək. Yeni təsnifat əsasında müasir təhsil proqramlarının hazırlanması və tam orta təhsil bazasından bütün ixtisaslar (tibb ixtisasları istisna olmaqla) üzrə təhsil müddətinin 2 ilə endirilməsi nəzərdə tutulub. Humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət ixtisasları əmək bazarının mövcud ehtiyaclarına uyğun müəyyənləşdirilib. Eyni zamanda qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq və pedaqoji ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil ixtisasları qrupuna inklüziv təhsil ixtisası əlavə edilib, bəzi müəllimlik ixtisasları isə yeni təsnifatda yer almayıb və həmin ixtisaslar üzrə kadr hazırlığının yalnız ali təhsilin bakalavriat səviyyəsində aparılması nəzərdə tutulub. Yeni təsnifatda yer almış ixtisaslar üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 2021-2022-ci tədris ilindən başlayaraq aparılacaq. “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin Qərarı
18/04/2020 15:57
Təhsil Nazirliyi qanvermə aksiyasına qoşulub
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Təhsil Nazirliyi də Heydər Əliyev Fondunun başlatdığı təşəbbüsə qoşulub. Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilən qanvermə aksiyasında Təhsil Nazirliyinin kollektivi və nazirliyin tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.
17/04/2020 12:32
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı