SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilərarası onlayn intellektual yarışlar
Məktəblilərarası onlayn şəkildə "Fibonacci" intellektual yarışmasına start verilib. Aprelin 24-də keçirilən ilk oyunda Bakı, Sumqayıt və Xırdalan şəhərlərindən ümumilikdə 75 komandanın (təxminən 500 nəfər) iştirakı gözlənilir. Yarışma əsasən VIII-XI sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq. Eyni zamanda onlayn formatda məktəblilərarası "Nə? Harada? Nə zaman?" intellektual yarışının təşkili də nəzərdə tutulur. Aprelin 25-də keçiriləcək sınaq oyununda 50-dən çox komandanın iştirakı gözlənilir. Qeyd edək ki, əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.
24/04/2020 13:04
Təhsil naziri canlı proqramda uşaqları təbrik edib
Təhsil naziri Ceyhun Bayramov 23 Aprel - Milli Suverenlik ve Uşaq Bayramı Günü münasibətilə Yunus Əmrə İnstitutunun təşkil etdiyi canlı proqrama qatılıb. Təhsil naziri bu günün yalnız Türkiyə Respublikasının deyil, bütün dünyanın uşaqlarına hədiyyə edilən bir gün olduğunu deyib. Nazir ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində mövcud olan əlaqələrin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı əlaqələrin daha da yaxşılaşdırılması istiqamətində iki ölkə arasında hüquqi bazanın möhkəmləndirildiyini bildirib. Bu gün onlarla "Qardaşlaşmış məktəblər"in mövcudluğunu qeyd edən Təhsil naziri universitetlərin müxtəlif birgə və ikili diplom proqramlarının qurulması üzərində səylərini davam etdirdiyini diqqətə çatdırıb. Ceyhun Bayramov bu günlərdə uşaqların təhsildən kənarda qalmaması üçün Azərbaycan və Türkiyə dövlətlərinin yaratdığı imkanları vurğulayıb və uşaqları bu gün münasibətilə bir daha təbrik edib.
23/04/2020 18:22
"Dərsdən sonra" teleproqramına start verilir
Aprelin 25-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Dərsdən sonra" teleproqramına start verilir. Əziz şagirdlər, bu həftədən etibarən hər şənbə saat 12:20-də "Mədəniyyət" telekanalında “Dərsdən sonra” teleproqramını izləməyi unutmayın. Burada biliyi əyləncəli öyrənməklə yanaşı incəsənətin müxtəlif növlərinə aid maraqlı tapşırıqlar sizi gözləyir. “Dərsdən sonra”da dərsdən qalmayın.
23/04/2020 17:15
Azərbaycanın 2 universiteti dünya reytinqində
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2020-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar. Qeyd edək ki, THE-nin sayca ikinci nəşrinə dünyanın 85 ölkəsindən 766 universitet daxildir. Siyahıya ikinci ildir ki, Yeni Zelandiyanın Auckland Universiteti rəhbərlik edir. Sonrakı üç yerdə isə Avstraliya universitetləri yer alıblar: Sidney Universiteti, Qərbi Sidney Universiteti və La Trobe Universiteti. Yaponiya reytinqdə 63, Rusiya 47, Türkiyə isə 37 ali məktəblə təmsil olunur. Reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub. Reytinqlə tanışlıq üçün bu linkdən istifadə edə bilərsiniz: https://bit.ly/3cG0Hbp
23/04/2020 16:38
“Virtual bələdçi” xidməti istifadəyə verilib
“Virtual məktəb” portalından daha rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə “Virtual bələdçi” xidməti istifadəyə verilib. Xidmətdən faydalanmaq üçün istifadəçilər portalda (www.virtual.edu.az) “Sualınız var?” bölməsinə keçid edib onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər. Bununla yanaşı, portaldan istifadə üzrə 2 növ texniki dəstək xidməti göstərilir. Vətəndaşlar müraciətlərində tələb olunan məlumatları (çətinlik haqqında qısa təsvir, şagirdin FİN kodu, şagirdin ad, soyadı və ata adı, sinif, məktəb, doğum tarixi, əlaqə nömrəsi) qeyd etməklə teams@tsii.edu.az elektron ünvanına və yaxud Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "Facebook" səhifəsində məktub bölməsinə göndərə bilərlər.
23/04/2020 15:24
"Dərs vaxtı"nın 24 aprel cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
23/04/2020 14:13
Təhsil Nazirliyi ehtiyacı olan ailələrə ərzaq yardımı edib
Aprelin 23-də Təhsil Nazirliyinin əməkdaşları Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış 82 məcburi köçkün ailəsinə ərzaq yardımı edib. Yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. Yardım aksiyası aprelin 24-də də davam etdiriləcək. Bakı şəhəri Nəsimi rayonundakı aztəminatlı, həmçinin tək yaşayan yaşlı insanlar olmaqla 62 ailəyə ərzaq yardımı ediləcək.
23/04/2020 14:05
"Dərs vaxtı"nın 23 aprel cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 23-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
22/04/2020 14:23
“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb
Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərsliklər və əlavə video dərslər “Virtual məktəb” portalına inteqrasiya edilib. Beləliklə, portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla bərabər görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları təqdim edilib. Elektron dərsliklərdən faydalanmaq üçün platforma istifadəçiləri “Teams” bölməsindən fənn kanalını seçməlidirlər. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər. Əlavə video dərsləri izləmək və yaxud test tapşırıqlarını yerinə yetirmək üçün isə “Teams > General” bölməsində müvafiq olaraq “Video resurslar” və ya “Testlər” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri də əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər. Qeyd edək ki, hazırda digər tədris məzmunlu resursların da portala inteqrasiyası üzərində işlər aparılır. Şagirdlər karantin müddətində bu resurslardan faydalanmaqla yanaşı, məktəblərdə tədris prosesi başladıqdan sonra da öz şəxsi səhifələrinə daxil olaraq, mövcud imkanlardan yararlana biləcəklər. Eyni zamanda portalda qeydiyyatdan keçmiş müəllimlər bu resursları sinif otağında dərslərində tətbiq edə biləcəklər. Nəzərinizə çatdıraq ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.
22/04/2020 14:05
Vətəndaşların qəbulu müvəqqəti dayandırılıb
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 4-dək fəaliyyətini dayandırıb. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
22/04/2020 11:01
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı